Bülbül adına Orta İxtisas Musiqi Məktəbi — Azərbaycan, Bakı şəhəri, Əhməd Cavad küçəsində yerləşən, orta ixtisas musiqi təhsili verən təhsil müəssisəsidir.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin əsası Üzeyir Hacıbəyov tərəfindən qoyulmuşdur. 1961-ci ildə 10 illik musiqi məktəbi dövlət qərarı ilə yeni status alaraq Orta İxtisas Musiqi Məktəbinə çevrilmişdir. 10 illik təhsil sistemi 11 illik təhsil sistemi ilə əvəz edilmişdir. Məktəbə Azərbaycan opera müğənnisi, peşəkar vokal sənətinin banisi, professor Bülbülün adı verilmişdir.
2010-cu ildən məktəbə Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli dirijor Teymur Göyçayev rəhbərlik edir.
Tarixi
Yaranması və ilkin inkişaf mərhələsi Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin əsası Üzeyir Hacıbəyov tərəfindən qoyulmuşdur. 1920-ci illərdə Xalq Maarif Komissarlığının Musiqi şöbəsinə rəhbərlik edən Üzeyir Hacıbəyov musiqi təhsili müəssisələrinin təşkili və milli kadrların hazırlanması məsələlərinə xüsusi diqqət yetirirdi. 1921-ci ildə Üzeyir Hacıbəyov tərəfindən Xalq Maarif Komissarlığının təqdim etdiyi proqramda musiqi təhsilinin üç pillədən ibarət olması nəzərdə tutulurdu. 1926–1928-ci illərdə aparılan islahat proqramlarında musiqi təhsilinin üçpilləli sistemi qəbul edilmişdir:
I pillə — musiqi məktəbi: 4 il, 1930-cu illərdən etibarən 5 il; II pillə — orta peşə musiqi təhsili: 5 il; III pillə — ali musiqi təhsili, konservatoriya: 5 il.
1928-ci ildə Xalq Maarif Komissarlığının təşəbbüsü ilə yeni musiqi tədrisi sistemi işlənib hazırlanmışdır. Məktəbdə sistemli tədris bu dövrdən təşkil edilmişdir. Həmin il islahatları konservatoriya üçün kadrların hazırlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Üzeyir Hacıbəyov onillik musiqi məktəbini konservatoriyanın kadr bazası kimi qiymətləndirirdi.
1930-cu ildə məktəbin tədris proqramı təkmilləşdirilmişdir. Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Məmmədsaleh İsmayılov, Fəridə Quliyeva və Məmməd İsrafilzadə bu dövrdə məktəbin şagirdləri olmuşlar. 1931-ci ildə məktəbin I pilləsinin bazasında 60 şagirddən ibarət uşaq musiqi qrupu yaradılmışdır.
1933–1934-cü illərdə yüksək musiqi qabiliyyəti göstərən uşaqlardan "Gənc istedadlar qrupu" yaradılmışdır. Qrupun şagirdləri arasında Bella Davidoviç, Rauf Atakişiyev, Məmməd Orucov, Elmira Nəzirova, Çingiz Sadıqov, Tatyana Quseva, Zəhra Cəfərova, Asya Sultanova, Səyyarə Kərimova (Məmmədyarova) və Nikolay Çervinski olmuşdur.
Formalaşması 1937-ci ildə Üzeyir Hacıbəyovun təqdimatı və Xalq Maarif Komissarlığının İncəsənət şöbəsinin 13 sentyabr 1937-ci il tarixli qərarı ilə Kövkəb Səfərəliyeva məktəbə direktor təyin edilmişdir. Onun rəhbərliyi dövründə məktəbin tədris sistemi və təşkilati strukturu formalaşdırılmışdır. 1937–1938-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının İncəsənət şöbəsinin qərarı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində mərkəzi musiqi məktəbi tipli təhsil sistemi yaradılmışdır. "Gənc istedadlar qrupu" yeni yaradılmış mərkəzi musiqi məktəbinə daxil olmuş və onun əsasını təşkil etmişdir. Şagirdlərə Azərbaycan Dövlət Konservatoriyasının professor-müəllim heyətinin üzvləri, həmçinin Üzeyir Hacıbəyov dərs deyirdilər.
