thumb|right|upright=0.91|Britannika Ensiklopediyasının on birinci nəşrinin loqosu

thumb|left|200px|On birinci nəşrin cildləri

Britannika ensiklopediyasının on birinci nəşri () — ingilisdilli universal Britannika ensiklopediyasının sayca on birinci nəşridir. 1910–1911-ci illərdə 29 cilddə nəşr olunmuşdur. Bu nəşr ensiklopediyanın mənzil-qərargahının Böyük Britaniyadan ABŞ-a keçdiyi dövrdə hazırlanmışdır. Onun bəzi məqalələri dövrün ən görkəmli alimləri tərəfindən yazılmışdır.

Məqalələrin çoxunun köhnəlmiş xarakteri müasir elm üçün aktuallıq baxımından problem yaratsa da, bu nəşr hazırda ictimai mülkiyyət statusundadır. Bununla belə, bəzi məqalələr XIX–XX əsrlərin keçid dövrünün "mədəni artefaktları" kimi müasir elm üçün xüsusi maraq və əhəmiyyət kəsb edir.

Təsviri

1911-ci il nəşri amerikalı naşir Horasi Everett Huperin rəhbərliyi altında işıq üzü görmüşdür. Əvvəlki nəşrin redaktoru olmuş Hyu Çisholm baş redaktor təyin edilmiş, Valter Elison Fillips isə onun birinci köməkçisi olmuşdur.S. Padraig Walsh, Anglo-American general encyclopedias: a historical bibliography (1968), p. 49.

Əvvəlcə Huper 25 cildlik doqquzuncu nəşrin hüquqlarını satın almış və Britaniyanın The Times qəzetini on bir əlavə cildlə birlikdə (cəmi 35 cild) onu onuncu nəşr kimi təkrar çap etməyə razı salmışdır (1902-ci ildə nəşr olunub). Huperin "The Times" ilə əməkdaşlığı 1909-cu ildə başa çatmış və o, 29 cildlik on birinci nəşrin dərci üçün Kembric Universiteti Nəşriyyatı ilə danışıqlara başlamışdır.

On birinci nəşr ənənəvi olaraq Britaniya ensiklopediyası kimi qəbul edilsə də, burada Amerika təsiri hiss olunur. Bu, həm ABŞ və Kanadaya dair məqalələrin sayının artmasında, həm də marketinq üsullarında özünü göstərirdi. Müəlliflərin təxminən 11%-i amerikalı idi və prosesi idarə etmək üçün Nyu-Yorkda xüsusi ofis yaradılmışdı.

Müəlliflərin inisialları məqalələrin və ya bölmələrin sonunda qeyd olunur, onların deşifrə edilməsi isə hər bir cildin əvvəlində verilir. Bəzi məqalələr dövrün ən tanınmış alimləri tərəfindən yazılmışdır. On birinci nəşr həm də məqalələrin yazılmasında qadın müəlliflərin (34 nəfər) əhəmiyyətli dərəcədə iştirak etdiyi ilk nəşr idi.

Bu nəşrdə "Britannika"nın ənənəvi buraxılış formatı dəyişdi: cildlər ardıcıl deyil, bütöv halda nəşrə hazırlandı. Həmçinin on birinci nəşr mövzu üzrə kateqoriya göstəricisinə malik ayrıca indeks cildi olan ilk buraxılış idi. Məqalələrin sayı əvvəlki nəşrlərdəki 17 000-dən 40 000-ə qədər artmışdı. Nəhayət, bu, "Britannika"nın sağ olan şəxslərin bioqrafiyalarını daxil edən ilk nəşri idi.

Mövzuların ensiklopediyadakı payı aşağıdakı kimi idi:All There is to Know (1994), edited by Alexander Coleman and Charles Simmons. p. 32. ISBN 0-671-76747-X

Mövzu Payı Coğrafiya 29% Nəzəri və tətbiqi elmlər 17% Tarix 17% Ədəbiyyat 11% Təsviri sənət 9% İctimai elmlər 7% Psixologiya 1,7% Fəlsəfə 0,8%

Huper 1920-ci ildə ensiklopediyanın hüquqlarını Çikaqonun "Sears Roebuck" firmasına satmışdır ki, bununla da "Britannika"nın ABŞ-a keçid prosesi tamamlanmışdır.

Sonrakı nəşrlər

1922-ci ildə Birinci Dünya müharibəsi də daxil olmaqla son hadisələri əhatə edən üç əlavə cild nəşr olunmuşdur. Bu əlavələr on birinci nəşrlə birlikdə on ikinci nəşri təşkil etmişdir. 1926-cı ildə də oxşar üsulla üç yeni cildin əlavə edilməsi ilə on üçüncü nəşr formalaşmışdır.

1929-cu ildə dərc olunan on dördüncü nəşr əhəmiyyətli dərəcədə yenidən işlənmişdi. Buna baxmayaraq, on birinci nəşr 1974-cü ilə — tamamilə yeni olan on beşinci nəşr çıxana qədər "Britannika"nın bütün sonrakı buraxılışlarının əsasını təşkil etmişdir.

