Yeddi gözəl — Qara Qarayev tərəfindən 1949–1952-ci illərdə bəstələnmiş balet. Dörd pərdəli baletin librettosu XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə tamamladığı "Yeddi gözəl" poeması əsasında İsmayıl Hidayətzadə, Yuri Slonimski və Sabit Rəhman tərəfindən yazılmışdı. İlk səhnələşdirmənin xoreoqrafı Pyotr Qusevdir. Baletin premyerası 6 noyabr 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilmişdir.
1959-cu ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyü ərəfəsində baletin yeni musiqi-səhnə redaksiyası işlənmişdir. Əvvəlki dörd pərdəlik kompozisiya, librettoda bəzi süjet dəyişikləri, musiqinin ixtisarı hesabına üç pərdəyə endirilmişdi. Lakin əsərin mərkəzində qoyulan ideya, əsas dramatik xəttlər qorunub saxlanmışdı. 1964-cü ildə balet yenidən redaksiya edilmişdi. Əsərin fabulasında və musiqi dramaturgiyasında əhəmiyyətli bir dəyişikliyə yol verilməsə də, bu redaksiya xarakterlərin daha aydın və qabarıq verilməsinə imkan vermişdi.
Tarixi
Yeddi gözəl poeması
200px|thumb|right|Bəhramın yeddi gözəlin portretlərini görməsi, 1479, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı "Yeddi gözəl" poeması, öz yaradıcılığı ilə şeirə yeni ruh verib, onu sarayların məngənəsindən qurtararaq, ümumxalq sərvətinə çevirmiş dahi şair Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan beş poemadan (məsnəvidən) dördüncüsüdür. Şair poemanı 31 iyul 1197-ci il də tamamlamış və Marağa hakimi Əlaəddin Körpə Aslana (1174–1208) ithaf etmişdi.Бертельс Е. Э. Великий азербайджанский поэт Низами. — Баку: издательство АзФАН, 1940 Poemanın mövzusu Sasani hökmdarı V Bəhramın həyatı ilə bağılıdır. Ancaq şair onun həyatını əks etdirmək adı altında, öz dövrü haqqında kəskin tənqidi fikirlər, romantik düşüncələrlə dolu bir əsər yaratmışdır. "Yeddi gözəl" həyat və insan, tarix və müasir dövr, hökmdar və cəmiyyət və sair mövzular ətrafında şairin zəngin, rəngarəng düşüncə, baxış və qənaətləri xəzinəsidir.
Nizaminin məqsədi Bəhram haqqındakı əfsanə və rəvayətləri, tarixi mənbələrdə onun haqqında verilən məlumatları toplayıb nəzmə çəkmək olmamışdır. Şair, Sasani hökmdarının simasında yeni insan idealını əks etdirmək, zaman və insan anlayışı ətrafındakı dərin düşüncələrini ifadə etmək istəmişdi. Lakin "Yeddi gözəl" poeması yalnız ədalətli hökmdar surəti yaratmaq, ideal şah arzularını əks etdirmək üçün yaradılmış bir əsər də deyil. Bu poema insana yeni – İntibah dövrünün münasibətlərini əks etdirən bir əsərdir. Şairin əsas poetik qayəsi insan necədir və necə olmalıdır fikrini geniş planda əks etdirmək olmuşdur.
"Yeddi gözəl" poeması obrazların təqdimi baxımından Nizami yaradıcılığında fərqli mövqeyə malikdir.Крымский А. Е. Низами и его современники. — Баку: "Элм", 1981 Bu əsərində şair, surətlərə ancaq müəyyən ideyanı, fikri təcəssüm etdirən, hadisələri bir-birinə bağlayan müxaniki, zahiri vasitə kimi baxmır, onlar hər şeydən əvvəl hər hansı cəhətdən bir-birinə bənzəməyən, müəyyən vərdişləri, qayğıları, keyfiyyətləri olan canlı, səciyyəvi adamlar kimi təqdim olunurlar. "Yeddi gözəl"də bütün surətlər eyni dərəcədə geniş və çoxplanlı şəkildə təsvir edilməmiş, əsas diqqət isə Bəhram Gur surəti üzərində cəmlənmişdir.
