Qulelmo Vikario (; ) — İtaliya futbolçusu, "Yuventus" klubunun qapıçısı.

Karyerası Qulelmo Vikario "Ankona Udine" və "Udineze" klublarının yetirməsidir. 2 avqust 2014-cü il tarixində "Fontanafredda" klubuna icarəyə verilmişdir. Klubun heyətində debütü 7 sentyabr tarixində "Unuon Arsinyanokyampo"ya qarşı matçda baş tutmuşdur. Qapısını toxunulmaz saxladığı ilk oyunu 21 sentyabr tarixində "Cordone"yə qarşı keçirmişdir. Klubun heyətində ümumilikdə 30 oyunda iştirak etmiş, 44 qol buraxmış və 4 matçda qapısını toxunulmaz saxlamışdır.

7 avqust 2015-ci il tarixində icarə hüquqları əsasında "Venesiya"ya keçmişdir. Klubun heyətində ilk oyununu "Dro"ya qarşı keçirmiş və qapısından qol buraxmamışdır. 5 iyul 2016-cı il tarixində 500 avro məbləğində transfer haqqı qarşılığında "Venesiya" tərəfindən transfer edilmişdir. "Padova" futbol klubuna qarşı matçda təhqiramiz ifadələrə görə qırmızı vərəqə almışdır. Əl barmağının zədələnməsi səbəbindən 39 gün meydanlardan kənar qalmışdır. Klubun heyətində ümumilikdə 89 oyunda iştirak etmiş, 92 qol buraxmış və 28 matçda qapısını toxunulmaz saxlamışdır.

17 iyul 2019-cu il tarixində 2 milyon avro qarşılığında "Kalyari"yə transfer olunmuş, lakin 8 gündən sonra "Peruca"ya icarəyə göndərilmişdir. Klubun heyətində debütünü 11 avqust tarixində İtaliya Kuboku çərçivəsində "Triestina" futbol klubuna qarşı keçirilən matçda etmiş və qapısını toxunulmaz saxlamışdır. B Seriyasında ilk oyununu "Kyevo"ya qarşı keçirmişdir. Klubun heyətində ümumilikdə 39 oyunda iştirak etmiş, 49 qol buraxmış və 10 matçda qapısını toxunulmaz saxlamışdır.

"Kalyari"nin heyətində debütünü İtaliya Kubokunda "Kremoneze"yə qarşı oyunda etmiş və qapısının toxunulmazlığını qorumağa kömək etmişdir. A Seriyasında debütü 11 aprel 2021-ci il tarixində "İnternasionale"yə qarşı keçirilən matçda baş tutmuşdur. Klubun heyətində ümumilikdə 7 oyunda iştirak etmiş, 10 qol buraxmış və iki matçda qapısını toxunulmaz saxlamışdır.

9 iyul 2021-ci il tarixində icarə hüquqları əsasında "Empoli"yə keçmişdir. Klubun heyətində ilk oyununu İtaliya Kubokunda "Viçentsa"ya qarşı keçirmişdir. "Empoli"nin heyətində A Seriyasında debüt oyunu 1-ci turda "Latsio"ya qarşı baş tutmuşdur. Qapısını toxunulmaz saxladığı ilk matçı növbəti turda "Yuventus" futbol klubuna qarşı keçirmişdir. 1 iyul 2022-ci il tarixində "Empoli" qapıçını 8,5 milyon avroya transfer etmişdir. 3 mart 2023-cü il tarixində döş qəfəsindən xəsarət almış və 57 gün sıradan çıxmışdır. 2023-cü ilin iyun ayında "Tottenhem Xotspur"a transfer olunmuş, 2028-ci ilə qədər müqavilə imzalanmışdır.

2025-ci ilin may ayında Qulelmo Vikario 2024/2025 mövsümü üzrə Avropa Liqasının rəmzi komandasına daxil edilmişdir.

İstinadlar

Kateqoriya:Empoli FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:İtaliya D Seriyası futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:Kalyari FK futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:Peruca FK futbolçuları Kateqoriya:Tottenhem Hotspur FK futbolçuları Kateqoriya:Udineze FK futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Venesiya FK futbolçuları