Slauqarad və ya Slavgorod (; ) — Belarusun Mogilyov vilayətində şəhər. Vilayətin şərqində, Soj çayının Pronya çayı ilə qovuşduğu yerdə yerləşir və Slauqarad rayonunun inzibati mərkəzidir.

2009-cu ildə əhalisi 7 992 nəfər idi. 2025-ci ilin məlumatına görə əhalisinin sayı 7 647 nəfərdir.

Tarixi Slauqarad ilk dəfə 1136-cı ildə salnamələrdə Prupo adı ilə xatırlanmışdır. Daha sonra o, Propoşensk, Propolsk və Propoysk adları ilə də qeyd edilmişdir.

XIV əsrdə Propoysk Böyük Litva Knyazlığının bir hissəsi oldu və Mstislavl voyevodalığına daxil edildi. 1569-cu ildən 1772-ci ilə qədər Propoysk, Böyük Litva Knyazlığının qalan hissəsi kimi Reç Pospolitanın tərkibində olmuşdur. Propoysk Rus-Polşa müharibəsi (1654–1667) zamanı ciddi şəkildə dağıdılmışdır. 1772-ci ilin sentyabrında Polşanın birinci bölüşdürülməsi nəticəsində qəsəbə Rusiya imperiyasına verildi və Mogilyov quberniyasının bir hissəsi oldu. O, Bıxov qəzasının Propoysk volostunun mərkəzi idi.

1881-ci ilə olan məlumata görə, Propoyskın əhalisi 3 400 nəfər idi. XIX əsrdə şəhər dəmir istehsalının əsas mərkəzlərindən biri olsa da, istehsal 1872-ci ildə dayandırılmışdır. O, həmçinin vacib çay limanı idi.

XX əsr 1919-cu ildə Mogilyov quberniyası ləğv edildi və Slauqarad Qomel quberniyasına verildi. 17 iyul 1924-cü ildə quberniya da ləğv edildi və Propoysk Belarus Sovet Sosialist Respublikasının Mogilyov dairəsinə aid olan Propoysk rayonunun inzibati mərkəzi oldu. 15 yanvar 1938-ci ildə rayon Mogilyov vilayətinə verildi. 1939-cu ilin yanvarında Propoysk əhalisinin 22%-ni (1 038 nəfər) yəhudilər təşkil edirdi. İkinci Dünya müharibəsi zamanı şəhər alman qoşunları tərəfindən işğal edildi və ciddi şəkildə dağıdıldı. Şəhərin yəhudiləri 1941-ci ilin noyabrında bir neçə əməliyyat nəticəsində qətlə yetirildilər.

23 may 1945-ci ildə Propoysk Slauqarad adlandırıldı və Propoysk rayonu Slauqarad rayonu adlandırıldı. 1986-cı ildə şəhər Çernobıl faciəsindən ciddi şəkildə təsirləndi.

İqtisadiyyatı Slauqarad pendir zavodu.|alt=Slaŭharad pendir zavodu.|thumb|250x250px Slauqaradda sənaye qida istehsalı və yerli kənd təsərrüfatına xidmət edir.

Nəqliyyat Şəhər Rusiyadakı Roslavlı Bobruysk ilə birləşdirən avtomobil yolu üzərində yerləşir. Həmçinin Mogilyov, Çausı və Bıxov ilə avtomobil yolu əlaqələri mövcuddur.

Mədəniyyət və istirahət Propoysk qəsri dövrümüzə gəlib çatmasa da, Soj və Pronya çayları arasında yerləşən Qəsr təpəsi arxeoloji abidədir. XVIII və XIX əsrlərdə inşa edilmiş bir neçə memarlıq abidəsi var. Ən diqqətəlayiq olanı Qəsr təpəsinə yaxın yerləşən Allahın Anasının Miladı kilsəsidir (1791–1793).

İstinadlar

Xarici keçidlər

İkinci Dünya müharibəsi zamanı Slauqarad yəhudilərinin qətli Yad Vashem saytında.

Kateqoriya:Belarusun yaşayış məntəqələri Kateqoriya:Mogilyov vilayətinin yaşayış məntəqələri Kateqoriya:Radimiçlər Kateqoriya:Belarusda Holokost yerləri Kateqoriya:Slauqarad rayonu Kateqoriya:Belarus şəhərləri