Orucəli Hüseynqulu oğlu Rzayev ()— Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor.
Həyatı Orucəli Rzayev 11 may 1956-cı ildə Ermənistan Respublikası Zəngibasar (Uluxanlı) rayonunda anadan olmuşdur. 1963-cü ildə M. Əzizbəyov adına orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1973-cü ildə Bakı şəhəri 173 nömrəli riyaziyyat təmayüllü orta məktəbi bitirmişdir. Həmin ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuş, təhsil aldığı müddətdə Lenin təqaüdü almışdır. 1977-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş və riyazi analiz kafedrasında proqramçı-riyaziyyatçı kimi əmək fəaliyyətinə başlamışdır.
1978–1979-cu illərdə hərbi xidmətdə olmuş, xidmətini başa vurduqdan sonra həmin institutda fəaliyyətini davam etdirmişdir. 1981–1984-cü illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olmuş, 1984-cü ildən TTV laboratoriyasında baş laborant vəzifəsində çalışmışdır. 1988-ci ildən Ümumi texniki fənlər (hazırda tətbiqi riyaziyyat və mexanika) kafedrasında müəllim vəzifəsinə seçilmiş, sonrakı illərdə həmin kafedrada baş müəllim kimi fəaliyyət göstərmişdir. 1996-cı ildən dosent, 2005-ci ildən isə professor elmi adını almışdır. 1996–2008-ci illərdə tətbiqi riyaziyyat və mexanika kafedrasının müdiri olmuşdur. 1997–2006-cı illərdə Gəncə Dövlət Universitetində tədris işləri üzrə prorektor vəzifəsində çalışmışdır. Rzayev Orucəli Hüseynqulu oğlu 4 avqust 2008-ci ildən 6 noyabr 2012-ci ilədək Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoru, 6 noyabr 2012-ci ildən 1 avqust 2016-cı ilədək həmin institutun Zaqatala filialının direktoru vəzifəsində işləmişdir. 28 avqust 2016-cı ildən 10 iyul 2023-cü ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının direktoru olmuşdur. 2023-cü ildən 4 fevral 2026-cı ilədək Gəncə Dövlət Universitetinin riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışmışdır. 04 fevral 2026-cı ildə Bakı şəhərində 69 yaşında vəfat etmişdir. Alim fevralın 5-də Gəncədə Fəxri xiyabanda dəfn edilmişdir.
Elmi fəaliyyəti 1987-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2004-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. O, 150-dən artıq elmi məqalə, metodik göstəriş, dərs vəsaiti və monoqrafiyanın müəllifidir və çoxsaylı dissertantların elmi rəhbəri olmuşdur.
İctimai fəaliyyəti 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 38 saylı Nizami II (Gəncə) seçki dairə komissiyasının üzvü olmuş, 2008–2012-ci illərdə YAP Mingəçevir şəhər təşkilatının 6-saylı ərazi ilk partiya təşkilatının sədri kimi fəaliyyət göstərmişdir. 2013-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərində Zaqatala rayonu üzrə məşvərətçi səslə nümayəndə olmuşdur. Qərbi Azərbaycan İcmasının üzvüdür.
Mükafatları 10 may 2006-cı ildə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil İşçisi" döş nişanına layiq görülmüşdür. 18 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Əsərləri
Azərbaycan Ali təhsilin keyfiyyətinin təsir edən faktorların tətbiq edilməsinin nəticələri haqqında — H. Əliyev və Azərbaycan ali iqtisad təhsili.respublika Elmi praktiki .konfrans; Bakı,03 may,2018-ci il Unec-in Zaqatala filialının kontektstində Azərbaycan Respublikasının Şimal-Qərb regionunun iqtiasdi aspektləri -Müasir İqtisad Elminin aktual problemləri, Respublika Elmi-praktiki konfransı Zaqatala,11.06.2019-cu il Ali təhsildə didaktik metodların tətbiqi — Lütfizadənin 100 illiyinə həsr olunmuş konfrans, Zaqatala, 2021 Rəqəmsal transformasiya və təhsil keyfiyyəti — Rəqəmsal İqtisadiyyat Beynəlxalq Konfransı, 2020 Auditoriyadan Səngərə — Elm və Təhsil, Bakı, 2022 Özlü və özlü-elastik kompozitlərin laylanması — Nurlan nəşriyyatı, Bakı, 2005 Kompozit materialların laylanması məsələləri — GDU Elmi xəbərlər, 2005 Free vibration of a clamped composite plate with a crack — ICCE/8, Spain, 2001 Delamination of viscoelastic composite materials — Yıldız Teknik Universiteti, 1999 Fracture mechanism of brittle coating modeling — International Fracture Conference, Turkey, 2001 Stability loss around interface crack — NASA Proceedings, Baku Buckling around macro cracks — National Academy of Sciences of Azerbaijan, 2001 Natural vibration of cracked composite plates — Riyaziyyat və Mexanika İnstitutu, 2001 Buckling of viscoelastic composite plates — European Journal of Mechanics, 2002 Local buckling near interface cracks — Mechanics of Composite Materials, 2002 Fundamental frequency of sandwich plates — Mechanics of Composite Materials, 2002 Composite circular plate buckling — NASA Proceedings, Baku Deformation of sandwich plates — NASA Proceedings