Fəryal Özəl (; ) — türkiyəli astrofizik. Tədqiqat sahələri qara dəlik, neytron ulduzu və nəzəri astrofizika üzərinədir. Akademik karyerası Kolumbiya, Harvard və Prinston kimi ABŞ universitetlərində formalaşan, İsveçrənin Cenevrə şəhərindəki CERN-də və Danimarkadakı Nils Bor İnstitutunda fəaliyyət göstərən Özəl, 2001-ci ildən bəri NASA-da çalışır. O, 2003-cü ildə dünyanın ən tanınmış elm adamları ilə birlikdə "Böyük İdeyalar" siyahısına daxil olması ilə tanınıb.
Albert Eynşteynin "Nisbilik nəzəriyyəsi"ndə qeyd etdiyi, lakin teleskop şüalarını udduğu üçün görüntülənə bilməyən qara dəliklərin təsvirini almaq üzərində çalışan və Özəlin rəhbərlik etdiyi Modelləşdirmə və Analiz İşçi Qrupu, fərqli teleskoplardan əldə edilən milyonlarla məlumatı birləşdirərək 2019-cu ildə tək bir fotoşəkil ortaya çıxarmağı bacarmışdır. Həyat və fəaliyyəti Valideynləri həkim olan Feryal Özel 1975-ci ildə İstanbulda anadan olub, Üsküdar Amerikan Liseyini bitirib. 1992–1995-ci illərdə Kolumbiya Universitetində Fizika və Tətbiqi Riyaziyyat təhsilini fakültə ikincisi olaraq tamamladıqdan sonra, "Yüksək Şərəf" dərəcəsini alıb. Növbəti il İsveçrənin Cenevrə şəhərindəki CERN-də və fizika üzrə magistratura pilləsini bitirdiyi Danimarkanın Kopenhagen şəhərində yerləşən Nils Bor İnstitutunda çalışıb.
Avropada keçirdiyi bir ildən sonra ABŞ-yə qayıdaraq Harvard Universitetinin doktorantura proqramına qəbul olur. 2002-ci ildə astrofizika üzrə doktorluq dərəcəsini tamamlayır. 2001-ci ildə astrofizik Demetri Psaltis ilə ailə həyatı quran Fəryalın bu evlilikdən Dəniz və Selin adında iki qız övladı dünyaya gəlir.
Doktorantura proqramının son ilində Arizona ştatının Tukson şəhərinə köçən və Habbl təqaüdünü qazanan Özəl, 2002-2005-ci illərdə Prinston Təkmil Araşdırmalar İnstitutunda fəaliyyət göstərib. 2003-cü ildə dünyanın ən tanınmış elm adamları ilə birlikdə "Böyük ideyalar" siyahısına daxil edilməsi, həmçinin neytron ulduzları, qara dəliklər və maqnitarlar sahəsindəki töhfələri ilə tanınıb. Hazırda o, elmi fəaliyyətini Arizona Universitetində davam etdirir.
Fəryal Özəl Elm Akademiyasının üzvüdür. O, astrofizika sahəsindəki tədqiqatlarına görə çoxsaylı mükafatlara layiq görülüb. Elmi fəaliyyəti ilə yanaşı, populyar nəşrlərdə elmi məqalələr dərc etdirir və tez-tez PBS, History Channel, CNN kanallarındakı sənədli verlişlərdə çıxış edir. Aktiv idmançıdır, marafon və triatlon qaçışlarında da iştirak edir.
Mükafatları Nailiyyət mükafatı (Event Horizon Telescope komandası ilə birlikdə), 2020 ÖDTÜ-nün (Orta Şərq Texniki Universiteti) Fərqli Xidmət mükafatı, 2019 Quqqenhaym Fondunun Quqqenhaym Təqaüd mükafatı, 2016 Amerika Fizika Cəmiyyəti "Maria Goeppert Meyer" mükafatı, 2013* California Berkeley Üniversitesi Miller Enstitüsü Konuk Öğretim üyeliği, 2014 "Harvard Radcliffe İnstitutu" mükafatı San-Dieqo Astronomiya Cəmiyyəti Lukas mükafatı, 2010 Harvard Universiteti Bart J.Bok mükafatı, 2010 Türkiyə Elmi və Texniki Tədqiqat Fondunun Akademik Təqaüdü, 2007 Habl Postdoktorantura Təqaüdü, 2002-2005 Atatürk Qızları Fondunun Fərqlənən Alim mükafatı, 2003 Kek Təqaüdü, Qabaqcıl Tədqiqatlar İnstitutu, 2002 Van Vlek Təqaüdü, Harvard Universiteti, 1999 Kostrup mükafatı, Niels Bohr İnstitutu, 1997 Niels Bohr İnstitutunun Məzun Təqaüdü, 1996-1997 1996-cı ildə Kolumbiya Universitetinin Tətbiqi Riyaziyyat Fakültəsi mükafatı, 1996 Fu Fondu Təqaüdü, Kolumbiya Universiteti, 1994-1996 CERN Tədqiqat Təqaüdü, 1995 Türkiyə Səhiyyə və Təhsil Fondu Təqaüdü, 1992-1994
İstinadlar
Xarici keçidlər "Büyük Fikirler web sitesi Arizona Üniversitesi'nde kişisel sayfası
Kateqoriya:Qara dəliklər Kateqoriya:Türkiyə astronomları Kateqoriya:Türkiyə əsilli amerikalılar Kateqoriya:Türkiyə qadın akademikləri Kateqoriya:Astrofiziklər