300px|thumb|right|Əliyevaların Roma papası XIV Levlə görüşü. Əliyevaların xarici və Azərbaycan daxili səfərlərinin siyahısı — Əliyevlər ailəsinin xanım nümayəndələrinin xaricə və Azərbaycan daxilinə etdikləri vacib səfərlərin siyahısı.
Siyahı 2025-ci ilin fevralı. Leyla Əliyeva və Arzu Əliyeva Bəhreyn kralı Həməd bin İsa Al Xəlifə ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan—Bəhreyn münasibətləri müzakirə edilmişdir. 2025-ci ilin apreli. Leyla Əliyeva Vyetnama səfər etmişdir. O, 21 apreldə Hanoy Ticarət və Turizm Kollecində yaradıcı sənaye nümayəndələri və təhsil müəssisələrinin liderləri ilə görüş keçirmişdir. 22 apreldə o, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüş keçirmişdir. 2025-ci ilin oktyabrı. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və Əliyev ailəsinin xanım nümayəndələri Vatikana səfər etmişdir. Səfər çərçivəsində XIV Lev ilə görüş keçirilmiş, Azərbaycan-Vatikan əlaqələri müzakirə edilmişdir. 2026-cı ilin yanvarı. Leyla Əliyeva Efiopiyaya səfər etmişdir. Onu Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela qarşılamışdır. Leyla Əliyeva "ASAN xidmət" modeli əsasında Efiopiyada yaradılmış "MESOB" dövlət xidmət mərkəzi ilə tanış olmuşdur. 2026-cı ilin apreli. Leyla və Arzu Əliyeva Şəkidə "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak etmişdir.
İstinadlar
Kateqoriya:Əliyevlər