Tənqidi

thumb|right|220 px|On birinci nəşrin reklamı (1913)

Subyektivlik və qərəzlilik: 1917-ci ildə amerikalı ədəbi tənqidçi və yazıçı Villard Hantinqton Rayt (S. S. van Dayn təxəllüsü ilə) ensiklopediyanın on birinci nəşrindəki qeyri-dəqiqlik və qərəzli yanaşmalara həsr olunmuş "Millətin yanlış məlumatlandırılması" () adlı əsərini nəşr etdirdi. O, bu nəşr üçün "təhriflərin, bağışlanılmaz çatışmazlıqların, vətənpərvərlik qərəzlərinin, şəxsi düşmənçiliyin, açıq-aşkar faktiki səhvlərin, sxolastik savadsızlığın, qeyri-britaniya mədəniyyətinə qarşı kütləvi etinasızlığın və Amerika tərəqqisinə dair gizlədilməyən nifrətin" xarakterik olduğunu yazmışdır.

Riyaziyyat tarixi: 1912-ci ildə riyaziyyatçı Lui Karpinski Britannika ensiklopediyasını riyaziyyat tarixi sahəsindəki çoxsaylı qeyri-dəqiqliklərə görə tənqid etmişdir; o, iddia edirdi ki, ensiklopediyada bu mövzuya dair məqalələrin heç biri riyaziyyatçı tərəfindən yazılmamışdır.

Psixologiya: Kornell Universitetinin professoru Edvard Titçener 1912-ci ildə yazırdı ki, "yeni Britannika öz dövrünün və nəslinin psixoloji atmosferini əks etdirmək iqtidarında deyil... İşçi heyətinin ciddi diqqətinə baxmayaraq, ümumi psixologiyaya dair ikinci dərəcəli məqalələrin əksəriyyəti intellektual oxucunun tələblərinə cavab vermir".

Dini senzura: İngilis yazıçısı və keşiş Cozef Makkeyb 1947-ci ildə yazdığı "Britannika ensiklopediyasındakı yalanlar və yanlışlıqlar" adlı əsərində on birinci nəşrdən başlayaraq Britannikanın Roma-Katolik kilsəsi tərəfindən senzura edildiyini qeyd etmişdir.

İrqçilik və seksizm: Müasir tənqidçilər nəşri dövrün ruhuna müvafiq olaraq irqçi və seksist baxış bucağına malik olmaqda ittiham edirlər.

Müasir vəziyyəti

1911-ci il nəşri artıq müəllif hüquqları ilə mühafizə edilmir və internetdə yükləmək və oxumaq üçün sərbəst şəkildə mövcuddur:

Cild Başlanğıc məqalə Son məqalə1 A Androphagi (Androfaqlar)2 Andros, Sir Edmund (Andros, Ser Edmund) Austria (Avstriya)3 Austria, Lower (Aşağı Avstriya) Bisectrix (Bissektrisa)4 Bisharin (Bişarinlər) Calgary (Kalqari)5 Calhoun, John Caldwell (Kalhun, Con Kolduell) Chatelaine (Şatelen)6 Châtelet (Şatle) Constantine (Konstantin)7 Constantine Pavlovich (Konstantin Pavloviç) Demidov (Demidovlar)8 Demijohn (Demi-con) Edward the Black Prince (Qara Şahzadə Eduard)9 Edwardes, Sir Herbert Benjamin (Eduards, Ser Herbert Bencamin) Evangelical Association (Yevangelist Assosiasiyası)10 Evangelical Church Conference (Yevangelist Kilsə Konfransı) Francis Joseph I (I Frans İosif)11 Franciscans (Fransiskanlar) Gibson, William Hamilton (Gibson, Vilyam Hemilton)12 Gichtel, Johann Georg (Qixtel, İohann Qeorq) Harmonium (Harmonium)13 Harmony (Harmoniya) Hurstmonceaux (Herstmonso)14 Husband (Ər) Italic (Kursiv)15 Italy (İtaliya) Kyshtym (Qıştım)16 L Lord Advocate (Lord Advokat)17 Lord Chamberlain (Lord Çamberlen) Mecklenburg (Meklenburq)18 Medal (Medal) Mumps (Epidemik parotit)19 Mun, Adrien Albert Marie de (Mun, Adrien Alber Mari de) Oddfellows, Order of (Odfellouz Ordeni)20 Ode (Oda) Payment of members (Üzvlərin ödənişi)21 Payn, James (Peyn, Ceyms) Polka (Polka)22 Poll (Səsvermə) Reeves, John Sims (Rivz, Con Sims)23 Refectory (Trapez) Sainte-Beuve, Charles Augustin (Sent-Böv, Şarl Ogüsten)24 Sainte-Claire Deville, Étienne Henri (Sent-Kler Devil, Etyen Anri) Shuttle (Məkiyə)25 Shuválov, Peter Andreivich (Şuvalov, Pyotr Andreyeviç) Subliminal self (Təhtəlşüur mənliyi)26 Submarine mines (Sualtı minalar) Tom-Tom (Tam-tam)27 Tonalite (Tonalit) Vesuvius (Vezuvi)28 Vetch (Lərgə) Zymotic diseases (Yoluxucu xəstəliklər)29 Məqalələrin siyahısı Müəlliflərin siyahısıƏlavə cild 1, 1922 Abbe (Abbe) English History (İngiltərə tarixi)Əlavə cild 2, 1922 English History (İngiltərə tarixi) Oyama, Iwao (Oyama İvao)Əlavə cild 3, 1922 Pacific Ocean Islands (Sakit okean adaları) Zuloaga (Suloaqa)Oxucunun sorğu kitabçası, 1913

Həmçinin bax

Britannika ensiklopediyası Ensiklopedistlər Lütfi Zadə (Britannikada haqqında məqalə olan azərbaycanlılardan biri)

İstinadlar

Kateqoriya:1911-ci ilin kitabları Kateqoriya:Britannika Ensiklopediyası Kateqoriya:1911-ci ildə Birləşmiş Krallıq