Antioxiyalı Pelagiya (; ) — xristian müqəddəsi.
Həyatı Ehtimala görə, Pelagiya Roma imperatoru Diokletianın xristianlara qarşı törətdiyi zorakılıqlar vaxtı namusunu qorumaq üçün bir evin damından özünü ataraq intihar edən 15 yaşlı xristian bakirəsi idi.
O, ölümdən dərhal sonra müqəddəs elan edilmişdir. Bəzi mənbələr onu Marqaret adlandırmışdır.
İrsi və mirası Antioxiyalı Pelagiya Vatikan şəhərindəki Müqəddəs Pyotr bazilikasının sütunlu qalereyasında əbədiləşdirilən 140 müqəddəsdən biridir.
İstinadlar