Joze Eduardu duş Santuş (; ) — Anqolanın ikinci prezidenti (1979–2017).
Həyatı Eduardu San-Tome və Prinsipidən olan fəhlə-inşaatçı ailəsində doğulub. 1954-cü ildə hələ məktəb vaxtlarında, Xose Eduardo MPLA partiyasına üzv olmaqla öz siyasi karyerasına qədəm qoyur. 1961-ci ildə müstəmləkə hökumətinin repressiyaları nəticəsində o könüllü şəkildə sürgünü Fransada keçirir, daha sonra isə Konqoya köçür və burada MPLA ilə əməkdaşlıq etməyə başlayır. Tezliklə dos Santos prezident müavini vəzifəsini icra etməyə başlayır və təhsilini davam etmək üçün SSRİ-yə yollanır. Burada o Azərbaycan Neft və Kimya İnstitutunu bitirir.Biography on the Angolan Embassy Hellenic website
1979-cu ildə Anqolanın ilk prezidenti Aqostinyo Netonun vəfatından sonra bu vəzifəyə seçilən Xose Eduardo 2017-ci ilədək 38 il Anqola Prezidenti vəzifəsini icra etmişdir. Ölkənin ikinci prezidenti 1992-ci və 2001-ci illərdə keçirilən seçkilərdə də qalib gəlib. Sonuncu seçkilərdən sonra bir daha namizədliyini irəli sürməyib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Anqola prezidentləri Kateqoriya:Anqola inqilabçıları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri