thumb|500пкс|Kerzon xətti Kerzon xətti (, , , ) — 1920-ci ildə Britaniya Xarici İşlər Naziri Lord Corc Kerzon tərəfindən təklif edilmiş Polşa ilə Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) arasında demarkasiya xətti idi. O, şimalda Litvadan cənubda Çexoslovakiyaya, Qrodno, Yalovka, Nemirov, Brest-Litovsk, Dorohusk, Ustyluh, Qrubieszovun şərqindən, Krılovdan keçərək Buq çayı boyunca və daha cənub-qərbdə demək olar ki, düz bir xətt üzrə (Rava-Ruska və Nemirovun qərbindən, Pşemışlın şərqindən) Karpat dağlarına (Russkoe Sedlo aşırımı) qədər uzanırdı. Ukraynalıların və belarusların etnik məskunlaşmalarını heç bir şəkildə tam nəzərə almayan Kerzon xətti, 8 dekabr 1919-cu ildə Antanta Ali Şurası tərəfindən Polşanın şərq sərhədi kimi tövsiyə edildi. Lakin Polşa-Sovet müharibəsi zamanı hər iki müharibə edən tərəflər bu xətti nəzərə almadı.
1943-cü ildə keçirilən Tehran konfransında bu məsələ yenidən razılaşmaların predmetinə çevrildi. İkinci Dünya müharibəsindən sonra SSRİ–Polşa sərhədi təxminən Kerzon xətti boyunca müəyyən edildi. 1945-ci ilin sentyabrından etibarən, yeni sovet–Polşa sərhədi müəyyənləşdirildikdən sonra, Polşa hökuməti ukraynalıların məcburi şəkildə SSRİ ərazisinə köçürülməsinə başladı. 1946-cı ilin avqustunadək təxminən 483 min ukraynalı köçürüldü. Onların arasında Xolmşçına və Cənubi Podlyaşye bölgələrindən 193 mindən çox insan var idi. Şimali Podlyaşye isə əsasən bu köçürülmədən kənarda qaldı. Bunun səbəbi həmin bölgənin bir çox sakininin özlərini ukraynalı deyil, polyak, rus və ya belarus kimi təqdim etmələri və bununla da deportasiyadan yayınmaları idi. SSRİ-yə məcburi köçürmə başa çatdıqdan sonra Polşada qalan digər millətlərə mənsub sakinlərin demək olar ki, hamısı (150 mindən çox nəfər, o cümlədən Holmşçınadan təxminən 29 min sakin) 1947-ci ildə "Vistula" (Wisła) əməliyyatı çərçivəsində Polşanın şimal-qərb torpaqlarına deportasiya edildi.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:SSRİ sərhədləri Kateqoriya:Sərhədlər Kateqoriya:Polşa tarixi