Saqımbay Orozbakov (; ) — Qırğızıstan akını, manasçı, "Manas" dastanının mahir ifaçısı. Ona məxsus "Manas" variantının ilk nüfuzlu və tam nəşri 2010-cu ildə buraxılmışdır. Bu, qəhrəmanın bütün həyatını əhatə edən ilk nəşr idi.

Həyatı

Saqımbay Orozbakov sayak soyundan olan istedadlı musiqiçi-surnayçı Orozbakın ailəsində anadan olmuşdur. On yaşından etibarən özbək mollasının rəhbərliyi altında ərəb əlifbasını öyrənməyə başlamış, eyni zamanda mahnı oxumağa və bəstələməyə maraq göstərmişdir. On beş yaşından "Manas" dastanına bağlanan Saqımbay erkən gənclik illərindən müstəsna poetik qabiliyyəti ilə yaşıdlarından fərqlənmiş, "qız oyunlarında" böyük uğurla ifa etdiyi kiçik sevgi nəğmələri bəstələmişdir.

Atasının vəfatından sonra Saqımbay özü kimi dastan ifaçısı olan qardaşı Əlişir ilə birlikdə əvvəlcə Koçkorka kəndinə, daha sonra isə Keminə köçmüşdür. Zamanla məşhurlaşaraq toylarda və anım mərasimlərində tez-tez "Manas" ifa etmişdir. Kemində təxminən on il yaşadıqdan sonra ailəsi ilə birlikdə yenidən Koçkorka kəndinə qayıtmış, lakin 1916-cı il hadisələri ilə əlaqədar digər qaçqınlarla birlikdə Çinə yollanmışdır. İki il sonra vətənə dönən Saqımbay At-Başı kəndinə yerləşmiş, bir müddət Qırğızıstanın cənubunda yaşamışdır.«Манас» эпосу: Сагымбай Орозбаковдун варианты боюнча. — Бишкек, 2006, т. 1.

Süjet tamlığı və yüksək bədiiliyi ilə seçilən, "Manas" dastanının ən geniş həcmli variantını ifa etdiyi üçün "Ulu axın" adlandırılan bir manasçı kimi şöhrət qazanmışdır. Onun təqdim etdiyi variant folklorşünas alimlər tərəfindən qırğız qəhrəmanlıq eposunun klassik versiyası hesab olunmuşdur.

Saqımbay Orozbakov "Manas" mətnini diktə edərək yazdıran ilk manasçı olmuşdur. Türküstan MSSR Xalq Maarif Komissarlığının tapşırığı ilə yazıya köçürmə prosesinə 1922-ci ildə başlanılmışdır. 1926-cı ildə tamamlanan bu yazı 260 çap vərəqi həcmində olmuşdur. Saqımbay xəstəliyi səbəbindən dastanının ikinci və üçüncü hissələri olan "Semetey" və "Seytek" bölmələrini diktə edib yazdıra bilməmişdir.Улуу Манасчы Сагымбай //Башкы редактору К. Жусупов. /Жыйнак. — Бишкек, 199(?)

Orozbakovun təqdim etdiyi geniş həcmli variant bir sıra mühüm yeniliklərlə səciyyələnmişdir. O, əvvəllər istifadə olunan "qissə" (hekayə) kateqoriyasını "tarix" termini ilə əvəz edən ilk manasçı olmuş, dastana yeni biliklər daxil etmiş və mifik məkanları real coğrafi yerlər kimi təqdim etmişdir. Bu variantda Manas ilk dəfə açıq şəkildə qırğız kimi müəyyən edilmişdir. Orozbakovun mətni, həmçinin pantiürkizm və panislamizm elementlərini də özündə əks etdirmişdir. Bu innovativ xüsusiyyətlərin, ehtimal ki, hamisi Qayum Miftakovun rəğbətini qazanmaq məqsədilə əlavə edildiyi bildirilmişdir. Paradoksal olaraq, məhz bu cəhətlər sovet dövründə Orozbakovun və onun təqdim etdiyi "Manas" variantının inqilabdan əvvəlki qırğız cəmiyyətinin nümayəndəsi kimi qəbul edilməsinə səbəb olmuşdur.