1938–1939-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Mərkəzi Musiqi Məktəbi yeni adla fəaliyyətini davam etdirmişdir. Məktəbin direktoru Kövkəb Səfərəliyeva seçilmiş, dərs hissə müdiri vəzifəsi pianoçu və pedaqoq Regina İvanovna Siroviçə həvalə olunmuşdur.
Bu illərdə fortepiano və simli alətlər şöbələri ilə yanaşı, ağac və mis nəfəs alətləri sinifləri, kamera ansamblı sinfi və musiqi tarixi kursu yaradılmışdır.
1938-ci ildə şagirdlərdən ibarət orkestr təşkil edilmişdir. Orkestrə əvvəlcə M. P. Anosov, 1940-cı ildən isə A. S. Şvarts rəhbərlik etmişdir. Eyni zamanda M. V. Reytixin rəhbərliyi ilə "Unison" simli alətlər ansamblı fəaliyyətə başlamışdır. "Uşaq yaradıcılığı" sinfinə Boris Zeydman rəhbərlik etmişdir.
1939–1940-cı illərdə məktəbdə Azərbaycan və rus bölmələrindən ibarət ümumtəhsil şöbəsi açılmışdır. Məktəb Azərbaycan Dövlət Konservatoriyasının nəzdində "10 illik musiqi məktəbi" adı ilə fəaliyyət göstərməyə başlamışdır.
1950–1980-ci illər 1952–1962-ci illərdə məktəbə onun məzunu, P. İ. Çaykovski adına Moskva Konservatoriyasını bitirmiş Tahir Atakişiyev rəhbərlik etmişdir. Bu dövrdə direktor müavini vəzifəsində Z. V. Rəhmanova çalışmışdır.
1961-ci ildə 10 illik musiqi məktəbi dövlət qərarı ilə yeni status alaraq Orta İxtisas Musiqi Məktəbinə çevrilmişdir. 10 illik təhsil sistemi 11 illik təhsil sistemi ilə əvəz edilmişdir. Məktəbə Azərbaycan opera müğənnisi, peşəkar vokal sənətinin banisi, professor Bülbülün adı verilmişdir. Məktəbin Bülbülün adını daşıması onun Azərbaycan vokal və musiqi təhsili ənənələri ilə əlaqəsini müəyyənləşdirən amillərdən biri olmuşdur.
1964–1986-cı illərdə məktəbə bəstəkar Nazim Əliverdibəyov rəhbərlik etmişdir. Bu dövrdə direktor müavini vəzifəsində Nailə Axundova və Elmira Məcidova çalışmışlar. 1977–1990-cı illərdə direktor müavini vəzifəsində Səyyarə Məmmədyarova fəaliyyət göstərmişdir.
Bu dövrdə məktəbdə fortepiano, nəzəriyyə və simli alətlər şöbələri, həmçinin 1960-cı ildə yaradılmış Xalq Çalğı Alətləri şöbəsi fəaliyyət göstərmişdir. Nəzəriyyə şöbəsinə xor dirijorluğu ixtisası əlavə edilmişdir. Orkestr şöbəsinə və "Unison" skripka ansamblına İ. Spivak rəhbərlik etmişdir.
1980-ci ildə Xalq Çalğı Alətləri şöbəsində xanəndə bölümü yaradılmışdır. Buraya respublika müsabiqələrində iştirak etmiş və qalib olmuş xanəndələr qəbul edilmişdir. Şöbədə Şövkət Ələkbərova, Arif Babayev, İslam Rzayev və Əlibaba Məmmədov dərs demişlər.
