Neapollu Elyanora (; ) — Neapol kralı I Ferdinandın qızı, I Modena, Reccio və Ferrara hersoginyası.

22 iyun 1450-ci ildə Neapolda dünyaya gəldi. Atası Neapol kralı I Ferdinand, anası isə Klermontlu İzabelladır. Hələ 5 yaşında ikən Milan hersoqu I Françesko Sforzanın oğlu Sforsa Mariya Sforza ilə nişanlandı. 1465-ci ildə cütlüyün vəkalətən nigahı kəsilsə də, qaynatasının ani vəfatı və taxta çıxan qaynı Qaleazzo Mariya Sforzanın bu evliliyə qarşı çıxması səbəbilə, cütlük heç vaxt bir araya gəlmədi. Ancaq bağlanan nigahın pozulması 1471-ci ilədək vaxt aldı.

3 iyul 1473-cü ildə Modena, Reccio və Ferrara hersoqu I Erkole d'Este ilə evləndirildi. Cütlüyün bu nigahdan 7 övladı doğuldu.

İzabella d'Este, Mantuya markqrafinyası Beatris d'Este, Milan hersoginyası I Alfonso d'Este Ferrante d'Este, kondotyer İppolito d'Este, kardinal Sigismund d'Este (1480-1524) Albert d'Este (1481-1482)

Modenada çox sevilirdi və ərinin Venesiya ilə girişdiyi 1482-1484-cü illəri əhatə edən Ferrara müharibəsi boyunca naibə olaraq bölgəni idarə etdi. 1493-cü ildə bilinməyən bir səbəblə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Hibbert, Christopher. The Borgias and Their Enemies: 1431-1519. Orlando: Harcourt, 2008. "DIOMEDE CARAFA (1406?-1487), De Boni Principis Officiis [De Regentis Et Boni Principis Officiis], Translation from the Italian by BATTISTA GUARINI." Carafa Renaissance Manuscripts Guarini. http://www.textmanuscripts.com/medieval/carafa-boni-guarini-60675. Marek, George R. The Bed and the Throne: The Life of Isabella D'Este. New York: Harper & Row, 1976 Lewis, Francis-Ames: Isabella and Leonardo. Yale University Press (New Haven) 2012 Franklin, Margaret Ann. Boccaccio's Heroines: Power and Virtue in Renaissance Society. Burlington: Ashgate, 2006. Bizzarri, Claudia. "Il principe umanista". Medioevo

İstinadlar

Kateqoriya:D'Este Kateqoriya:İncəsənət kolleksiyaçıları Kateqoriya:İntibah dövrü qadınları