"Rəsulullah məscidi", Güzdək qəsəbə məscidi — Azərbaycannın Abşeron rayonunun Güzdək qəsəbəsində məscid.

Tarix İbadətgahın inşa tarixi 1870 ilə aiddir.

Sovet dövründə məscid anbar və klub kimi istifadə olunubdur. 1990-cı ildən ibadət evinin fəaliyyəti bərpa edilibdir.

14 iyul 2017-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Güzdək qəsəbə “Rəsulullah” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi - dini radikalizmdən xilas yolu” layihəsi çərçivəsində “İslamda birgəyaşayış ənənəsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdi.

2026-cı ilin fevral ayında xəbər verilmişdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi Abşeron-Xızı bölgəsində uğurla başa çatıb, və bu mərhələdə layihəni hatə etmiş məscidlərin siyahısında Güzdək qəsəbəsi “Rəsulullah” məscidinin adı da yer almışdı.

Memarlıq

İbadət evinin divarları yonulmuş daşlardan hörülmüş, məscidin tavanı dörd tağ üzərində dayanıbdır. Tağlar günbəzdə bir-biri ilə bitişibdir. Günbəzdə üç pəncərə qoyulubdur. İbadətgahın mehrabının hündürlüyü 2 metrdir. İbadət evinin həyətində tablolar həkk edilib, və onların üzərində “Allah” və “14 məsumun” adları yazılıbdır.

Qalereya

Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı

İstinadlar

Xarici keçidlər

Ədəbiyyat Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, “Beynəlxalq əl-Huda” nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az; archive.org

Kateqoriya:Abşeron rayonunun məscidləri Kateqoriya:Rayonlarına görə Azərbaycan məscidləri