Kunmin-Monreal qlobal biomüxtəliflik çərçivəsi (ing. Kunming-Montreal Global Biodiversity Framework, qısaca KMGBF və ya GBF) — Bioloji Müxtəliflik haqqında Konvensiyanın Tərəflər Konfransının 15-ci iclasında (COP15) 2022-ci ilin dekabrında qəbul edilmiş qlobal biomüxtəliflik çərçivəsidir. right|thumb|320x320px|Kunmin-Monreal qlobal biomüxtəliflik çərçivəsinin qəbulunun elan edildiyi an, 19 dekabr 2022-ci il Çərçivənin əsas məqsədi biomüxtəlifliyin itirilməsini dayandırmaq və bu tendensiyanı geri çevirmək, ekosistemlərin bərpasını sürətləndirmək və 2050-ci ilədək insanların təbiətlə harmoniyada yaşaması vizyonuna nail olmaqdır. Sənəd 2050-ci il üçün 4 uzunmüddətli qlobal məqsəd və 2030-cu ilədək həyata keçirilməsi nəzərdə tutulan 23 qlobal hədəf müəyyən edir.
Çərçivənin ən çox tanınan müddəalarından biri "30×30" hədəfidir. Bu hədəfə əsasən 2030-cu ilədək Yer kürəsinin quru və daxili su ərazilərinin, eləcə də dəniz və sahil ərazilərinin ən azı 30 faizinin effektiv şəkildə mühafizə edilməsi nəzərdə tutulur.
Tarixi Qlobal biomüxtəlifliyin qorunması üzrə əvvəlki əsas beynəlxalq proqramlardan biri Bioloji Müxtəliflik haqqında Konvensiya çərçivəsində qəbul edilmiş Biomüxtəliflik üzrə 2011–2020-ci illər Strateji Planı və onun tərkibindəki Aiti biomüxtəliflik hədəfləri idi.
2020-ci ildən sonrakı dövr üçün yeni qlobal biomüxtəliflik çərçivəsinin hazırlanmasına dair danışıqlar bir neçə il davam edib. Yeni çərçivə əvvəlki strateji planların təcrübəsinə əsaslanaraq biomüxtəlifliyin itirilməsinin qarşısının alınmasına dair daha geniş və ölçülə bilən qlobal hədəflərin müəyyən edilməsini nəzərdə tuturdu.
COP15 right|thumb|300x300px|BMT-nin Baş katibi Antoniu Quterreş 2022-ci ildə Monrealda keçirilən BMT Biomüxtəliflik Konfransında Bioloji Müxtəliflik haqqında Konvensiyanın Tərəflər Konfransının 15-ci iclasının birinci hissəsi 2021-ci ilin oktyabrında Kunmin, Çində keçirilib. COVID-19 pandemiyası səbəbindən tədbirin böyük hissəsi virtual formatda təşkil olunub. COP15-in ikinci hissəsi 2022-ci ilin dekabrında Monreal, Kanadada keçirilib. Konfransa Çin sədrlik edib, Kanada isə tədbirə ev sahibliyi edib.
19 dekabr 2022-ci ildə COP15-in yekununda Kunmin-Monreal qlobal biomüxtəliflik çərçivəsi qəbul olunub. Çərçivənin adında həm Kunmin, həm də Monreal şəhərlərinin yer alması COP15 prosesinin bu iki şəhərlə bağlı olmasını əks etdirir.
