Yekaterina Vsevolodovna Juravskaya (; ) — Rusiyalı iqtisadçı, Paris İqtisadiyyat Məktəbinin professoru. O, dünyada ən çox istinad edilən rus iqtisadçılarından biridir. 13 mart 2026-cı ildə Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən "xarici agentlər" reyestrinə əlavə edilib. Həyatı Yekaterina Juravskaya 16 avqust 1972-ci ildə Moskvada anadan olub. 1993-cü ildə Moskva Dövlət Universitetinin iqtisad fakültəsini "iqtisadi kibernetika" ixtisası üzrə bitirib. 1994-cü ildə London İqtisadiyyat Məktəbində magistr dərəcəsi alıb. 1997-ci ildə Harvard Universitetində magistr, 1999-cu ildə isə iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yiyələnib. 2000-ci ildən Rusiya İqtisadiyyat Məktəbində (RİM) Hans Rauzinq adına iqtisadiyyat professoru olub. 2000–2009-cu illərdə RİM nəzdindəki İqtisadi və Maliyyə Araşdırmaları Mərkəzinin akademik direktoru vəzifəsində çalışıb.

2003–2004-cü illərdə Prinstondakı Təkmil Araşdırmalar İnstitutunun üzvü olub. Kolumbiya Universitetində, Miçiqan Universitetinin Uilyam Devidson İnstitutunda müxtəlif vəzifələr tutub və HIID-də vergi məsləhətçisi kimi çalışıb. Həmçinin HIID-də "Rusiya Keçid Layihəsi" və Moskvada Rusiya Özəlləşdirmə Mərkəzində "Bank Böhranı Layihəsi" üzərində işləyib.

Hazırda akademiyada müxtəlif vəzifələr tutur. 2010-cu ildən Sosial Elmlər üzrə Təkmil Araşdırmalar Məktəbində (EHESS) tədqiqat direktoru, Paris İqtisadiyyat Məktəbində isə assosiativ üzv və sədr müavinidir. Eyni zamanda Londondakı İqtisadi Siyasət Araşdırmaları Mərkəzinin (CEPR) elmi işçisi olaraq ictimai iqtisadiyyat və inkişaf iqtisadiyyatına diqqət yetirib. Paris İqtisadiyyat Məktəbi və EHESS-də iqtisadiyyat professoru kimi fəaliyyət göstərir. Əvvəllər Moskvadakı Yeni İqtisadiyyat Məktəbinin professoru və bu məktəbin siyasət yönümlü beyin mərkəzi olan İqtisadi və Maliyyə Araşdırmaları Mərkəzinin akademik direktoru vəzifəsində çalışıb. 2018-ci ildə "iqtisadiyyat peşəsinə mühüm töhfə vermiş Avropada fəaliyyət göstərən qadın iqtisadçı" kimi Birgit Qrodal mükafatına layiq görülüb. 2021-ci ildə isə Ekonometrik Cəmiyyətin üzvü seçilib.2019-cu ildən Economic Journal, 2023-cü ildən isə American Economic Review jurnallarının redaktoru olub.

Onun tədqiqatları empirik siyasi iqtisad və media iqtisadiyyatına yönəlib. Son illərdə etnik müxtəlifliyin münaqişə və iqtisadi inkişaf üçün əhəmiyyətli olduğu amilləri, o cümlədən İkinci Dünya Müharibəsi zamanı etnik qrupların məcburi köçürülməsinin təsirini və Avropadakı tarixi anti-yəhudi zorakılığı kontekstində etnik peşə seqreqasiyasının gərginliyə təsirini araşdırıb. O, "Empirik siyasi iqtisad və inkişaf", "Siyasi iqtisada giriş", "İnkişaf iqtisadiyyatı" və "Davranış maliyyəsi" kimi dərslər keçib. Həmçinin fiskal federalizm, səhm bazarında arbitraj, Rusiyada vergi borcları, sahibkarlıq, dinlər, sosial medianın siyasətə təsiri və özəlləşdirmə kimi müxtəlif mövzularda araşdırmalar dərc etdirib.

Mükafatları 1999-cu ildə beşinci Nobel simpoziumunda gənc iqtisadçıların müsabiqəsində qalib gəlib. 2000-ci ildə iqtisadi araşdırmalar və iqtisadi təhsildə görkəmli nailiyyətlərinə görə Tsvi Qrilixes adına mükafata layiq görülib. 2001-ci ildə Davosdakı Dünya İqtisadi Forumu onu "Sabahın Qlobal Lideri" seçib. 2002 və 2003-cü illərdə Rusiya Elmlər Akademiyası Prezidentinin "Ən yaxşı iqtisadçı" mükafatları ilə təltif edilib. 2006-cı ildə Qlobal İnkişaf Şəbəkəsinin qızıl medalını alıb. 2010-cu ildə Beynəlxalq Leontyev medalının laureatı olub.Журавская Екатерина Всеволодовна . 2016-cı ildə həm müəllifi olduğu Yevgeni Yakovlev ilə birlikdə, Rusiyada biznesin tənzimlənməsi islahatına həsr olunmuş işinə görə Tətbiqi İqtisadiyyat üzrə Milli Mükafata layiq görülib.Присуждена Национальная премия по прикладной экономике—2016 . 2018-ci ildə Avropa İqtisadi Assosiasiyasının "Birgit Grodal" medalı ilə təltif olunub. 2019-cu ildə Milli Elmi Araşdırmalar Mərkəzinin (CNRS) gümüş medalını qazanıb.Екатерина Журавская получила серебряную медаль Национального центра научных исследований Франции . РЭШ.

Şəxsi həyatı Həyat yoldaşı Rusiya İqtisadiyyat Məktəbinin (RİM) keçmiş rektoru, iqtisadçı Sergey Maratoviç Quriyevdir. Ailənin iki övladı var.

Seçilmiş əsərləri

İstinadlar

Xarici keçidlər Страница на Google Scholar :ru:Академия Google Ekaterina Zhuravskaya CV Журавская Екатерина Всеволодовна

Kateqoriya:Rusiyada "Xarici agent" elan edilmiş şəxslər