Şəfəq Nasir (Şəfəq Oqtay qızı Məmmədova; ) — Azərbaycanlı jurnalist, yazıçı və publisist, mətbuat tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru. Qərbi Azərbaycan İcması Ziyalılar şurasının, Azərbaycan Jurnalistlər Birliyinin (1985) və Azərbaycan Yazıçılar Birliyinin (1998) üzvü.
Həyatı 25 iyun 1954-cü ildə Beyləqan rayonunda müəllim ailəsində doğulub. 1971-ci ildə orta məktəbi, 1976-cı ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1974-cü ildə "Gənclik" nəşriyyatında başlamış, 20 il redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1992–1994-cü illərdə "Təhsil" nəşriyyatında baş redaktor vəzifəsində işləmişdir.
1995–2015-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Aparatında Ümumi məsələlər qrupunda böyük məsləhətçi, Sənədlərlə iş və protokol şöbəsinin müdiri, "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xəbərləri" jurnalının redaksiya qrupunda qrup rəhbəri – redaktor, Media və ictimai əlaqələr şöbəsində Baş məsləhətçi vəzifələrində çalışmışdır.
2016–2021-ci illərdə "Respublika" qəzetində Humanitar siyasət redaksiyasının müdiri vəzifəsində işləmişdir.
Filologiya üzrə fəlsəfə doktorudur. 12 bədii, publisistik və elmi kitab, 500-dən çox elmi, publisistik və tədqiqat xarakterli məqalələrin, tərtib və ön sözün müəllifidir.
Qərbi Azərbaycan İcması Ziyalılar şurasının, Azərbaycan Jurnalistlər Birliyinin (1985) və Azərbaycan Yazıçılar Birliyinin (1998) üzvüdür.
3 dekabr 2024-cü ildə Azərbaycan Mətbuat Şurasında 70 illik yubileyi ilə bağlı toplantı keçirilmişdir.
Kitabları Gecə yağışı (nəsr). Bakı. Yazıçı. 1988. 128 səh. Beyləqanın güllü yazı (nəsr). Bakı. Gənclik. 1991. 206 səh. Ciddi söhbət. (publisistika). Bakı. Günəş. 1999. 248 səh. Bir ömrün üç bucağı (nəsr). Bakı. Şirvannəşr. 2004. 260 səh. Məmmədəli Nasir (monoqrafiya). Bakı. Nurlar. 2013. 176 səh. Könüllərə şəfəq payı (publisistika). Bakı. Nurlar. 2014. 376 səh. Bürhani-həqiqət (transliterasiya). Bakı. Bakı mətbəəsi. 2017. 172 səh. Sözümdən ocaq çatdım (publisistika). Tehran. 2019 XX–XXI əsrlərin qovşağında Milli mətbuatın çətin və şərəfli mübarizəsi (ədəbi qeydlər). Bakı. Nurlar. 2020. 80 səh. Ləklək (transliterasiya). Bakı. Bakı mətbəəsi. 2020. 148 səh. Məmmədəli Nasirin "Seçilmiş əsərləri" Bakı. Bakı mətbəəsi. 2024. 388 səh. İdrak işığında (publisistika). Bakı. Bakı mətbəəsi. 2024. 516 səh.
Təltifləri Həsən bəy Zərdabi (1998) Mətbuat Şurası. Diplom (2014) Mətbuat Şurası. Diplom (2024) Prezident mükafatçısı (2019) Rəsul Rza mükafatı (2024) Azərbaycan milli mətbuatının 150 illik medalı (2025)
İstinadlar
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan publisistləri