thumb|Sazəndələr orkestri, 1906-cı il Sazəndə (erm. սազանդար; fars. سازنده; gürc. საზანდარი; ing. alternativ yazılışlar: sazende, sazandeh) Cənubi Qafqazda ənənəvi ansamblda müğənni ilə birlikdə çıxış edən üç instrumental ifaçıdan biridir (Azərbaycan muğamı ifasında müğənni xanəndə adlanır).

Bu söz fars dilində "quran", "yaradan" mənasını verir. Ansambl adətən tarzən, kamançaçı və dəf ifaçısından ibarət olur. Tarixən "sazəndə" (və ya sazandar) termini Anadolu, Qafqaz və ya İrandan olan, xalq çalğı alətində ifa edən hər hansı instrumentalçıya şamil edilirdi.Sazandari :en:Great Soviet Encyclopædia (TheFreeDictionary.com's encyclopedia section)

Tarix və inkişaf right|thumb|225px|Sazəndələr üçlüyü Yuxarıda qeyd olunan alətlərdə ifa edən üçlükdən ibarət sazəndə musiqi triosu ənənəsi XX əsrin əvvəllərinə qədər mövcud olmamışdır. Cabbar Qaryağdıoğlunun sözlərinə görə, XIX əsrin əvvəllərində muğam ansamblları tar, kamança və balabanda ifa edən üç musiqiçidən ibarət idi. XIX əsrin sonlarında balaban qoşanağara ilə əvəz olundu. Khananda . Axtar.az Hal-hazırda dəf adlanan ənənəvi qaval növündən istifadə olunur və o, çox vaxt xanəndələrin özləri tərəfindən ifa edilir.

Ansambllarda olduğu kimi, alətlərin quruluşunda da dəyişikliklər baş vermişdir. Kamançanın simlərinin sayı 2-dən 3, 4 və ya hətta 5-ə qədər artmışdır. Görkəmli Azərbaycan sazəndəsi Sadıqcan, əvvəllər 6 simli olan bu alətə daha bir sim əlavə edərək və onu bir sıra yeni xüsusiyyətlərlə təkmilləşdirərək tarın yeni versiyasını (indi Azərbaycan tarı və ya Qafqaz tarı kimi tanınır) hazırlamışdır. Sadıqcandan sonra muğam ifaları zamanı tar şaquli deyil, sinədə tutularaq ifa edilməyə başlanmışdır.

Sazəndələrin nüfuzu həm də alətlərinin xarici görünüşündə özünü göstərirdi. Bəziləri onları qiymətli metallar və daş-qaşlarla bəzəyirdilər. Sadıqcanın tarını qızıl və sədəflə bəzədiyi bildirilmişdir.

Həmçinin bax Xanəndə Aşıq Bozlak

İstinadlar

Kateqoriya:Azərbaycan musiqisi Kateqoriya:Gürcüstan musiqisi