2050-ci il üçün qlobal məqsədlər Kunmin-Monreal qlobal biomüxtəliflik çərçivəsi 2050-ci il üçün dörd uzunmüddətli məqsəd müəyyən edir. MəqsədƏsas istiqamətAEkosistemlərin bütövlüyünün, əlaqəliliyinin və davamlılığının qorunması və bərpası; insan fəaliyyəti nəticəsində təhlükə altında olan növlərin nəsli kəsilməsinin dayandırılması və genetik müxtəlifliyin qorunması.BBiomüxtəlifliyin davamlı istifadəsi və idarə olunması, ekosistem funksiyalarının və təbiətin insanlara verdiyi faydaların qorunması və bərpası.CGenetik ehtiyatlardan, onlarla bağlı rəqəmsal ardıcıllıq məlumatlarından və ənənəvi biliklərdən istifadədən yaranan pul və qeyri-pul faydalarının ədalətli və bərabər bölüşdürülməsi.DÇərçivənin həyata keçirilməsi üçün maliyyə, texnologiya, potensialın gücləndirilməsi və elmi-texniki əməkdaşlıq imkanlarının təmin edilməsi və biomüxtəlifliyin maliyyələşdirilməsi boşluğunun azaldılması. Məqsəd A çərçivəsində 2050-ci ilədək insan fəaliyyəti nəticəsində təhlükə altında olan məlum növlərin nəsli kəsilməsinin dayandırılması və bütün növlər üzrə nəsli kəsilmə riskinin əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulur.
2030-cu il hədəfləri Çərçivədə 2030-cu ilədək həyata keçirilməsi nəzərdə tutulan 23 fəaliyyət yönümlü qlobal hədəf müəyyən edilib. №Hədəfin əsas məzmunu1Torpaq və dəniz istifadəsində dəyişikliklərin biomüxtəlifliyə təsirini azaltmaq üçün iştirakçı və biomüxtəlifliyi nəzərə alan ərazi planlaşdırmasının tətbiqi.22030-cu ilədək deqradasiyaya uğramış quru, daxili su, sahil və dəniz ekosistemlərinin ən azı 30 faizinin effektiv bərpa prosesinə cəlb edilməsi.3Quru və daxili su ərazilərinin, həmçinin dəniz və sahil ərazilərinin ən azı 30 faizinin mühafizə edilməsi — "30×30" hədəfi.4Nəsli kəsilmək təhlükəsi altında olan növlərin qorunması, bərpası və genetik müxtəlifliyin saxlanması.5Vəhşi növlərin istifadəsi, ovlanması və ticarətinin davamlı, təhlükəsiz və qanuni şəkildə həyata keçirilməsi.6İnvaziv yad növlərin yayılmasının qarşısının alınması və onların introduksiya və məskunlaşma sürətinin 2030-cu ilədək ən azı 50 faiz azaldılması.7Çirklənmənin biomüxtəlifliyə təsirinin azaldılması; artıq qida maddələrinin ətraf mühitə itkisini və pestisidlərdən yaranan ümumi riski ən azı yarıya endirmək, plastik çirklənməsinin qarşısını almaq və azaltmaq.8İqlim dəyişikliyi və okeanların turşulaşmasının biomüxtəlifliyə təsirinin azaldılması və təbiət əsaslı həllərin təşviqi.9Vəhşi növlərdən davamlı istifadəni və bunun insanlar üçün sosial, iqtisadi və ekoloji faydalarını təmin etmək.10Kənd təsərrüfatı, akvakultura, balıqçılıq və meşə təsərrüfatı sahələrinin davamlı idarə olunmasını və biomüxtəlifliyə uyğun təcrübələrin genişləndirilməsini təmin etmək.11Havanın, suyun və iqlimin tənzimlənməsi, torpağın sağlamlığı və tozlanma kimi ekosistem xidmətlərinin qorunması və bərpası.12Şəhər və sıx məskunlaşmış ərazilərdə yaşıl və mavi məkanların sahəsinin, keyfiyyətinin və əlçatanlığının artırılması.13Genetik ehtiyatlardan və rəqəmsal ardıcıllıq məlumatlarından istifadədən yaranan faydaların ədalətli və bərabər bölüşdürülməsi.14Biomüxtəlifliyin dövlət siyasətlərinə, planlaşdırmaya, inkişaf proseslərinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə və iqtisadi qərarların qəbuluna inteqrasiyası.15Böyük və transmilli şirkətlərin və maliyyə institutlarının biomüxtəlifliklə bağlı