thumb|right|Qızıl 5-lik 1899-cu il, üzü thumb|right|Qızıl 5-lik 1899-cu il, arxası
Sikkə — əsasən metaldan hazırlanmış və rəsmi şəkildə dövriyyəyə buraxılmış pul vahididir. Sikkələr, adətən, dövlət və ya səlahiyyətli pul buraxan orqan tərəfindən müəyyən dəyər ilə buraxılır və qanuni ödəniş vasitəsi kimi qəbul olunur.
Tarixdə ilk sikkələr eramızdan əvvəl VII əsrdə Lidiyada dövriyyəyə buraxılmışdır. Əvvəlcə sikkələr qızıl, gümüş və digər qiymətli metallardan kəsilmişdir və onların dəyəri tərkibindəki metalın dəyəri ilə müəyyən edilirdi. Sonralar isə nominal dəyəri real metal dəyərindən asılı olmayan sikkələr yayılmağa başlamışdır.
Müasir dövrdə sikkələr adətən mis, nikel, alüminium və onların ərintilərindən hazırlanır. Onların dəyəri daha çox fiat pul prinsipi ilə, yəni dövlət tərəfindən tanınmış rəsmi dəyər əsasında müəyyən edilir. Sikkələrin üzərində buraxıldığı ölkənin adı, nominal dəyəri, buraxılış ili və bəzən tarixi və ya mədəni simvollar əks olunur.
Sikkələr nağd pul dövriyyəsinin bir hissəsini təşkil edir və kiçik ödənişlər üçün geniş istifadə olunur. Bundan əlavə, bəzən xatirə məqsədilə və ya kolleksiya üçün də xüsusi buraxılan sikkələr mövcuddur.
Etimologiya Sikkə sözü ərəb mənşəli sözdür. Dilimizə ərəb işğalından sonra keçmişdir.
Tarix İlk sikkələr demək olar ki, e.ə. VII əsrdə qədim Çin və qədim Lidiya dövlətində meydana gəlmişdir. İlk qızıl sikkələr 2500 il bundan əvvəl Lidiyada (Kiçik Asiyanın qərb hissəsi) yaranıb. İlk dövrlərdə tədavüldə eyni zamanda qızıldan və gümüşdən düzəldilmiş sikkələr olmuşdur. Sonuncu Lidiya hökmdarı Krez haqqında belə bir deyim qalıb: "Krez kimi varlıdır".
Sikkələrin forması Sikkələr adətən dairəvi yumru formada olur. Ancaq istisna olaraq bir çox sikkələr dördkünc, düzbucaqlı, kənarları çıxıntılı və.s ola bilir. Sikkənin üz tərəfi avers, əks tərəfi isə revers, kənarı isə qurt adlanır. Sikkənin korlanmasının qarşısını almaq məqsədilə "qurt" kəsikli edilir.
Maraqlı fakt 1794-cü ildə kəsilmiş 1 dollarlıq gümüş Amerika sikkəsi,2016-cı ildə Londonda 10 milyon dollardan baha qiymətə auksiona çıxarılmışdı.
Ən məşhur sikkələr — bu sikkə 1266-cı ildən hazırlanmağa başlanıb və Fransanın ilk sikkələrindəndir.
Qvineya — İngilis qızıl sikkəsidir.1663–1817-ci illərdə çıxarılıb. Sonra onu soveren sikkəsi əvəz edib. İlk dövrlər onun hazırlanması üçün qızılı Qvineyadan gətirirdilər. Ona görə də sikkənin adı Qvineyadır.
Qulden — XIII əsrdə Avropada çıxan pul vahididir. Bu pul Almaniya, Fransa, Niderland və s. ölkələrdə məşhurdur.
Krona — Bir çox ölkələrin qızıl sikkəsidir. İlk dəfə XIV əsrdə Fransada , sonra isə 1523-cü ildə İngiltərədə buraxılıb.
Eskudo — XVI əsrdə çıxmış ispan qızıl sikkəsidir.
İstinadlar
Ədəbiyyat siyahısı
Аверин П. С. Каталог российских монет 1700—1917. — М.: ООО «АРГО», 2012. — 168 с. — ISBN 978-5-9903099-1-3.
Потин В. М. Монеты. Клады. Коллекции: Очерки нумизматики. — Санкт-Петербург: Искусство-СПБ, 1992. Словарь нумизмата: Пер. с нем. /Х.Фенглер, Г.Гироу, В.Унгер/ 2-е изд., перераб. и доп. — М.: Радио и связь, 1993. Карышковский, Пётр Осипович. Монеты Ольвии. Киев, 1988. ISBN 5-12-000104-1. Щепотьев А. В. Денежное обращение при принудительной экономической интеграции. // Соломоново решение: финансово-правовой вестник. 2005. — № 1. — с. 57-59.
Əlavə ədəbiyyat siyahısı
Xarici keçidlər
sikkə qoruma cədvəli (Şeldon), Milli numizmatika reyestri Numizmatların əl kitabı: sikkələr haqqında hər şey XV-XVI əsrlərdə və sonralar Rusiyada və Avropada pul sistemi, qızıl, gümüş və sikkələr
Kateqoriya:Pul Kateqoriya:Numizmatika Kateqoriya:Sikkələr