Allahyar Saleh () və ya Saleh Arani ) — İran siyasətçisi və diplomatı. O, Məhəmməd Müsəddiqin baş nazirliyi dövründə İranın Amerika Birləşmiş Ştatlarındakı səfiri vəzifəsində çalışmışdır.
Həyatı Allahyar Saleh Arani 17 may 1897-ci il tarixində Aran və Bidgüldə anadan olmuşdur. Onun atası Mirzə Həsən xan Mübsirülməmalik Aran Bidgül və Nuşabadın naibül-hökuməsi vəzifəsində çalışmışdır. Saleh səkkiz qardaşdan biri olmuşdur. Onlar öz dost çevrələrində "Sülha" adı ilə tanınmışdılar. Bu qardaşlar arasında Süleyman Saleh, Əli Paşa Saleh və Cahanşah Saleh digərlərindən daha çox məşhurluq qazanmışdılar. Həmçinin, doktor Müsəddiqin hərbi məhkəmədəki vəkili polkovnik Cəlil Büzurqmehr bu ailənin kürəkəni olmuşdur.خاطراتی از اللهیار صالح به اهتمام دکتر سید مرتضی مشیر، مهراندیش، تهران، ۱۳۸۲ Allahyar Saleh ibtidai təhsilini başa vurduqdan sonra Tehran Amerika Kollecində təhsilini davam etdirmiş və Tehranda yerləşən Amerika səfirliyində tərcüməçi kimi fəaliyyətə başlamışdır.بازیگران سیاسی عصر رضاشاهی و محمدرضاشاهی. ناصر نجمی. انتشارات انیشتین. ۱۳۷۳ تهران Bu vəzifədə olarkən o, Əhməd şah Qacar ilə görüşmüş və 1919-cu il müqaviləsinin təsdiq edilməməsində müəyyən rol oynamışdır.. کحالزاده، خاطرات میرزا ابوالقاسم خان کحال زاده (دیدهها و شنیدهها)، بیجا، بی نا، ص۱۸۳
1927-ci ilin əvvəllərində, Əli Əkbər Davərin Ədliyyə Nazirliyinə rəhbərlik etdiyi və İranın müasir məhkəmə sistemini qurmaq məqsədilə köhnə strukturları yenidən təşkil etdiyi dövrdə Allahyar Saleh ədliyyə sahəsində çalışmağa dəvət edilmişdir. Saleh məhkəmə fəaliyyətinə müstəntiq kimi başlamış, daha sonra İsfahanın prokuroru və Cəza Divanının müşaviri vəzifələrinə qədər yüksəlmişdir. 1933-cü ildə Davər Maliyyə naziri təyin edildiyi zaman Salehi də özü ilə birlikdə həmin nazirliyə aparmışdır. O, burada əvvəlcə Tiryək İnhisarı İdarəsinin rəisi, sonra isə Gömrük İdarəsinin rəisi təyin olunmuşdur. Daha sonra Saleh Maliyyə Nazirliyinin baş direktoru vəzifəsində çalışmışdır. 1937-ci ilin fevralında Davərin intiharından sonra onu Mahmud Bədr əvəz etmiş və Salehi özünə müavin təyin etmişdir.
Allahyar Saleh 17 yanvar 1940-cı il tarixində İranın Skaut və Fiziki Tərbiyə Təşkilatının rəhbəri təyin edilmiş və 22 iyul 1940-cı ilə qədər bu vəzifədə qalmışdır. Bu dövrdə o, ilk dəfə olaraq İran idmanının təfərrüatlı büdcəsini və ölkə çempionatlarının əsasını qoymuşdur. O həmçinin, Fiziki Tərbiyə və Skaut Təşkilatı üçün yeni nizamnamə təsdiq etmiş və həmin dövrdə ilk dəfə olaraq qadın idmançılar üçün medalların verilməsi təcrübəsini başlatmışdır.
