Veronika Fusaro (; ) — İtaliya-İsveçrə müğənnisi və bəstəkarı. Onun 2023-cü ildə çıxan "All the Colors of the Sky" adlı debüt albomu İsveçrə Hitparade-də beşinci yerə yüksəlib. O, İsveçrəni 2026 Avroviziya Mahnı Müsabiqəsində "Alice" mahnısı ilə təmsil edib.
Həyatı Veronika Fusaro 23 aprel 1997-ci ildə Tun şəhərində anadan olub. Onun atası italyan, anası isə isveçrəlidir. Fusaro 2014-cü ildə alman dilli "SRF 1" kanalında yayımlanan "The Voice of Switzerland" (İsveçrənin Səsi) yarışmasının ikinci mövsümündə iştirak edib. Onun Karo Emeraldın "A Night like This" mahnısı ilə etdiyi çıxış Stefani Haynzmanın rəğbətini qazanıb və o, ifaçını öz komandasına qəbul edib. Fusaronun yarışmadakı səyahəti "Knockout" (Nokaut) mərhələsinə qədər davam edib və o, bu mərhələdə mübarizəni dayandırıb.
2016-cı ildə "Demotape Clinic" assosiasiyası tərəfindən "İlin Demoroliki" (Demo of the Year) mükafatına layiq görülüb. Bu uğur ölkənin milli radiostansiyası olan "SRF 3"-ün diqqətini çəkib və radio onu 2016-cı ilin may ayının "Ən Yaxşı İstedadı" elan edib. 2018-ci ildə o, hər il keçirilən "Swiss Music Awards" (İsveçrə Musiqi Mükafatları) mərasimində çıxış edib.
Fusaro 2019-cu ildə buraxdığı "Rollercoaster" sinqlı ilə məşhurluq qazanıb. Bu mahnı "MX3" şəbəkəsi ilə əməkdaşlıq sayəsində İsveçrə Konfederasiyasının əsas radiostansiyalarında geniş şəkildə işıqlandırılıb. Həmin il o, həmçinin Qlastonberi Festivalında iştirak edib və Fransada keçirilən Nim festivalı zamanı Mark Knopflerin konsertinin açılışını edən sənətçi olub. 2023-cü ildə, "All the Colors of the Sky" adlı debüt studiya albomunun işıq üzü görməsi ilə eyni vaxtda Tun şəhərinin Musiqi Mükafatına layiq görülüb.
20 yanvar 2026-cı ildə İsveçrənin "SRG SSR" yayım şirkəti Avstriyanın Vyana şəhərində keçiriləcək "Avroviziya-2026" mahnı müsabiqəsində İsveçrəni təmsil etmək üçün daxili seçim yolu ilə Fusaronu təyin etdiyini elan edib. Onun müsabiqə üçün hazırladığı "Alice" adlı mahnısı martın 11-də təqdim olunub. O, ikinci yarımfinalda çıxış edərək həm münsiflərin, həm də telesəsvermənin xallarını qazansa da, ümumi nəticədə 11-ci yerdə qərarlaşıb və finala vəsiqə qazana bilməyib. Bununla da Fusaro, 2018-ci ildən finala keçə bilməyən ilk İsveçrə təmsilçisi olub.
Diskoqrafiyası
Studiya albomları
+ Seçilmiş detallarla birlikdə studiya albomlarının siyahısı Adı Təfərrüatlar Çatlarda ən yüksək mövqe SWI All the Colors of the Sky Buraxılış tarixi: 20 yanvar 2023 Leybl: Deepdive Records Format: CD, Musiqi yükləmə, Streaminq 5 Looking for Connection Buraxılış tarixi: 24 oktyabr 2025 Leybl: Deepdive Records Format: CD, Musiqi yükləmə, Streaminq 12
Genişləndirilmiş musiqiləri + Seçilmiş detallarla birlikdə EP-lərin siyahısı Adı Təfərrüatlar Çatlarda ən yüksək mövqe SWI Lost in Thought Buraxılış tarixi: 15 dekabr 2017 Leybl: Deepdive Records Format: CD, Musiqi yükləmə, Streaminq — Ice Cold Buraxılış tarixi: 9 fevral 2018 Leybl: Deepdive Records Format: CD, Musiqi yükləmə, Streaminq 16 Sunkissed Buraxılış tarixi: 4 oktyabr 2019 Leybl: Deepdive Records Format: CD, Musiqi yükləmə, Streaminq 84
Singles + İl, albom və siyahı mövqeləri ilə birlikdə sinqlların siyahısı Adı İl Çatlarda ən yüksək mövqe Albom SWI "Pluto" 2017 — — Lost in Thought "Never Getting Down" — — Ice Cold "Better If I Go" — — "Lost in Thought" — — Lost in Thought "Venom" 2018 — — Albom olmayan sinql "Lie to Me" 2019 — — Sunkissed "Rollercoaster" — — "Run My Mind" — — "Beach" 2020 — —All the Colors of the Sky "Fool" 2021 — — "Better with You" 2022 — — "Summer Lightning" — — "Cry Me an Ocean" — — "Wreck Me" — — "A Modern Tale" 2023 — — "Slot Machine" 2024 — —Looking for Connection "Jealousy" 2025 — — "No Rain No Tears" — — "Gold Rush" — — "Alice" 2026 94 6 "—" həmin ərazidə siyahıya alınmayan və ya yayımlanmayan bir qeydi ifadə edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:İsveçrənin "Avroviziya" təmsilçiləri