Səfəvi hökmdarı I Süleymanın (Sultan Səfi) kiçik oğlu Abbas Mirzə, imperiyanın taleyini dəyişə biləcək, lakin saray xədimlərinin qərarı ilə kölgədə qalmış ən dramatik Səfəvi şahzadələrindən biridir.
Həyatı 1671-ci ildə Səfəvi Şahı I Süleymanın kiçik oğlu olaraq dünyaya gəldi. Qızılbaş əmirlərinə görə taxta çıxmağa ən çox layiq olan Səfəvi şəhzadəsidir. Şah Süleyman 1694-cü ildə ölüm döşəyində ikən, dövlətin gələcəyini düşünərək saray əyanlarına və xadimlərə çox mühim bir vəsiyyət etmişdi. Vəsiyyəti.
"Əgər ölkədə sülh, əmin-amanlıq və rahatlıq istəyirsinizsə, böyük oğlum Hüseyn Mirzəni (Şah Sultan Hüseyn) taxta çıxarın. Yox, əgər imperiyanın daha da güclənməsini, qüdrətlənməsini və düşmənlərə qarşı döyüşməsini istəyirsinizsə, kiçik oğlum Abbas Mirzəni şah seçin." Sarayda böyük nüfuza malik olan xədimlər öz mövqelərini qorumaq, dövləti pərdə arxasından rahat idarə edə bilmək üçün güclü və iradəli Abbas Mirzəni deyil, dindar və zəif xarakterli böyük qardaş Hüseyn Mirzəni seçdilər. Nəticədə Şah Sultan Hüseyn taxta çıxdı. Abbas Mirzə isə qardaşının 28 illik zəif hakimiyyəti dövründə sarayda (hərəmdə) nəzarət altında, siyasi və hərbi işlərdən tamamilə uzaq bir həyat yaşamağa məhkum edildi.Atası Şah Süleyman onun sərkərdəlik və dövlətçilik potensialını yüksək qiymətləndirsə də, Abbas Mirzə heç vaxt ordunun başına keçib döyüşmək şansı qazanmadı. Əgər o, şah seçilsəydi, bəlkə də Səfəvi ordusunu yenidən bərpa edib imperiyanı gözlənilən fəlakətdən qoruya bilərdi. Onun taxta çıxmaması, Səfəvi əyanlarının ən böyük səhvi hesab edilir.
Ölümü 1722-ci ildə əfqan üsyançısı Mahmud Hotakinin başçılığı ilə İsfahan şəhəri mühasirəyə alındı və Səfəvi imperiyası fiaskoya uğradı. Şah Sultan Hüseyn təslim olduqdan sonra bütün Səfəvi xanədanı üzvləri, o cümlədən Abbas Mirzə də əsir düşdü. 1725-ci ilin fevralında əfqan hökmdarı Mahmud Hotakinin əmri ilə İsfahan sarayında saxlanılan bütün Səfəvi şahzadələri (təxminən 20-dən çox şahzadə) bir günün içində qəddarcasına qətlə yetirildi. Abbas Mirzə də bu qətliamın qurbanlarından biri oldu. Abbas Mirzə, Səfəvilərin ən dəyəri bilinməyən bəxtsiz şəhzadəsi kimi tarixə düşdü. Əgər taxta çıxsaydı, hərşey fərqli ola bilərdi.
İstinadlar