1985-ci ildə "Unison" ansamblı bərpa edilərək Teymur Göyçayevin rəhbərliyi ilə "Tutti" kamera orkestri adı altında fəaliyyətini davam etdirmişdir. 1989-cu ildə "Tutti" Kamera Orkestri Çelyabinskdə keçirilən "Muzıkalnıy podsnejnik" Ümumittifaq Uşaq Festivalında iştirak edərək laureat adını qazanmışdır.
1985-ci ildə məktəbə rəhbərlik etmək onun məzunu Faiq Daşdəmirova həvalə edilmişdir.
1990-cı illərdən etibarən 1992–2010-cu illərdə məktəbə musiqişünas, fəlsəfə elmləri namizədi Nigar Cərullaqızı Əsgərova rəhbərlik etmişdir. Bu dövrdə tədris-tərbiyə işləri üzrə direktor müavini Sona İbrahimova olmuşdur.
Bu illərdə yeni tədris proqramları hazırlanmış, "Azərbaycan musiqisinin əsasları" fənninin tədris saatları artırılmış və "Azərbaycan xalq yaradıcılığı" fənni tədris proqramına daxil edilmişdir. Xor dirijorluğu və bəstəkarlıq üzrə fakultativ dərslər ixtisas fənləri kimi tədris planına salınmışdır.
1995-ci ildə məktəbdə xor kollektivi, 1996-cı ildə xalq çalğı alətləri orkestri, 1997-ci ildə isə uşaq simfonik orkestri yaradılmışdır. Uşaq simfonik orkestrinə xalq artisti Azər Rzayev rəhbərlik etmişdir.
1994-cü ildə Teymur Göyçayevin rəhbərlik etdiyi "Tutti" Uşaq Kamera Orkestri müstəqil Azərbaycanın Rusiyada keçirilən Mədəniyyət Günlərində iştirak etmişdir.
Müasir dövr 2010-cu ildən məktəbə Xalq artisti, "Şöhrət" ordenli dirijor Teymur Göyçayev rəhbərlik edir.
Məktəb orta ixtisas təhsili müəssisəsi kimi fəaliyyət göstərir. Burada musiqi ixtisasları ilə yanaşı, ümumtəhsil fənləri də tədris olunur.
Məktəbin müəllim heyətində xalq artisti, əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllimlər, əməkdar mədəniyyət işçisi, qabaqcıl təhsil işçiləri və dərslik müəllifləri fəaliyyət göstərir.
Heydər Əliyevin 22 iyun 1996-cı il tarixli fərmanı ilə təsis edilmiş gənc istedadların "Qızıl kitabı"na və Prezident təqaüdünə müxtəlif illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 29 şagirdi layiq görülmüşdür.
Bu şagirdlər:
Amil Həsənoğlu — vokal Aytac Şıxəlizadə — vokal Aytən İbrahimova — skripka Aysel Əsədova — xor dirijorluğu Anar Seyidov — skripka Atabəy İsmayılov — tar Ceyla Seyidova — skripka Cəmilə Əsgərzadə — skripka Cəmilə Qarayusifli — skripka Çinarə Əzimova — vokal Eyyub Quliyev — dirijorluq Ənvər Kərimov — truba Əli Məmmədov — fortepiano Həmidə Rzayeva — fortepiano İsfar Sarabski — fortepiano, bəstəkarlıq Leyla Zeynalova — fortepiano Leyla Muradzadə — xor dirijorluğu Mirhüseyn Əsədullayev — tar Nərmin İsmayılova — fortepiano Nigar İbrahimova — skripka Nərmin Nəcəfli — fortepiano Rüstəm Zeynalov — fortepiano Rəşid Behbudov — fortepiano Toğrul Hüseynli — fortepiano Ülviyyə Dadaşova — fortepiano Ümidə Abbasova — skripka Vurğun Vəkilov — fortepiano Vaqif Nağıyev — vokal Yusif Bayramov — tar