risk, asılılıq və təsirlərini qiymətləndirməsi və açıqlaması üçün tədbirlərin görülməsi.16Davamlı istehlakın təşviqi, istehlakın ekoloji izinin və tullantıların azaldılması, 2030-cu ilədək qlobal qida tullantılarının yarıya endirilməsi.17Biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və biotexnologiyadan yaranan faydaların bölüşdürülməsi.18Biomüxtəlifliyə zərərli subsidiyaların və digər təşviqlərin ləğvi, mərhələli dayandırılması və ya islah edilməsi; onların həcminin 2030-cu ilədək ildə ən azı 500 milyard ABŞ dolları azaldılması.19Biomüxtəlifliyin qorunmasına bütün mənbələrdən 2030-cu ilədək ildə ən azı 200 milyard ABŞ dolları maliyyə səfərbər etmək.20İnkişaf etməkdə olan ölkələr də daxil olmaqla potensialın gücləndirilməsi, texnologiya transferi və elmi-texniki əməkdaşlığın genişləndirilməsi.21Biomüxtəliflik üzrə qərarların qəbulunda etibarlı məlumat, elmi bilik və ənənəvi biliklərə çıxışın genişləndirilməsi.22Yerli xalqların, yerli icmaların, qadınların, gənclərin və əlilliyi olan şəxslərin biomüxtəliflik üzrə qərarların qəbulunda iştirakının və ekoloji ədalətə çıxışının təmin edilməsi.23Çərçivənin həyata keçirilməsində gender bərabərliyinin və qadın və qızların tam, bərabər və mənalı iştirakının təmin edilməsi.
"30×30" hədəfi Çərçivənin 3-cü hədəfi beynəlxalq səviyyədə "30×30" və ya "30 by 30" kimi tanınır.
Hədəfə əsasən 2030-cu ilədək:
quru ərazilərinin və daxili suların; sahil ərazilərinin; dəniz ərazilərinin
ən azı 30 faizi effektiv şəkildə mühafizə edilməli və idarə olunmalıdır.
Mühafizə tədbirlərinin ekoloji baxımdan təmsilçi, bir-biri ilə əlaqəli və ədalətli idarə olunan qorunan ərazilər sistemi və digər effektiv ərazi əsaslı mühafizə tədbirləri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Çərçivədə bu proses zamanı yerli xalqların və yerli icmaların hüquqlarının, o cümlədən ənənəvi ərazilər üzərində hüquqlarının tanınması və qorunması da qeyd edilir.
Ekosistemlərin bərpası Çərçivənin 2-ci hədəfinə əsasən 2030-cu ilədək deqradasiyaya uğramış quru, daxili su, sahil və dəniz ekosistemlərinin ən azı 30 faizinin effektiv bərpa prosesində olması nəzərdə tutulur.
Bu hədəf ekosistemlərin bütövlüyünün, əlaqəliliyinin, biomüxtəlifliyin və ekosistem xidmətlərinin yaxşılaşdırılmasına yönəlib.
Biomüxtəlifliyin maliyyələşdirilməsi Maliyyə məsələləri Kunmin-Monreal çərçivəsinin əsas istiqamətlərindən biridir.
19-cu hədəfə əsasən 2030-cu ilədək biomüxtəliflik üzrə milli strategiya və fəaliyyət planlarının həyata keçirilməsi üçün dövlət, özəl, milli və beynəlxalq mənbələrdən ildə ən azı 200 milyard ABŞ dolları səfərbər edilməlidir.
Bu hədəf çərçivəsində inkişaf etməkdə olan ölkələrə biomüxtəlifliklə bağlı beynəlxalq maliyyə axınlarının:
2025-ci ilədək ildə ən azı 20 milyard ABŞ dollarına; 2030-cu ilədək isə ildə ən azı 30 milyard ABŞ dollarına
çatdırılması nəzərdə tutulur.
Maliyyə mexanizmləri arasında dövlət və özəl investisiyalarla yanaşı qarışıq maliyyələşdirmə, ekosistem xidmətlərinə görə ödəniş, yaşıl istiqrazlar, biomüxtəliflik kreditləri və digər innovativ maliyyə alətləri də qeyd olunur.
Qlobal Biomüxtəliflik Çərçivə Fondu Kunmin-Monreal çərçivəsinin həyata keçirilməsinə maliyyə dəstəyinin artırılması məqsədilə Qlobal Ətraf Mühit Fondunun (GEF) nəzdində Qlobal Biomüxtəliflik Çərçivə Fondu (ing. Global Biodiversity Framework Fund, GBFF) yaradılıb.
