thumb|200px|Rumıniyanın judets bölgüsü
Judets () — Rumıniyanın birinci dərəcəli inzibati-ərazi vahidi, həmçinin Moldovanın 1998–2003-cü illərdəki inzibati-ərazi vahidi.
Rumıniya 41 judetsə və heç bir judetsə daxil olmayan 1 bələdiyyəyə (Buxarest) bölünür.
İlk dəfə judetslər XV əsrdə tətbiq edilmişdir. Rumın hakim — jud (), məhkəmə və inzibati funksiyaları yerinə yetirirdi.
Judetslər üzrə müasir inzibati bölgü XIX əsrdə Fransa departamentləri nümunəsində formalaşdırılmışdır — hər bir judetsdə hökumətin nümayəndəsi və yerli rəhbər sayılan prefekt təyin edilirdi.
Kommunist Partiyası judets sistemini sovet tipli rayon sistemi ilə əvəz etsə də, 1968-ci ildə judets bölgüsü yenidən bərpa olunmuşdur.
İstinadlar
Biblioqrafiya
Xarici keçidlər
Kateqoriya:İnzibati vahid növləri Kateqoriya:Rumıniyanın judetsləri