Gülşat Meyranovna Bajkenova və ya Gülnarə Bajkenova () — Qazaxıstanlı jurnalist. Orda.kz onlayn nəşrinin təsisçisi və baş redaktoru. Əvvəllər Esquire.kz və TAN telekanalının baş redaktoru olub. Rus dilində yazır. Almatıda yaşayır və işləyir. Həmçinin Azadlıq Radiosunun Qazaxıstan xidməti olan "Azattyq"ın müəllifi və köşə yazarıdır.
Həyatı Gülşat Bajkenova Əl-Fərabi adına Qazax Milli Universitetinin filologiya fakültəsini bitirib. Jurnalistika ilə tələbəlik illərindən məşğul olmağa başlayıb. "Karavan" qəzetinin müxbiri və "31-ci kanal"da "İnformbüro" teleproqramının baş prodüseri vəzifələrində çalışıb. "TAN" əyləncə kanalının baş redaktoru olub. 1999-cu ildən 2002-ci ilə qədər "Internews"un "Açıq Asiya" layihəsinə rəhbərlik edib. Daha sonra "BBC Rus xidməti" ilə əməkdaşlıq edərək "Radius" və "New Day" proqramları üçün reportajların hazırlanmasında iştirak edib. Dəfələrlə ABŞ-da staj keçib, Missuri Universitetinin treninqlərinə qatılıb.
Bajkenova "Esquire" jurnalının Qazaxıstan onlayn versiyasının şef-redaktoru, daha sonra isə baş redaktoru olub, həmçinin "Azadlıq" radiosunun qazax redaksiyasının müəllifi və köşə yazarı kimi fəaliyyət göstərib. 2020-ci ilə qədər "HolaNews" nəşrinin baş redaktoru vəzifəsini tutub. 2018-ci ildə Qazaxıstan Media Alyansından pul mükafatı alıb. 2019-cu ildə Bajkenovanın layihəsi Qazaxıstanda kraudfandinq vasitəsilə jurnalist araşdırması üçün vəsait toplayan ilk layihə olub. Atıraunun su hövzələrində balıqların tələf olmasının araşdırılması üçün 30 dəqiqə ərzində 380 min tengə vəsait yığılıb.
2020-ci ilin noyabrında öz vəsaiti hesabına "Orda.kz" onlayn nəşrini işə salıb və oranın baş redaktoru olub. 2022-ci il yanvarın 4-də Qazaxıstandakı etirazlar fonunda "Orda.kz" saytı bloklanıb.
2024-cü ilin iyununda Gülnarə Bajkenova Almatıda mediada senzura və özünüsenzura məsələlərinin müzakirə olunduğu mitinqin təşkilatçılarından biri olub.
2024-cü ilin iyulunda Bajkenovanı və "Orda" saytını sistematik plagiatda ittiham edən almatılı jurnalist Dmitri Şişkinə qarşı qaldırdığı iddianı uduzub — məhkəmə "Orda"da bir neçə plagiat faktını müəyyən edib və Bajkenovanın şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi barədə iddiasını təmin etməkdən imtina edib.
Gülnarə Bajkenova 2024-cü ilin sentyabrında dərc olunmuş "Forbes Woman Kazakhstan" versiyasına görə "Qazaxıstanın 25 ən nüfuzlu qadını" reytinqində 13-cü yeri tutub.
Mükafatları "Vision" tərəfindən təşkil olunmuş Mərkəzi Asiya konfransında "Ən yaxşı bloqer" (2013) "Vlast" jurnalının versiyasına görə "İlin publisisti" (2016) Əlilliyi olan uşaqlar üçün inklüziv təhsilə həsr olunmuş "Ancaq bunun çox olduğunu demə" (Только не говори, что это слишком) kitabına görə "Altın Kalam" mükafatı (2014) "Jurnalistika Günü" mükafatında "İlin jurnalisti" (2018)(2018)
Əsərləri Только не говорите, это слишком. М.: Издательство «Мемлекеттік Қызмет — Государственная служба», 2018.
İstinadlar