Əlövsət Vilayət oğlu Allahverdiyev () — Azərbaycanlı alim, hüquq üzrə elmlər doktoru, dosent. O, 2 dərs vəsaiti, 12 tədris proqramının müəllifidir.

Həyatı Əlövsət Allahverdiyev 1977-ci il yanvarın 30-da Gədəbəy rayonunun Arabaçı kəndində anadan olmuşdur. 1984–1994-cü illərdə orta təhsil almışdır. 1995–2001-ci illərdə beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistratura pillələrini fərqlənmə ilə bitirmişdir.

2001–2002-ci illərdə hərbi xidmətdə olmuşdur.

2003-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun beynəlxalq hüquq ixtisası üzrə dissertanturasına daxil olmuşdur. 2012-ci ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2018-ci ildə isə dosent elmi adını almışdır.

2019–2024-cü illərdə Bakı Dövlət Universitetində elmlər doktoru proqramı üzrə doktorantura təhsili almışdır. "Müharibə cinayətlərinin təqib olunmasında beynəlxalq və milli məhkəmələrin rolu" adlı dissertasiya işini müdafiə etmişdir.

Ailəlidir, iki övladı var.

Əmək fəaliyyəti Əlövsət Allahverdiyev 2002-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur.

2002–2004 — Ali Diplomatiya Kolleci, müəllim 2004–2005 — Bakı Diplomatiya Universiteti, müəllim 2005 — Ali Diplomatiya Kollecində xarici əlaqələr və gənclərlə iş üzrə prorektor 2005–2006 — Bakı Diplomatiya Universiteti, Beynəlxalq hüquq və iqtisadiyyat kafedrası, müəllim 2003–2015 — Silahlı Qüvvələrin Hərbi Akademiyası, baş müəllim 2010–2011 — "Azərbaycan Dəmir Yolları" QSC, İnfrastruktur departamenti, hüquqşünas 2011-ci ildən — "Azərbaycan Dəmir Yolları" QSC, Sənədlərlə iş şöbəsinin müdiri 2019-cu ildən — Bakı Dövlət Universiteti, Hüquq fakültəsinin müəllimi 2024-cü ildən — Mediasiya Şurasının üzvü, mediator

Elmi fəaliyyəti 2003-cü ildən maarifçilik fəaliyyəti ilə məşğuldur. 2005-ci ildən "Uğur" Maarifçilik İctimai Birliyinin təsisçisi və sədridir.

Bakalavr səviyyəsində "Məişət zorakılığına qarşı mübarizə", magistratura səviyyəsində isə "Beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquq", "İnsan alverinə qarşı beynəlxalq və milli mübarizə", "Beynəlxalq hüquqda əhali və miqrasiya problemləri", "Beynəlxalq insan hüquqları hüququ", "Beynəlxalq cinayət hüququ" fənlərini tədris edir. Magistr və doktorant dissertasiyalarına elmi rəhbərlik edir.

Ümumilikdə 60-a yaxın elmi əsər, o cümlədən 2 dərs vəsaiti, 12 tədris proqramı, 40-a yaxın elmi məqalə və konfrans materialı müəllifidir.

İstinadlar