Düzənlənmə tarixi
Q. Qarayevin ən vacib mövzulara, kəskin həyati konfliktlərə həsr olunmuş, yüksək idealları, insan mənəviyyatının zənginliyini və gözəlliyini, hisslərin poeziyasını tərənnüm edən baletləri insanpərvərlik ruhu ilə doludur. İncə, lirik hisslərlə yazıb-yaradan sənətkar heyranedici ustalıqla öz qəhrəmanlarının daxili aləminə nüfuz edir. Onun ilhamla dolu, fövqəladə dərəcədə təsirli musiqi əsərlərində lirik-psixoloji konfliktlər, ifadə tərzi ictimai, tarixi hadisələrlə, konfliktlərlə dərindən bağlanmışdır. Libretto müəllifləri İsmayıl Hidayətzadə, Yuri Slonimski və Sabit Rəhmanla yaradıcılıq əməkdaşlığı şəraitində meydana çıxmış "Yeddi gözəl" baleti uzun müddət davam edən yaradıcılıq axtarışlarının məhsuludur.Р. Фархадова — Балет "Семь красавиц" Кара Караева, Баку, 1957 right|thumb|140px|Pyotr Qusev Bu baleti yaratmaq fikrini Q. Qarayevə Azərbaycanın görkəmli teatr xadimi, istedadlı rejissor İsmayıl Hidayətzadə məsləhət görmüşdü. İ. Hidayətzadə dramaturq S. Rəhmanla birgə baletin librettosunun ilk variantını yazıb hazırlamışlar. 1951-ci ildə isə libretto yazan və balet sənəti nəzəriyyəçisi Y. Slonimski librettonu yaratmaq işinə cəlb olunmuşdu.
Libretto müəllifləri də, bəstəkar da, baletin xareoqrafiya kompozisiyasının müəllifi, baletmeyster P. Qusev də təkcə "Yeddi gözəl" poemasının süjet xəttini qısaca izah etməklə kifayətlənməmişlər. Onlar eyni zamanda Nizami Gəncəvinin yaradıcılığında ümumi ideya istiqamətini qoruyub saxlamağa və "Yeddi gözəl"in məzmununu onunla bağlamağa çalışmışlar.
Yuri Slonimski "Yeddi gözəl" haqqında qeydlərində yazmışdı: "Nizami yaradıcılığının əsas mövzusu yaşadığı dövrdə Azərbaycan xalqının taleyi haqqında, orta əsrlərdəki zülm və əsarətə qarşı, xalqın kölə halına salınmasına qarşı həqiqi mənada mübarizə edən insan haqqında şairin düşüncələri əsas götürülmüşdür. İnsan taleyi – xalqın taleyi – bu düstur əsərdə cərəyan edən səhnə hadisələrində əsas götürülmüşdür. Bu fikirlər təkcə ssenaridə deyildir. Bu fikirlər baletin musiqisində də, tamaşada da ifadə edilmişdir."
Baletdə Nizaminin "Yeddi gözəl" poemasının süjeti nağıl və əfsanə kimi deyil, ictimai dram kimi izah olunur. Librettonun müəllifləri bir tərəfdən poemanın süjet xəttini yığcamlaşdırmış, ondan bir qədər kənara çıxmağa meyil etmiş, digər tərəfdən isə "Xəmsə"dəki başqa poemaların hesabına baletin süjetini genişləndirmiş, şairin başqa əsərlərindəki süjet motivlərinin xarakter xüsusiyyətlərindən istifadə etmişlər.
