thumb|150px|Kağız üzərində barmaq izi
Dakteloskopiya (qəd. yunan δάκτυλος — barmaq və σκοπέω — baxıram, müşahidə edirəm) — Kriminalistikanın bir bölməsi olub, şəxsiyyətin eyniləşdirilməsi (identifikasiyası) məqsədilə əl barmaqlarının uc hissələrindəki papilyar xətlərin konfiqurasiyasının tədqiqi ilə məşğul olur. İnsanların barmaq izlərinə (o cümlədən əl izlərinə) görə identifikasiyası metodu dəri naxışlarının unikallığına əsaslanır. Kriminalistikada geniş tətbiq olunur.
Metod 1877-ci ildə ingilis Vilyam Ceyms Herşel tərəfindən irəli sürülən, insanın ovuc səthindəki papilyar naxışların dəyişməzliyi hipotezinə əsaslanır. Bu hipotez Hindistanda polis məmuru kimi xidmət edən müəllifin uzunmüddətli tədqiqatlarının nəticəsi olmuşdur. Məlumdur ki, barmaq izlərinin unikallığı ideyası hələ VII əsrdə Çin və Yaponiyada mövcud idi. Lakin geniş praktiki istifadəsinə baxmayaraq, barmaq izlərinin unikallığı fərziyyəsi tam elmi əsaslandırmaya malik deyil və identifikasiya metodu üçün etibarlılıq qiymətləndirilməsi yoxdur (praktikada 100% qəbul edilir).
Kriminalistikada tətbiqi
thumb|Herşelin dakteloskopiya kartı
İngilis antropoloqu Frensis Qalton 1895-ci ildə İngiltərədə cinayətkarların qeydiyyat metodu kimi daktiloskopiyanın tətbiqinə nail olmuşdur. 13 sentyabr 1902-ci ildə Böyük Britaniyada cinayət yerindən tapılan barmaq izləri ilk dəfə saxlanılan Harri Ceksonun təqsirini sübut edən dəlil kimi istifadə edilmişdir.
18 aprel 1902-ci ildə Danimarkada cinayətkarın tanınması üçün ilk dəfə daktiloskopiya tətbiq edilmişdir. Dünyanın müxtəlif ölkələri növbəti onilliklər ərzində daktiloskopik metodları qəbul etmişdirlər. Bu metodu sonuncu tətbiq edən ölkələrdən biri Fransa olmuşdur.
Azərbaycanda daktiloskopik uçotlar Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən həyata keçirilir. Bu proses "Dövlət daktiloskopik qeydiyyatı haqqında" qanunla tənzimlənir.
İstinadlar
Ədəbiyyat siyahısı
Əlavə ədəbiyyat siyahısı
Xarici keçidlər
CompuLenta.ru — Новая дактилоскопическая система поможет быстро ловить преступников Lenta.ru — Химики научились снимать стёртые отпечатки пальцев ex-Press.by — О обязательной государственной дактилоскопической регистрации в Беларуси
Kateqoriya:Şəxsiyyətin identifikasiyası Kateqoriya:Kriminalistika ölçüləri Kateqoriya:Biometriya Kateqoriya:Dakteloskopiya