Oldenburqlu Pyotr Aleksandroviç (; ; ) — Oldenburq şahzadəsi Aleksandrın oğlu.
1868-ci ildə Sankt-Peterburqda dünyaya gəldi. Atası Oldenburq şahzadəsi Aleksandr, anası isə Loyxtenberq hersoqu Maksimilyan de Boharnenin qızı Yevgeniya Maksimilyanovnadır. Ailəsi alman əsilli Hoşteyn-Qottorp sülaləsinə mənsub olsa da, Rusiyada böyüyüb boya-başa çatmışdı. Çünki hər iki valideyni də rus çarı I Pavelin şəcərəsinə mənsub idi. Mehriban ailə daxilində böyüyən Şahzadə Pyotr rus, alman, ingilis və fransız dillərində təhsil aldı. Musiqi, rəsm və rəqs dərsləri aldı.
1900-cü ildə çar II Nikolayın kiçik bacısı Olqa Aleksandrovna ilə eşq yaşamağa başladı. Ertəsi il ona evlilik təklif etsə də, bu təklif çar ailəsi tərəfindən yaxşı qarşılanmadı. Belə ki, Olqadan 14 yaş böyük olan Oldenburqlu Pyotr saray daxilində homoseksual olaraq bilinirdi. Buna baxmayaraq 1901-ci ilin mayında nişanlanan cütlük 9 avqust 1901-ci ildə evləndilər. Ancaq evlilikləri məcburi idi. Belə ki, bəy namizədi toy gecəsini qumarxanada keçirmişdi. Yaşadığı stres səbəbilə Knyaginya Olqanın saçları töküldü və bu səbəblə 2 ilə yaxın parik istifadə etdi. 1903-cü ildə boşanmaq istəsə də, əri bunu qəbul etmədi. Buna baxmayaraq ordu mənsubu Nikolay Kulikovskiy ilə gizli eşq yaşamağa başladı. 16 oktyabr 1916-cı ildə qardaşı II Nikolay ərindən boşanmasına və onun Nikolay Kulikovskiy ilə evlənməsinə icazə verdi.
1917 Fevral inqilabının ardından Oldenburqlu Pyotr və anası ölkədən qaçmağa məcbur oldu. Sürgündə Fransada yaşayan Şahzadə Pyotr 1924-cü ildə Antibdə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Crawford, Donald; Crawford, Rosemary (1997). An Innocent Abroad. New York: Scribner.
Vorres, Ian (2001) . The Last Grand Duchess. Toronto: Key Porter Books.
İstinadlar