thumb|Şiva, Şivaizmin əsas allahıdır. Şivaizm və ya Şaivizm ( ) — Hinduizm daxilindəki ən mühüm ənənələrdən biridir və Şivaya Ali Varlıq kimi sitayiş edir. Hinduizmin böyük hissəsində olduğu kimi, Şivaizmin də Şiva Siddhanta kimi sitayişə söykənən dualist teizmdən, Kəşmir Şivaizmi kimi yoqa yönümlü monist nonteizmə qədər bir çox qol-ənənəsi mövcuddur. Ən qədim Şivaist təriqətlərindən biri Paşupata Şivaizmidir. Bu cərəyanlar həm Vedaları, həm də Aqama mətnlərini teologiyanın mühüm mənbələri kimi qəbul edir.

Şivaizm cənubi Tamil Şiva Siddhanta ənənələri və fəlsəfələrinə əsaslanan Veda öncəsi dinlərin və ənənələrin sintezi kimi inkişaf etmiş və Veda xarici Şiva ənənəsinə assimilyasiya olunmuşdur. Bizim eradan əvvəlki son əsrlərdən başlayan Sanskritləşmə və Hinduizm sintezi prosesində bu Veda öncəsi ənənələr Veda allahı Rudra və digər Veda ilahiləri ilə adaptasiya edilmiş, beləliklə Veda xarici Şiva ənənələri Veda-Brahmanik ənənəyə daxil edilmişdir.

Etimologiya Şiva (, ) hərfən "mülayim", "xeyirxah", "lütfkar" və ya "mübarək" mənalarını ifadə edir. Xüsusi isim kimi işləndikdə isə "Mübarək/Xeyirxah Varlıq" mənasını verir.

"Şiva" sözü Riqvedada Rudra da daxil olmaqla bir neçə Riqveda allahı üçün təyinətedici sifət kimi işlənilir. Sanskrit dilindəki śaiva və ya şivaist sözü "allah Şiva ilə bağlı olan" deməkdir; müvafiq inanc, ibadət, tarix, ədəbiyyat və təriqətlər məcmusu isə Şivaizmi təşkil edir.

Tarixi

Hind vadisi mədəniyyəti Bəzi tədqiqatçılar Şivaizmin mənşəyini e.ə. 2500–2000-ci illər arasında çiçəklənmə dövrünü yaşayan Hind vadisi mədəniyyəti ilə əlaqələndirirlər. Arxeoloji tapıntılar Şivaya bənzəyən bir ilahini təsvir edən möhürləri üzə çıxarmışdır. Bunlardan biri də əvvəllər alimlər tərəfindən heyvanlarla əhatə olunmuş, buynuzlu və meditativ yoqa duruşunda oturan bir fiqur kimi yozulan "Paşupati möhrü"dür. Bu Paşupati (Sanskrit: paśupati, "Heyvanların rəbbi") möhrü həmin tədqiqatçılar tərəfindən Şivanın prototipi kimi qiymətləndirilmişdir. Lakin Qavin Flud bu baxışları "spekulyativ" adlandıraraq, möhürdəki fiqurun üçüzlü olub-olmadığının, yoqa duruşunda oturub-oturmadığının və hətta bu təsvirin ümumiyyətlə insan fiqurunu ifadə edib-etmədiyinin dəqiq aydınlaşmadığını bildirir.

Şivaizmin meydana gəlməsi Qavin Fludun fikrincə, "bizim anladığımız mənada Şivaist ənənələrin formalaşması e.ə. 200 — b.ə. 100-cü illər aralığında formalaşmağa başlanmışdır". Şiva ilkin olaraq, ehtimalla, Brahman ilahisi olmamış, lakin sonradan Brahman panteonuna inteqrasiya edilmişdir.

Puranik Şivaizm Qupta imperiyası dövründə (təxminən b.ə. 320–500) Hindistanda Purana ədəbi janrı inkişaf etmiş və bu Puranaların bir çoxunda — Vişnuizm, Şaktizm, Brahmanların Smarta ənənələri və digər mövzularla yanaşı — Şivaizmə dair geniş bölmələr yer almışdır. Bu da həmin dövrdə Şivaizmin malik olduğu mühüm töhfəni və nüfuzu nümayiş etdirir.

Bu dövrün ən mühüm Şivaist Puranaları cərgəsinə "Şiva-purana", "Skanda-purana" və "Linqa-purana" daxildir.

Şivaizm və digər Hinduizm ənənələri arasındakı fərqlər

+ Şivaizmin digər Hinduizm ənənələri ilə müqayisəsi Şivaist ənənələr Vişnuist ənənələr Şakta ənənələri Smarta ənənələri Mənbələr Müqəddəs mətnlər Vedalar, Upanişadlar və Aqamalar Vedalar, Upanişadlar və Aqamalar Vedalar və Upanişadlar Vedalar və Upanişadlar Ən ali ilahi Şiva Vişnu Devi Yoxdur (Parabrahman bu qəbildən sayıla bilər) Yaradıcı ilah Şiva Vişnu Devi Brahman prinsipi Avatar konsepsiyası Az əhəmiyyətlidir Mühüm əhəmiyyətə malik olan konsepsiyadır Əhəmiyyətli konsepsiyadır Az əhəmiyyətlidir Zöhd / Münzəvi həyat Tövsiyə olunur Qəbul edilir Qəbul edilir Tövsiyə olunur Rituallar, Bhakti Qəbul edir Qəbul edir Qəbul edir Qeyri-məcburidir / İxtiyaridir Ahimsa və Vegetarianlıq Tövsiyə olunur, məcburi deyil Qəbul edir Məcburi deyil Tövsiyə olunur, məcburi deyil Azad iradə, Maya (illüziya), Karma Qəbul edir Qəbul edir Qəbul edir Qəbul edir Metafizik baxış Brahman (Şiva), Atman (Mahiyyət) Brahman (Vişnu), Atman Brahman (Devi), Atman Brahman, Atman Qnoseologiya (Epistemologiya)(Pramana) 1. Qavrayış2. Məntiqi nəticə3. Mötəbər şəhadət4. İntuitiv idrak (öz-özünə aydın olan) 1. Qavrayış2. Məntiqi nəticə3. Mötəbər şəhadət 1. Qavrayış2. Məntiqi nəticə3. Mötəbər şəhadət 1. Qavrayış2. Məntiqi nəticə3. Müqayisə və bənzətmə4. Fərziyyə (törəmə)5. Qeyri-qavrayış (yoxluğun dərki)6. Mötəbər şəhadət Fəlsəfə Dvayta, məhdud advayta, advayta Vişiştadvayta, Dvayta, məhdud advayta, advayta Şakti-advayta Advayta, məhdud advayta Xilas(Soteriologiya) Civanmukta,Çarya-Kriya-Yoqa-Cnyana Videhamukti, Yoqa,dünyəvi (münzəvi olmayan) həyat Bhakti, Tantra, Yoqa Civanmukta, Advayta, Yoqa,münzəvi həyat

İstinadlar

Biblioqrafiya

(fourth revised & enlarged edition).

Third AES reprint edition, 1995. .

Second edition

Second revised reprint edition. Two volumes. First published 1927 by the University of Calcutta.

Əlavə ədəbiyyat siyahısı

Four volumes.

Xarici keçidlər

Encyclopædia Britannica, "Shaivism" Saivism.Net Alexis sanderson, Publications, scholarly studies in Shaivism Encyclopaedia of Hinduism, Saivism Shaivam Philosophy

Kateqoriya:Hinduizm anlayışları Kateqoriya:Hinduizm məzhəbləri Kateqoriya:Teistik Hindistan fəlsəfəsi Kateqoriya:Monoteist dinlər Kateqoriya:Şivaizm