Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah (; ) — Küveyt əmiri, 2023-cü ildən hakimiyyətdədir. Məşəl karyerasının böyük hissəsini Küveytin təhlükəsizlik və kəşfiyyat aparatında keçirib.The world’s oldest crown prince nears the throne of Kuwait thumb|Ərəb liderləri, ABŞ prezidenti Co Bayden və Məşəl (sağdan ikinci) Ciddədə Körfəz Əməkdaşlıq Şurasında, 16 iyul 2022. thumb|Küveyt əmiri Məşəş 2024-cü ildə Hindistanın Baş naziri Modi ilə.
Bioqrafiyası Məşəl 27 sentyabr 1940-cı ildə Küveyt Şeyxliyinin onuncu hökmdarı Əhməd Əl-Cabir Əl-Sabahın (1921–1950) ailəsində anadan olub. İbtidai təhsilini Küveytin Əl Mübarəkiya məktəbində alıb.Sheikh Meshal Al-Ahmad Al-Jaber Al-Sabah Daha sonra təhsilini davam etmək üçün Böyük Britaniyaya getmişdi və burada Hendon Polis Akademiyasına daxil olmuşdur. 1960-cı ildə təhsilini bitirdiqdən sonra vətənə qayıdır.
Küveytə qayıtdıqdan sonra Məşəl Küveytin Daxili İşlər Nazirliyinə işə düzəlir. 1967–1980-ci illərdə Daxili İşlər Nazirliyinin Kəşfiyyat və Dövlət Təhlükəsizliyi Xidmətinə rəhbərlik etmişdir. Bu vəzifədə o, Kəşfiyyat təşkilatının Küveyt Dövlət Təhlükəsizlik Xidmətinə çevrilməsinə nəzarət edir və onun ilk rəhbəri olur.
13 aprel 2004-cü ildə ozamankı əmir Cabir Əl-Əhməd Əl-Cabir Əl-Sabah Məşəli Küveyt Milli Qvardiyasına nazir müavini təyin etdi.
Ögey qardaşı Sabah 2006-cı ildə əmir olduqdan qısa müddət sonra Məşəl hakim Əl-Sabah sülaləsinin əsas qərar verən şəxslərindən oldu. Məşəl siyasi mübahisələrdən qaçmaq və ailə bağlarını qorumaq üçün daha yüksək vəzifələrdən imtina etdiyi bildirilir.Factbox: Who will be Kuwait's next crown prince?
Küveyt Milli Qvardiyasında Mişal islahatlara və korrupsiyaya qarşı mübarizəyə rəhbərlik edib. Məşəlin fəaliyyəti dövründə KMQ 2019-cu ildə Hərbi Statuslu Jandarmlar və Polis Qüvvələrinin Beynəlxalq Assosiasiyasına qoşuldu. Məşəl 2020-ci ildə Vəliəhd Şahzadə kimi namizəd göstərilərək KMQ-daki vəzifəsindən istefa etdi.Kuwait marks 1st anniversary of Sheikh Mishal’s nomination as Crown PrinceKuwait Emir Sheikh Nawaf Al Sabah names Sheikh Meshal Al Sabah as new crown prince
Vəliəhd şahzadə Vəliəhd Şahzadə Nəvaf 29 sentyabr 2020-ci ildə ögey qardaşı Sabahın vəfatından sonra əmir oldu. Küveyt qanunlarına görə Nəvafın vəliəhdi seçmək üçün bir il vaxtı var idi. O, ögey qardaşı Məşəli seçdi.Kuwait Emir Sheikh Nawaf Al Sabah names Sheikh Meshal Al Sabah as new crown prince Küveyt Milli Assambleyasının növbədənkənar sessiyasında Parlamentin bütün 59 üzvü Məşəlin təyinatını yekdilliklə təsdiqlədi.Kuwait Assembly approves Sheikh Mishal as Crown Prince Məşəl 80 yaşında dünyanın ən yaşlı vəliəhdi oldu.The world’s oldest crown prince nears the throne of Kuwait Məşəl Küveyt dövlətini xaricdəki mühüm tədbirlərdə təmsil edirdi.
Küveyt hökmdarı Məşəl, əvvəlki əmirin Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahın vəfat etməsindən sonra 2023-cü ildə Küveyt əmiri oldu.
2024-cü ilin iyununda Məşəl qardaşı oğlu Sabah Əl-Xalid Əl-Sabahı vəliəhd şahzadə təyin etdi.
Şəxsi həyatı Məşəlin 12 övladı var: beş oğlu və yeddi qızı. O, Küveyt Həvəskar Radio Cəmiyyətinin yaradıcılarından biri və fəxri prezidenti, həmçinin Küveyt Aviasiya Pilotları Mühəndisləri Assosiasiyasının və Şairlər Divanının fəxri prezidenti vəzifələrində çalışıb.
Mükafatlari Fransa: Fəxri Legion ordeninin komandiri (4 dekabr 2018-ci il) Bəhreyn: Şeyx İsa bin Salman Əl Xəlifə ordeni (13 fevral 2024) Səudiyyə Ərəbistanı: Kral Əbdüləzizin ordeni (30 yanvar 2024) Oman: Əl Səid ordeni (6 fevral 2024) Qətər: Şeyx Casim bin Məhəmməd bin Taninin qılıncı (20 fevral 2024) Birləşmiş Ərəb Əmirlikləri: Zayed ordeninin yaxalığı (5 mart 2024) Misir: Nil Ordenini (30 aprel 2024) İordaniya: Əl-Hüseyn bin Əli ordeninin yaxalığı (23 aprel 2024) Türkiyə: Türkiyə Dövlət ordeni (7 may 2024)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1940-cı ildə doğulanlar Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:Əs-Sabahlar Kateqoriya:Yaşayan insanlar