Dəmirspor () — Türkiyədə Türkiyə Dövlət Dəmir Yollarının (TCDD) işçiləri tərəfindən təsis edilmiş futbol klubları. Bu cəhətdən onlar Şərqi Avropada Lokomotiv idman klublarına bənzəyir. Əksər Dəmirspor klublarının forma rəngləri mavi və tünd göydür, loqotiplərində TCDD simvolu var. Adana Dəmirspor və Ankara Dəmirspor Türkiyə Peşəkar Futbol Liqası Sistemində yarışan yeganə Dəmirspor klublarıdır və Ankara Dəmirspor hələ də TCDD ilə əlaqəli olan yeganə klubdur.

1942-ci ilə qədər 38 Dəmirspor klubu qeydiyyatdan keçmişdi. Onlar Heydərpaşa, Derince, İzmit, Ankara, İrmaq, Çankırı, Karabük, Çatalağzı, Balıkesir, Bandırma, Soma, Tavşanlı, Kayseri, Sivas, Samsun, Çetinkaya, Divrik, Malatya, Madenzi, İsanaunk Ulukışla, Afyon, Konya, İzmir, Manisa, Alaşehir, Nazilli, Çamlık, Sirkeci, Ədirnə, Ərzurum, Sarıqamış, Ərzincan, Əskişəhər, Mudanya, Edremitdə qurulmuşdu.http://kentvedemiryolu.com/memleketin-demirsporlari/ Memleketin Demirsporları, accessed 6 February 2020

İstinadlar

Kateqoriya:Türkiyə Dəmir Yolları Kateqoriya:Türkiyədə idman komandaları Kateqoriya:Türkiyədə futbol