Zeynəb Tufəkçi (; ) — türk-amerikalı sosioloq, Prinston Universitetinin Sosiologiya və İctimai Əlaqələr üzrə Henri Q. Brayant professoru. O, eyni zamanda "The New York Times" qəzetinin köşə yazarıdır. Onun fəaliyyəti sosial media, media etikası, süni intellekt və böyük verilənlər kimi yeni texnologiyaların sosial fəsadları, eləcə də COVID-19 pandemiyası kimi qlobal çağırışların mürəkkəb və sistemli təfəkkür vasitəsilə təhlilinə yönəlib. "The Chronicle of Higher Education" nəşrinin qeyd etdiyinə görə, sosial media və yeni ictimai sfera mövzusunda ən nüfuzlu alimlərdən biridir. Tüfəkçi, 2022-ci ildə pandemiya və Amerika mədəniyyəti haqqındakı köşə yazılarına görə Pulitser mükafatı laureatçısı olub.
O, "The New York Times" və "The Atlantic" nəşrlərindəki yazıların müəlliflərindən biri olub. O, həmçinin "Wired" və "Scientific American" jurnalları üçün də məqalələr yazıb. Prinston Universitetindən öncə Kolumbiya Universitetinin Kreyq Nyumark Jurnalistika Etikası və Təhlükəsizliyi Mərkəzində professor, Harvard UniversitetininColumbia Journalism School. "Dr. Zeynep Tufekci to Join Columbia Journalism School's Craig Newmark Center for Journalism Ethics and Security ". March 25, 2021. Berkman Klyayn İnternet və Cəmiyyət Mərkəzində elmi işçi, Şimali Karolina Universitetinin İnformasiya və Kitabxanaşünaslıq fakültəsində və Merilend Universitetinin Baltimor Qraflığı filialında isə dosent vəzifəsində çalışıb.
Erkən həyatı və təhsili Tüfəkçi Türkiyədə, İstanbulun Bəyoğlu ilçəsində Taksim Gəzi Parkının yaxınlığında anadan olub. 1995-ci ildə Tüfəkçi, İstanbul Universitetinin sosiologiya ixtisası üzrə bakalavr dərəcəsi, həmçinin Boğaziçi Universitetinin kompüter proqramlaşdırması ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib. O, magistr və elmlər doktoru dərəcələrini Ostindəki Texas Universitetində qazanıb.
Karyerası Tüfəkçi elmi fəaliyyətə başlamazdan və diqqətini sosial elmlərə yönəltməzdən öncə kompüter proqramçısı kimi çalışıb.
O, 2005-2008-ci illərdə Merilend Universitetinin Baltimor Qraflığı filialının Sosiologiya və Antropologiya kafedrasında dəvətli dosent, 2008-2011-ci illərdə isə dosent vəzifəsində çalışıb.
2012-ci ildə Tüfəkçi Harvard Universitetinin Berkman Kleyn İnternet və Cəmiyyət Mərkəzində elmi işçi olub. Bu dövrdə Tüfəkçi "Ağıllı kampaniyalar" formasındakı böyük verilənlərin təsiri altında olan və onlara əsaslanan siyasi kampaniyalarla bağlı narahatlığını ifadə edib. Onun fikirləri, 2016-cı ildə Donald Trampın prezident seçilməsindən sonra təsdiqini tapıb. Həmin dövrdə Tüfəkçi həmçinin sosial təsirin yayılması və kütləvi atışmaların, eləcə də onların sosial media ilə birbaşa əlaqəsinin izahına diqqət çəkib. O, həm internetdə, həm də müəllif yazılarında media qurumlarını qatilin adı və üzünü dönə-dönə nümayiş etdirməkdən, eləcə də onların tətbiq etdiyi üsulların addım-addım müzakirəsindən qaçmağa dəfələrlə çağırış edib. that outlets should avoid repetition of the killer's name and face as well as step-by-step discussions of their methods. Sosial media və xəbərlərdə işıqlandırılma vasitəsilə intiharın kütləvi yayılması fenomeni, Tüfəkçinin analitik fəaliyyətinin bir parçasıdır.
2016-cı ildə Tüfəkçi "The Economist" jurnalının texnologiya və siyasətə həsr olunmuş xüsusi hesabatında yer alaraq, siyasi kampaniyaların, vətəndaş müzakirələrinin açıq şəkildə aparıldığı "ictimai sferanın" daralmasına səbəb olduğunu müdafiə edib. 2017-ci ilin may ayında Tüfekçinin ilk kitabı — “Tvitter və gözyaşardıcı qaz: Şəbəkələşmiş etirazın gücü və kövrəkliyi” (Twitter and Tear Gas: The Power and Fragility of Networked Protest) “Yale University Press” tərəfindən nəşr edilmişdir.
2020-ci ildə, COVID-19 pandemiyası zamanı Tüfəkçi maska taxmağın əhəmiyyətini izah edə bilmədiyi üçün əsas medianı tənqid edərək, mediada maska taxmağın vacibliyini ilk dilə gətirənlərdən biri olub. Bu, Tüfəkçinin Ümumdünya Səhiyyə Təşkilatına maska tövsiyəsini qəbul etmək barədə məsləhət verən alimlər sırasına daxil olmasına zəmin yaradıb. COVID-19 pandemiyası dövründə kütləvi informasiya vasitələrindəki yazıları ilə yanaşı, Tüfəkçi britaniyalı tibb professoru Trişa Qrinhalş və professor Linsey Marr ilə birlikdə SARS-CoV-2 virusunun hava-damcı yolu ilə yayıldığına dair sübutları nəzərdən keçirən və resenziyalı akademik jurnallarda dərc olunan məqalələrin həmmüəllifi olub.
Tüfəkçi onlayn sosial dəyişikliklər, texnologiya, süni intellekt və maşın öyrənməsinin rolu, eləcə də sosial media və texnologiya şirkətlərinin mövqeyi haqqında bir sıra TED çıxışları edib. O, həmçinin "Wired" jurnalının daimi müəlliflərindən biri olmuşdur.
Mükafatları 2005: Beynəlxalq Kommunikasiya Assosiasiyası, "Rəqəmsal Bölünmə və Sosial Mobillik: Nə qədər ümid və nə qədər alovlanma" mövzusunda Kommunikasiya və Texnologiya üzrə Ən yaxşı səkkiz məqalə 2011-2012: Harvard Universitetinin Berkman Kleyn İnternet və Cəmiyyət Mərkəzi, təqaüdçü 2012-2013: Prinston Universiteti, İnformasiya Texnologiyaları Siyasəti Mərkəzi, təqaüdçü 2014: Business Insider, Twitter-də ən nüfuzlu 100 texnologiya adamı 2014: Amerika Sosiologiya Assosiasiyasının Kommunikasiya, İnformasiya Texnologiyaları və Media Sosiologiyası bölməsinin İctimai Sosiologiya mükafatı 2015-2016: Nyu-York Karnegi Korporasiyası, Endryu Karnegi Sosial və Humanitar Elmlər üzrə təqaüdçü 2022: Braun Universitetinin Humanitar Məktublar üzrə Fəxri doktoru dərəcəsi
Əsərləri
İstinadlar
Xarici keçidlər
Zeynep Tufekci at UNC School of Information and Library Science Zeynep Tufekci at The Berkman Klein Center for Internet & Society at Harvard University Zeynep Tufekci at Scientific American Zeynep Tufekci at The Atlantic Zeynep Tufekci at The New York Times Zeynep Tufekci at WIRED
Kateqoriya:Türkiyə sosioloqları Kateqoriya:ABŞ sosioloqları Kateqoriya:Türkiyədən ABŞ-yə mühacirət edənlər