Əcaib məhbubə () — rejissor Cey Ti Mollnerin ssenari yazıb çəkdiyi 2023-cü il ABŞ psixoloji kriminal triller filmi.

Süjet xətti altı fəslə bölünüb və hadisələr xronoloji ardıcıllıqla deyil, dolaşıq şəkildə açılır.

Filmin əsas çəkilişləri Oreqon ştatının Portlend şəhərində keçirilir. Avqustun 22-də başlayan proses oktyabrın 1-də tamamlanır. Prodüserlərdən biri də olan Covanni Ribizi bu filmdə operator kürsüsünə ilk dəfə oturur. Çəkilişlər 35 mm lentdə aparılır.

"Əcaib məhbubə" Fantastik Festdə başladığı səfəri ABŞ ekranlarında davam etdirir. Tənqidçilər operatorluq işindən və aktyorların oyunundan danışmaqdan doymurlar. Tamaşaçı isə bu söhbətlərdən xəbərsiz qalır. 4-10 milyon dollarlıq film kassadan cəmi 4,8 milyon dollar toplayır.

Təsvir Gecənin bir aləmində motel qarşısında dayanan yük maşınında bir kişi ilə qadın söhbət edirlər. İçki içib siqaret çəkə-çəkə bir-birini yoxlayırlar, yatıb-yatmayacaqlarını, "qaydaları" danışırlar. Qadının zövqü başqadır, adi şeylər onu maraqlandırmır. Bir ara kişiyə dönüb soruşur ki, sən serial qatil filan deyilsən ki? Kişi gülür, qadın da. Nəticədə otağa gedirlər. Səhər isə hər şey dəyişir. Qadın otaqdan sürüşüb qaçır. Kişi arxasınca düşür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:2020-ci illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin real olmayan hekayə filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:Narkotik maddələr haqqında filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər