Nərmin Vlora Falasçi() — alban ziyalısı, feminist və müasir Albaniyanın qurucusu İsmayıl Kamalın nəticəsi.

Hajit bəy Zarşati və Bəlqizə xanımın ailəsində dünyaya gəlmiş Nərmin, Kamzadakı Kirias məktəbində təhsil alıb və 1934-cü ildə Tiranadakı "Nana Mbretneshe" İnstitutunda təhsilini davam etdirib. 17 yaşında olarkən italyan zabiti, sonradan isə səfir olan Renzo Falaşço ilə tanış olan Nərmin onunla ailə qurub. Kommunistlərin hakimiyyəti ələ keçirməsindən sonra onlar İtaliyaya qaçıblar. Hələ ibtidai məktəb illərində yazmağa və tərcümə etməyə başlamış Vlora, Tirana radiosunda fransız və italyan dillərindən şeirlər tərcümə edib. İtaliyada hüquq fakültəsində təhsil alan Nərmin xanım bir neçə xarici dildə sərbəst danışırdı. O, 2004-cü ildə vəfat edib. Həyatı Arxeologiya, tarix və antropologiya üzrə təhsil almış Nərmin Flora Falasçi, yazıçı idi və Alban feminizminin tanınmış simasına çevrilib. O, həmçinin qədim kitabələrin tədqiqatçısı və şərhçisi olub. O; Çin, İngiltərə, Portuqaliya, Uqanda, Kolumbiya və ABŞ-yə səyahət edib, alim kimi epiqrafika sahəsində də ixtisaslaşıb. Nərmin Flora, İtaliyada, Romanın Aralıq dənizi Akademiyasında və Draqan Avropa Fondunda, Sienadakı Rozzi Akademiyasında və Fermo Liseyində mühazirələr oxuyub. O, həmçinin Kosovonun Priştina Universitetində də mühazirlər verib. 1988-ci ilin aprelində İngiltərənin Koventri şəhərindəki Uorvik Universitetinə öz epiqrafik işləri ilə bağlı dəvət edilmiş, 1989-cu ilin oktyabrında isə Lissabon Yeni Universitetində "Pelasq dialekti" mövzusunda mühazirə demişdir.

Fəxri adları O, Arizona ştatının Tukson şəhərində yerləşən Beynəlxalq Universitetdən dilçilik üzrə fəxri dərəcə alıb. Boqotada, Kolumbiya Akademiyasında mühazirələr oxuduğu Kolumbiya hökuməti, Çibça Kolumbiyaya qədərki sivilizasiyası haqqında apardığı tədqiqatlara və tapıntılara görə onu "San-Karlos" ordeni ilə təltif edib. O, "İliriya" Mədəniyyət Akademiyasının təməlini qoyub. 2004-cü ildə vəfat edən Nərmin Floradan geriyə çox sayda əlyazma və nəşrlər qalıb. İstinadlar

Kateqoriya:Albaniya feministləri