Saksoniya Elmlər Akademiyası (, qısaldılması: SAW) — Mərkəzi Almaniyanın aparıcı elmi-tədqiqat mərkəzi, Avropanın ən qədim elmi cəmiyyətlərindən biri olan ictimai, qeyri-kommersiya təşkilatı. Akademiya Almaniya Elmlər Akademiyaları İttifaqının həqiqi üzvüdür.
Tarixi
thumb|Akademiyanın Leypsiqdəki binası
Saksoniya Elmlər Akademiyasının tarixi 3 aprel 1846-cı ildə Leypsiq Universitetinin 30 nəfərlik professor heyətinin Saksoniya kralı II Fridrix Avqusta krallıqda bir elmi cəmiyyətin təsis edilməsini təklif edən petisiya ünvanlaması ilə başlayır. Alimlərin bu müraciəti Saksoniya Mədəniyyət Nazirliyi tərəfindən fəal şəkildə dəstəklənmiş və 23 iyun 1846-cı ildə mərkəzi Leypsiq şəhərində yerləşən, "Kral Saksoniya Elmlər Cəmiyyəti" () adlı yeni təşkilatın Nizamnaməsi təsdiq edilmişdir. Təşkilatın təntənəli açılışı isə Leypsiq doğumlu böyük alim Qotfrid Vilhelm Leybnitsin (1646–1716) anadan olmasının 200 illik yubileyinə təsadüf edən 1 iyul tarixində reallaşmışdır.
Təşkilat özünün müasir adını fəaliyyətinin 73-cü ildönümündə, 1 iyul 1919-cu ildə almışdır. Elmlər Akademiyası İkinci Dünya müharibəsi illərində fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. ADR dövründə bu elmi cəmiyyət ADR Elmlər Akademiyasının strukturu daxilində öz muxtariyyətini hifz edib saxlaya bilmişdir. 1989-cu ildə ADR Elmlər Akademiyasının buraxılması ilə əlaqədar olaraq, Saksoniya Elmlər Akademiyası yenidən müstəqil ictimai təşkilat kimi bərpa edilmişdir. 1994-cü ildə təşkilatın hüquqi statusu Saksoniya federal torpağının xüsusi qanunu ilə rəsmi şəkildə tənzimlənmişdir.
Strukturu
Akademiyanın təşkilati strukturunun əsasını siniflərə (bölmələrə) ayrılma sistemi təşkil edir. İlkin mərhələdə (1846-cı ildə) iki sinif formalaşdırılmışdı: Riyaziyyat-Təbiət elmləri sinfi və Tarix-Filologiya sinfi. 1996-cı ildə isə bu struktura Texniki Elmlər sinfi də əlavə edilmişdir. Hər bir sinfə bir akademik-katib rəhbərlik edir. Siniflərin tərkibinə elmi rəhbərlərin başçılıq etdiyi komissiyalar (məsələn, Tarix Komissiyası və ya Dördüncü Dövr Geologiyası Komissiyası) və işçi qrupları (məsələn, Qədim Misir Dili Lüğətinin Tərtibi üzrə İşçi Qrupu) daxildir.
Akademiyanın inzibati idarəçiliyini plenum (həqiqi üzvlərin ümumi yığıncağı) və rəyasət heyəti (prezidium) həyata keçirir. Rəyasət heyətinin tərkibinə akademik-katiblər və plenumun qərarı ilə bura seçilmiş akademiya əməkdaşları daxildir. Saksoniya Elmlər Akademiyasının rəhbəri prezidentdir. Prezident olmadıqda onun vəzifələrini vitse-prezident icra edir. Prezidentə birbaşa olaraq akademiyanın mərkəzi inzibati orqanı — baş (elmi) katibin rəhbərlik etdiyi katiblik tabedir.
Rəhbərlik
Akademiyanın idarəedici heyətinə aşağıdakı alimlər daxildir: Prezident: Professor, iqtisad elmləri doktoru Hans Vismet (). Vitse-prezident: Professor, tibb elmləri doktoru Yoahim Mössner (). Elmi katib: Doktor Kristian Vinter ().
Mükafatları və təltifləri
Saksoniya Elmlər Akademiyası tərəfindən 4 mükafat və 1 medal təqdim olunur, həmçinin 1 təqaüd proqramı həyata keçirilir. Bunlara aşağıdakılar daxildir:
Leypsiq elm mükafatı () — Saksoniya federal torpağında reallaşdırılan və ya birbaşa Saksoniya ilə əlaqədar olan tədqiqatlarda qazanılmış ali elmi nailiyyətlərə görə təqdim olunur. Mükafatın pul fondu 10 000 avro təşkil edir. Fridrix Veller mükafatı () — Şərqşünaslıq sahəsində qazanılmış ən mühüm elmi nailiyyətlərə və fundamental tədqiqatlara görə verilir. Mükafat Saksoniya Elmlər Akademiyası ilə Leypsiq Universitetinin müştərək büdcə vəsaitləri hesabına maliyyələşir və məbləği 2 500 avro təşkil edir.
Məşhur üzvləri
Maks Plank Vilhelm Ostvald Teodor Mommzen Avqust Ferdinand Möbius
Prezidentləri
Akademiyaya müxtəlif dövrlərdə rəhbərlik etmiş prezidentlərin xronoloji siyahısı:
Feliks Marşan — 1910–1921 Teodor Frinqs — 1946–1965 Kurt Şvabe — 1965–1980 Verner Baner () — oktyabr 1980 – aprel 1991 Günter Haaze — 19 aprel 1991 – 15 mart 1996 Uve Frityof Hauştayn — 1 yanvar 2005 – 31 dekabr 2007 Pirmin Ştekeler-Vaythofer () — 1 yanvar 2008 – 31 dekabr 2015 Hans Vismet () — 1 yanvar 2016-cı ildən
İstinadlar
Həmçinin bax
Almaniya Elmlər Akademiyaları İttifaqı Saksoniya Leypsiq Leypsiq Universiteti Şərqşünaslıq Qotfrid Vilhelm Leybnits
Xarici keçidlər
Kateqoriya:Saksoniya Elmlər Akademiyası Kateqoriya:Almaniya Elmlər Akademiyaları İttifaqı