Kompozit plak-kirişin stabilliyi — Ulusal Mexanika Konqresi, Türkiyə, 2001 Nəzəri mexanika metodik göstərişlər I hissə — Bakı, 1990 Nəzəri mexanika metodik göstərişlər II hissə — Bakı, 1990 Nəzəri mexanika (Gəncə variantı) — Gəncə, 1995 Zərbə zamanı impuls analizi — Azərb. İnşaat Mühəndisləri Univ., 1997 Qabırğalı lövhələrin rəqsləri — GDPİ Elmi əsərlər, 1998 Dairəvi lövhələrdə sərhəd məsələləri — Kənd Təsərrüfatı Akademiyası, 1998 Elastik əsas üzərində lövhələrin dekompozisiya üsulu ilə həlli — GDI Elmi əsərlər, Bakı, 1999 Sektorial lövhələrin bəzi məsələlərinin həlli — GDU Elmi əsərlər, 2000 Hərəkət tənliklərinin kompüterlə təhlili — GDU Elmi əsərlər, 2004 Pedaqoji proses anlayışı — Bakı Slavyan Universiteti, 2004 Kompozit materialların laylanması — GDU Elmi xəbərlər, 2005 Kurs və buraxılış işləri üzrə metodik vəsait — Nurlan, Bakı, 2005 Nəzəri mexanika məsələlərinin kompüter həlli — Nurlan, Bakı, 2005 Nəzəri mexanika yoxlama tapşırıqları — Nurlan, Bakı, 2005 Fizika tədrisində iqtisadi tərbiyə — Bakı Slavyan Universiteti, 2005 Ali riyaziyyat kursu — Nurlan, Bakı, 2005 Ali məktəblərdə təhsil islahatları — Bakı Slavyan Universiteti, 2007 Test üsullarının tətbiqi — AMEA Xəbərlər məcmuəsi, Gəncə, 2008 Nəzəri mexanika — Nurlan, Bakı, 2008 İkiqat lövhələrdə yük təsiri — Gəncə, 2008 Riyaziyyatın ibtidai kursu — Mingəçevir, 2009 Təhsilin idarə olunması — Gəncə, 2010 İKT və təhsil sisteminin inkişafı — Bakı, 2010 Fizika müəllimi hazırlığında yaradıcı şəxsiyyətlər — Bakı, 2011 Qeyri-xətti elastik nəzəriyyə — Beynəlxalq konfrans materialları, Bakı, 2015 UNEC Zaqatala filialının regiona təsiri — Respublika konfransı, 2018 Fizikanın tədrisində inteqrasiya — Fizika, riyaziyyat və informatika tədrisi, 2019 Zaqatala regionunun iqtisadi inkişafı — Zaqatala konfransı, 2020 Kombinatorika və ehtimal nəzəriyyəsi — Baku, 2011 Çoxballı qiymətləndirmə sistemi — metodik vəsait, 2007 Ali riyaziyyat kursu (yenilənmiş) — Gəncə, 2024 Free vibration of composite plates — ICCE/8, Spain, 2001 Fracture modeling — International Conference, Turkey, 2001 Buckling of composite plates — NASA Proceedings, 2001 Delamination of composites — Mechanics of Composite Materials, 2002 Composite plate vibrations — Applied Mechanics, 2002 Interface crack buckling — Mechanics of Composite Materials, 2002 Kompozit plakların stabilliyi — Ulusal Mexanika Konqresi, 2001 Partial corrosion torsion problem — Riyaziyyat və Mexanika İnstitutu Azərbaycan ali təhsilin keyfiyyətinə təsir edən faktorların tətbiqi — H. Əliyev və Azərbaycan ali iqtisad təhsili, Respublika elmi-praktiki konfrans, Bakı, 2018 UNEC Zaqatala filialı və Şimal-Qərb regionunun iqtisadi aspektləri — Müasir İqtisad Elminin aktual problemləri, Zaqatala, 2019 Ali təhsildə didaktik metodların tətbiqi — Lütfizadənin 100 illiyinə həsr olunmuş konfrans, Zaqatala, 2021 Rəqəmsal transformasiya və təhsil keyfiyyəti — Rəqəmsal İqtisadiyyat Beynəlxalq Konfransı, 2020 Auditoriyadan Səngərə — Elm və Təhsil, Bakı, 2022 Özlü və özlü-elastik kompozitlərin laylanması — Nurlan nəşriyyatı, Bakı, 2005 Kompozit materialların laylanması məsələləri — GDU Elmi xəbərlər, 2005 Free vibration of a clamped composite plate with a crack — ICCE/8, Spain, 2001 Delamination of viscoelastic composite materials — Yıldız Teknik Universiteti, 1999 Fracture mechanism of brittle coating modeling — International Fracture Conference, Turkey, 2001 Stability loss around interface crack — NASA Proceedings, Baku Buckling around macro cracks — National Academy of Sciences of Azerbaijan, 2001 Natural vibration of cracked composite plates — Riyaziyyat və Mexanika İnstitutu, 2001 Buckling of viscoelastic composite plates — European Journal of Mechanics, 2002 Local buckling near interface cracks — Mechanics of Composite Materials, 2002 Fundamental frequency of sandwich plates — Mechanics of Composite Materials, 2002 Composite circular plate buckling — NASA Proceedings, Baku Deformation of sandwich plates — NASA Proceedings Kompozit plak-kirişin stabilliyi — Ulusal Mexanika Konqresi, Türkiyə, 2001 Nəzəri mexanika metodik göstərişlər I hissə — Bakı, 1990 Nəzəri mexanika metodik göstərişlər II hissə — Bakı, 1990 Nəzəri mexanika (Gəncə variantı) — Gəncə, 1995 Zərbə zamanı impuls analizi — Azərb. İnşaat Mühəndisləri Univ., 1997 Qabırğalı lövhələrin rəqsləri — GDPİ Elmi əsərlər, 1998 Dairəvi lövhələrdə sərhəd məsələləri — Kənd Təsərrüfatı Akademiyası, 1998
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan riyaziyyatçıları Kateqoriya:Fizika-riyaziyyat elmləri doktorları Kateqoriya:Professorlar