Sözügedən versiyanın əlyazmaları Qırğızıstan Respublikasının Milli Elmlər Akademiyasında mühafizə olunmuşdur.

Orozbakov çıxışında həm üslubu, həm də dəqiqliyi ilə bağlı tənqidlərə məruz qalmışdır.

Mirası "Manasın doğulması" kimi bölmələr Abduraxmanovun "Manas seriyası"nda işıq üzü görmüşdür. Sovet tərcümə metodologiyası Semyon Lipkinə dastan bölmələrinin yenidən işlənmiş adaptasiyalarını nəşr etdirməyə və öz povesti üçün material toplamağa imkan vermişdir. Rusdilli tərcümədən Moris Boura Homerin əsərləri və epik poeziya üzrə apardığı müqayisəli tədqiqatlarda istifadə etmişdir.

Müharibədən sonrakı dövrdə "Manas" dastanına qarşı irəli sürülən ideoloji tənqidlər və Muxtar Auezov kimi alimlərin bu dastanı müdafiə etməsi, Orozbakovun variantını da ehtiva edən, siyasi baxımdan məqbul və "uyğunlaşdırılmış" bir versiyanın hazırlanması tələbinə yol açmışdır. Yenidən işlənilmiş bu versiya 1958–1962-ci illərdə nəşr olunmuşdur. Daha sonra, sovet dövrü alimlərinin elmi-tənqidi nəşr hazırlamaq istəyi nəticəsində, davam edən ideoloji müzakirələrə baxmayaraq, yeni bir versiya (maliyyə məhdudiyyətləri səbəbindən nəsr xülasələri ilə birlikdə) ərsəyə gətirilmişdir. Dastanın tam olduğu hesab edilən nəşri 2010-cu ildə çap edilmişdir. Əsərin ingilis dilinə tərcüməsi 2022-ci ildə "Penguin" nəşriyyatı tərəfindən yayımlanmışdır.

Sayakbay Karalayev tərəfindən ifa olunan və yarım milyon misradan çox olan "Manas", "Semetey" və "Seytek" trilogiyası tez-tez xatırlanmışdır, lakin Orozbakovun variantı daha anlaşıqlı və daha məşhur hesab olunur. Onun təqdim etdiyi versiya bir model və istinad nöqtəsi kimi qəbul edilir. Belə ki, müasir manasçı Talantaalı Bakçiyev öz çıxışlarında Orozbakovun nəşr olunmuş versiyasından müəyyən hissələrdən istifadə etmişdir.

Orozbakovun 1922–1926-cı illərə aid əlyazmaları UNESCO-nun "Dünyanın Yaddaşı" Beynəlxalq Reyestrinə daxil edilmişdir.

Koçkorka kəndindəki orta məktəb onun adını daşıyır. Respublikada Saqımbay Orozbakovun şərəfinə bir sıra abidələr ucaldılmışdır. 2017-ci ilin may ayında Qırğızıstan Respublikasının Nəqliyyat və Rabitə Nazirliyi və "Qırğızmarkası" dövlət müəssisəsi tərəfindən "Qırğızıstanın mədəniyyət xadimləri" mövzusu çərçivəsində "Manas" dastanının ifaçısı Saqımbay Orozbakovun anadan olmasının 150 illiyinə həsr edilmiş poçt markası dövriyyəyə buraxılmışdır.

İstinadlar

Xarici keçidlər Сагымбай Орозбак уулу Личности Кыргызстана: Выдающийся сказитель эпоса Сагымбай Орозбаков

Kateqoriya:Qırğızıstan şairləri Kateqoriya:SSRİ şairləri