Marqarita Barbara Qonzaqa (; ) — Mantuya hersoqu Quqlielmo Qonzaqanın qızı, VI Modena, Reccio və Ferrara hersoginyası.
1564-cü ildə Mantuyada dünyaya gəldi. Atası Mantuya hersoqu Quqlielmo Qonzaqa, anası isə Müqəddəs Roma imperatoru I Ferdinandın qızı Elyanoradır. 24 fevral 1579-cu ildə Mantuyada Modena, Reccio və Ferrara hersoqu II Alfonso d'Este ilə evləndirildi. Bu əsnada Marqarita 15, II Alfonso isə 45 yaşında idi. Üstəlik bəy namizədi daha əvvəl 2 dəfə evlənib dul qalmış və övladı olmamışdı. Digər yandan hersoqun ikinci xanımı Avstriyalı Barbara, Marqaritanın xalası idi. Həmin ilin 27 may tarixində Ferraraya gələn Marqarita Qonzaqa burada mərasimlə qarşılandı. Gənc xanımını razı zalmaq üçün II Alfonso saray heyətini yenidən dəyişdirdi.
Ferraradakı illəri gecə əyləncələri və şənliklərlə keçdi. Ancaq hersoqun bu evliliyindən də övladı olmadı. 1597-ci ildə II Alfonso Ferrarada vəfat etdi və beləcə, Este ailəsinin leqal kişi şəcərəsi sonlandı. Müqəddəs Roma imperatoru II Rudolf isə Modena və Reccio mülkü üçün ailənin yan şəcərəsinə mənsub Çezare d'Estenin suverenliyini tanıdı. Ancaq bu təyinat yalnız imperator tərəfindən tanındı. Roma papası VIII Klement bunu qəbul etmədi və hətta, Ferrara mülkünü yenidən Papa dövlətinə ilhaq etdi. Başda Marqarita Qonzaqa olmaqla, digər Este ailəsi üzvləri Ferraradan qovuldu.
Qalan illərini Mantuyada keçirdi və 1618-ci ildə burada vəfat etdi.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:XVI əsr İtaliya zadəganları Kateqoriya:D'Este Kateqoriya:Qonzaqa sülaləsi