Fond 2023-cü ilin avqustunda Kanadanın Vankuver şəhərində keçirilən GEF-in VII Assambleyası zamanı fəaliyyətə başlayıb.
Fond Kunmin-Monreal çərçivəsinin məqsəd və hədəflərinin həyata keçirilməsinə, xüsusilə inkişaf etməkdə olan ölkələrin biomüxtəlifliyin qorunması üzrə fəaliyyətlərinin maliyyələşdirilməsinə dəstək vermək üçün nəzərdə tutulub.
Milli səviyyədə həyata keçirilməsi Çərçivənin həyata keçirilməsində əsas vasitələrdən biri ölkələrin Milli Biomüxtəliflik Strategiyaları və Fəaliyyət Planlarıdır (ing. National Biodiversity Strategies and Action Plans, NBSAP).
COP15-in 15/6 saylı qərarı ilə Bioloji Müxtəliflik haqqında Konvensiyanın tərəflərindən milli biomüxtəliflik strategiyalarını və milli hədəflərini Kunmin-Monreal çərçivəsinin məqsəd və hədəflərinə uyğun olaraq yeniləmələri və ya yenidən nəzərdən keçirmələri istənilib.
Milli strategiyalar çərçivənin qlobal hədəflərinin ayrı-ayrı ölkələrin ekoloji, sosial və iqtisadi şəraitinə uyğunlaşdırılması üçün əsas mexanizm hesab olunur.
Monitorinq və qiymətləndirmə Kunmin-Monreal çərçivəsi ilə birlikdə onun icrasının qiymətləndirilməsi üçün monitorinq, planlaşdırma, hesabatlılıq və nəzərdən keçirmə mexanizmləri də yaradılıb.
Çərçivənin məqsəd və hədəflərinə nail olunmasının qiymətləndirilməsi üçün qlobal göstəricilər sistemi müəyyən edilib. Dövlətlər milli hesabatlar və biomüxtəliflik strategiyaları vasitəsilə görülmüş işlər və əldə edilmiş nəticələr barədə məlumat təqdim edirlər.
2025-ci ilin fevralında Romada davam etdirilən COP16 sessiyasında tərəflər Kunmin-Monreal çərçivəsinin icrasının qiymətləndirilməsi üçün göstəricilər sisteminin tam dəsti, planlaşdırma, monitorinq, hesabat və qiymətləndirmə mexanizmləri, eləcə də biomüxtəlifliyin maliyyələşdirilməsi üzrə sonrakı tədbirlər haqqında razılığa gəliblər.
Biznes və maliyyə sektorunun rolu Çərçivənin 15-ci hədəfi özəl sektorun biomüxtəlifliyə təsirinin daha sistemli qiymətləndirilməsini nəzərdə tutur.
Bu hədəfə əsasən dövlətlər iri və transmilli şirkətlərin, eləcə də maliyyə institutlarının:
biomüxtəliflikdən asılılıqlarını; biomüxtəliflik üçün yaratdıqları riskləri; biomüxtəlifliyə müsbət və mənfi təsirlərini
qiymətləndirməsi, monitorinq etməsi və şəffaf şəkildə açıqlaması üçün hüquqi, inzibati və siyasət tədbirlərinin tətbiqini təşviq etməlidirlər.
Çərçivənin qəbulundan sonra maliyyə sektorunda təbiət və biomüxtəlifliklə bağlı risklərin maliyyə qərarlarına inteqrasiyası da daha çox diqqət çəkməyə başlayıb.
Qəbul prosesi və müzakirələr Kunmin-Monreal çərçivəsinin qəbul edilməsi beynəlxalq səviyyədə biomüxtəlifliyin qorunmasına dair mühüm razılaşma kimi qiymətləndirilib. Bununla yanaşı, COP15 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında biomüxtəlifliyin maliyyələşdirilməsi, maliyyə yükünün bölüşdürülməsi və xüsusi maliyyə mexanizminin yaradılması ilə bağlı fikir ayrılıqları mövcud olub.