Rəhbərlik Adı Vəzifəsi Teymur Göyçayev Ənvər oğlu Direktor Rəna Vəzirova Rza qızı Direktor müavini Nigar Baxşiyeva İdris qızı Təlim-tərbiyə işləri üzrə direktor müavini Səftərov Canəmi Balaəmi oğlu Direktorun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) Zərifə Məmmədyarova Orxan qızı Bölmə müdiri Nazirə Dadaşova Kamil qızı Bölmə müdiri Anar Məmmədov Fizüli oğlu Bölmə müdiri Əflaruz Məmmədov Qulam oğlu Bölmə müdiri Kəmalə Şıxəilyeva Malik qızı Bölmə müdiri Fatma Dadaşova Nizami qızı Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Sona Rüstəmova Mahir qızı Məktəb psixoloqu
Pedaqoji heyət Adı Vəzifəsi Şəhla Abdullayeva Əlevşah qızı Müəllim Tahirə Abdullayeva Firudin qızı İbtidai sinif müəllimi Məlahət Adıgözəlova Həşim qızı Müəllim Diana Aqapova Qennadyevna Müəllim Xadim Allahquliyev Həsrət oğlu Çağırışaqədərki hazırlıq rəhbəri Esmira Cavadova Tofiq qızı İbtidai sinif müəllimi Sevda Cəbrayılova Cəlal qızı Müəllim Həqiqət Cəfərova Mirağa qızı Müəllim Sevda Cəmşidi Nəriman qızı İbtidai sinif müəllimi
Fəxri məzunları Adı Bitirdiyi ilQara Qarayev 1938Tofiq Quliyev 1938Bella Davidoviç 1939Aida Abdullayeva 1940Rauf Atakişiyev 1941Elmira Nəzirova 1944Tofiq Bakıxanov 1946Azər Rzayev 1946Sabir Əliyev (violonçel ifaçısı) 1946Çingiz Sadıqov 1946Tamilla Mahmudova 1949Murad Kajlayev 1949Gülarə Əliyeva 1950Xəyyam Mirzəzadə 1952Elmira Səfərova 1952Emin Mahmudov 1953Vasif Adıgözəlov 1953Sərvər Qəniyev 1954Anar Rzayev 1955Zemfira Səfərova 1955Aqşin Əlizadə 1955Müslüm Maqomayev 1956Zöhrab Adıgözəlzadə 1957Nərgiz Şəfiyeva 1957Ramiz Zöhrabov 1958Ramiz Məlik-Aslanov 1959Rauf Abdullayev 1959Tərlan Seyidov 1961Fərəc Qarayev 1961Polad Bülbüloğlu 1961Firəngiz Əlizadə 1964Yusif Axundzadə 1964Fərhad Bədəlbəyli 1965Fidan Qasımova 1966İsmayıl Hacıbəyov 1967Fərhəng Hüseynov 1968Azad Əliyev 1968Eldar İsgəndərov 1968Elnarə Dadaşova 1969Rəna Şereşevskaya 1972Xuraman Qasımova 1975Yalçın Adıgözəlov 1977Ülviyyə Hacıbəyova 1978Fərəh Əliyeva 1979Zümrüd Dadaşzadə 1980Samirə Aşumova 1981Ceyran Mahmudova 1982Səadət Səttarova 1983Aygün Səmədzadə 1985Əzizə Mustafazadə 1985Elnarə Kəbirlinskaya 1988Nərgiz Kərimova 1988Samir Mirzəyev (pianoçu) 1988Murad Hüseynov 1991Murad Adıgözəlzadə 1991Sahib Paşazadə 1998Pikə Axundova 2001
Bu cədvələ Zülfü Adıgözəlov, İsfar Sarabski, Azər Rzazadə kimi mədəniyyət xadimləri də daxildir.
Mənbə
Kateqoriya:Azərbaycan musiqisi Kateqoriya:Azərbaycanın musiqi məktəbləri