1939-cu ilin noyabrında Əhməd Mətin-Dəftəri baş nazir təyin edildikdə, general Rzaqulu Əmir-Xosrovi onun kabinetində Maliyyə naziri vəzifəsini icra etmişdir. O, 25 yanvar 1940-cı il tarixində Allahyar Salehi Maliyyə Nazirliyinin maliyyə məsələləri üzrə müavini kimi Milli Məşvərət Məclisinə təqdim etmişdir. Əmir-Xosrovi Rza şahın Maliyyə Nazirliyinə verdiyi xüsusi önəmi Salehə çatdırmış, nazirlikdə baş verə biləcək hər hansı bir hadisəyə görə birbaşa məsuliyyət daşıyacaqlarını vurğulamışdır. Allahyar Saleh 1941-ci ilin fevral ayının ortalarına qədər bu vəzifədə qalmış, lakin ölkə büdcəsinin tənzimlənməsi ilə bağlı Rza şah Pəhləvi və Daxili İşlər naziri ilə yaranan ixtilaflar səbəbindən istefa vermişdir.
İstifadan sonra Saleh bir müddət Tehran, Xürrəmşəhr və Kaşanda yaşamışdır, lakin Rza şahın Amerika Birləşmiş Ştatları ilə əlaqələr qurmaq istəyi onun yenidən dövlət qulluğuna çağırılmasına səbəb olmuşdur. Salehə səfir qismində Amerikaya getmək və İran-Amerika ticarət-iqtisadi müqaviləsinin layihəsini hazırlamaq tapşırılmışdır.صالح، الهیار؛ خاطرات اللهیار صالح، تهران، وحید، ۱۳۶۴، ص۱۵. Buna baxmayaraq, Müttəfiq qoşunlarının İrana daxil olması və Rza şah hakimiyyətinin devrilməsi Salehin səfirlik müddətinin qısa sürməsinə və onun Tehrana geri çağırılmasına gətirib çıxarmışdır.بهبودی، سلیمان؛ تهران، طرح نو، ۱۳۷۲، ص۳۸۸.سعیدی، خسرو؛ انتشارات طلایه، تهران، ۱۳۶۷، ص۱۱۹
Allahyar Saleh 1946-cı ildə iranlı liberalların platforması kimi təsis edilmiş və İran Milli Cəbhəsini formalaşdıran dörd əsas partiyadan biri olan İran Partiyasının üzvü olmuşdur. The Essential Middle East: A Comprehensive Guide by Dilip Hiro
Amerika Birləşmiş Ştatları başlanğıcda Britaniyanın mövqeyini rəsmən dəstəkləmiş, lakin proseslərə birbaşa müdaxilə etməkdən imtina etmişdir, lakin Britaniya və Fransanın Müsəddiq hökumətini devirmək və əvvəlki vəziyyəti bərpa etmək cəhdləri uğursuzluqla nəticələnib sabitliyi daha da pozduqdan sonra, Britaniya hökuməti təkrarən ABŞ-nin dəstəyini istəmişdir. Nəticədə, ABŞ Prezidenti Duayt Eyzenhauer Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Müsəddiq hökumətini devirmək səlahiyyəti vermiş və bu, tarixdə 1953-cü il İran çevrilişi kimi tanınan hadisə ilə nəticələnmişdir. Çevrilişdən əvvəl Milli Cəbhə dörd əsas partiyadan ibarət idi: Kərim Səncabi, Qulamhüseyn Sadiqi, Əhməd Zirəkzadə və Allahyar Saleh kimi simaların təmsil olunduğu liberal İran Partiyası; Müzəffər Baqai və Xəlil Məliki tərəfindən idarə olunan sol təmayüllü Zəhmətkeşlər Partiyası; Millət Partiyası və Seyid Əbülqasım Kaşani tərəfindən rəhbərlik edilən islamçı Mücahidi-İslam Cəmiyyəti.
O, daha sonra 1960–1964-cü illərdə Milli Cəbhənin rəhbəri vəzifəsini icra etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
wHFXD9VV9t4C&pg=PA301}}</ref> Kateqoriya:İran diplomatları Kateqoriya:İran siyasətçiləri