Səhnələşdirilmə tarixi
Premyera thumb|left|250px|Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Baletin ilk tamaşası 6 noyabr 1952-ci ildə M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında keçirilmişdir. Bu tamaşada baletin xareoqrafı RSFSR-in əməkdar artisti, tanınmış xoreoqraf, baltemeyster və pedaqoq Pyotr Qusev olmuşdur. Azərbaycanın Xalq Artisti, prima-balerina Qəmər Almaszadə baletin səhnələşdirilməsində ümumi məsləhətçi kimi çalışmış və bir sıra rəqslərə səhnə quruluşu vermişdir.
Tamaşa zamanı orkestra rəhbərliyi K. Abdullayev etmişdi. Tamaşa ölkənin musiqi həyatında böyük hadisə kimi dəyərləndirilmiş və ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Baletin premyerası eyni zamanda böyük beynəlxalq maraq doğurmuşdu. Premyera münasibətilə SSRİ-nin Xalq Artisti, məşhur bəstəkar Dmitri Şostakoviç yazdığı məqalədə qeyd edir ki, "…Yeni baletin ən güclü tərəfi onun musiqisidir. Q. Qarayev bu əsərində musiqi vergisini əvvəlki əsərlərindən daha qabarıq şəkildə büruzə vermişdir."Pravda, 18/XII, 1952. "Sovetskaya muzıka" qeyd edir: "Yeddi gözəl"in partiturası monumental simfonik təsvirdir. Xalq musiqi-rəqs ənənələrinə əsaslanan balet böyük tamaşa kimi təşəkkül tapmışdır. Xalqın, Aişənin, Bəhramın, Mənzərin və Vəzirin xarakteristikaları ümumi hadisələr fonunda təqdim edilərək, hadisələrin inkişafına təkan verir."Советская музыка, № 2, 1953
Premyerada aktyorların ifası da xüsusi diqqət çəkmişdir. Aişə rolunu Azərbaycanın Xalq Artisti, prima-balerina Leyla Vəkilova oynamışdı. Onun ifasında Aişə obrazı təkcə qəhrəmanlıq, dramatizm və sosial məsuliyyət hissi ilə deyil, eyni zamanda daxili gözəlliklərin büruzə verilməsi ilə də diqqəti cəlb eliyir. L. Vəkilovadan sonra Aişə rolunu Azərbaycanın Xalq Artisti, prima-balerina Qəmər Almaszadə canlandırmışdır. Q. Almaszadənin ifasında Aişə obrazının daha çox lirik xüsusiyyətləri nəzərə çarpdırılmışdır. Mürəkkəb psixoloji xüsusiyyətlərə malik Bəhram obrazını Y. Kuznetsov canlandırmışdır. Qəhrəman Mənzər obrazını Azərbaycanın əməkdar artisti Konstantin Bataşov, Vəzir rolunu isə A. Urantsev canlandırmışdır.
Digər səhnələşdirmələr 1953-cü ildə Bakıdakı uğurdan sonra balet Leninqrad Dövlət Kiçik Opera və Balet Teatrında səhnələşdirilmişdi. Mükəmməl balet musiqisi, və P. Qusevin peşəkar səhnə düzənləməsi balet tamaşasının uğurlu alınmasını şərtləndirmişdi.А. Гозенпуд — Семь красавиц, Советская музыка, № 5, 1954 "Zvezda" jurnalı isə baletin S. Prokofiyevin baletləri ilə bir pillədə durduğunu bildirmişdi.В. Красовская – Балетный сезон в Ленинграде, Журнал "Звезда", 1954, № 9 1954-cü ildə balet Saratov Dövlət Opera və Balet Teatrında səhnələşdirilmişdi. 1955-ci ildə balet Lvov Dövlət Opera və Balet Teatrında səhnələşdirilmişdi. 1955-ci ildə balet Daşkənd Dövlət Opera və Balet Teatrında səhnələşdirilmişdi. 1959-cu ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyü çərçivəsində balet Dövlət Akademik Böyük Teatrında səhnələşdirilmişdi. Bu tamaşa üçün Q. Qarayev baletin yeni redaksiyasını işləyib hazırlayır. Əvvəlki dörd pərdəlik kompozisiya, librettoda bəzi süjet dəyişikləri, musiqinin ixtisarı hesabına üç pərdəyə endirilmişdi. Yeni səhnələşdirmə zamanı orkestrə drijorluğu Niyazi etmişdir. 1970-ci ildə balet VII Beynəlxalq Rəqs və Balet Teatrları Festivalı çərçivəsində Parisdə səhnələşdirilmişdi. 2002-ci ildə baletmeysterlər Rafiq Axundov və Maqsud Məmmədovun səhnə quruluşu əsasında müxtəlif ölkələrdən olan rəqqasların ifasıında balet İsveçin Stokholm və Göteborq şəhərlərində səhnələşdirilmişdi. "Les Ballets Persans" şirkəti tərəfindən həyata keçirilən səhnələşdirmə zamanı baletin İran musiqi əsəri kimi təqdim edilməsinə cəhd edilmişdi. 2008-ci ildə Q. Qarayevin 90 illik yubiley tədbirləri çərçivəsində balet Vasili Medvedyevin yeni səhnə quruluşunda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilmişdi.Галина Микеладзе – Люблю…и смело говорю об этом, Баку, 2010 2011-ci ilin fevralında Vasili Medvedyevin səhnə quruluşu və Yana Temizin librettosu əsasında balet yenidən Moskva Dövlət Akademik Böyük Teatrında səhnələşdirilmişdir. Bu səhnələşdirmədə geyim üzrə rəssam Tahir Tahirov kostyumların hazırlanmasında çoxlu sayda məşhur Svarovski daşlarından istifadə etmişdir. 2011-ci ilin 8 iyun tarixində "Yeddi gözəl" baletinin Başqırdıstan Dövlət Opera Teatrında xoreoqraf Rinat Abuşahmanovun quruluşunda dirijor Rauşan Yakupovun rəhbərliyi ilə səhnə premyerası keçirilmişdir. Bu quruluş keçmiş 3 pərdəli variantda ifa edilmişdir. Baş rollarda İldar Manyapov -Bəhram, Guzel Suleymanova- Aişə, Andrey Brıntsev- Vəzir olmuşlar.КАРА КАРАЕВ — СЕМЬ КРАСАВИЦ,Либретто по мотивам поэмы Низами Гянджеви, Р. Абушахманова, Хореография Р. Абушахманова , bashopera.ru, Yoxlanılıb: 31 avqust 2014 2012-ci ildə Belarusda Azərbaycan mədəniyyəti günləri çərçivəsində balet Belarus Milli Akademik Böyük Opera və Balet Teatrında səhnələşdirilmişdir.Qara Qarayevin "Yeddi gözəl" baleti Belarusda nümayiş olunub 2014-cü ildə Kaliforniyada balet San-Diyeqo Teatrında Grossmont simfonik orkestrinin müşayəti ilə səhnələşdirilmişdir.Kaliforniyada Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerası olacaq , oxu.az, Yoxlanılıb: 25 iyul 2014 Rolların ilk ifaçıları RolBakı 1952Sankt-Peterburq 1953Daşkənd 1955Bakı 2008Moskva 2011AişəL. VəkilovaM. MazunL. BəşirovaR. İsgəndərovaK. HüseynovaMənzərK. BataşovY. LitvinenkoA. Nəzrullayevİ. İslamovBəhram şahY. KuznetsovY. MalaxovV. RyabuxinG. MirzəyevM. LobuxinVəzirA. UrantsevN. FilippovskiV. Sobo
Baletin musiqisi
Nizaminin eyniadlı poemasında olduğu kimi Qara Qarayev də əsərin əsas fikrini məhəbbət naminə insanın əxlaqi kamilləşməsi, xalqın səadəti naminə mənəvi fədakarlığının gücünü ardıcıl olaraq açır. Nizami öz poemalarında dəfələrlə azadlıqsevən zəhmətkeş xalq haqqında humanist fikirlər söyləmişdi.