thumb|Desskaras komandası (soldan sağa): Desskaras, Kumuqi Harvest, İçi və Qokuraku Kaqami.|300px Osamu Nişi tərəfindən yaradılmış "Ichi the Witch" manqa seriyasına Şiro Usazaki tərəfindən illüstrasiya olunan bir çox personaj daxildir. Manqada hadisələr macik adlandırılan sehrli bədheybətlərin yaşadığı dünyada baş verir. Macikləri ovlayıb onların sehrini ələ keçirən şəxslərə "cadugər" deyilir. Cadugələrin macikləri ovlaması üçün onların verdiyi sınaqlardan keçməlidirlər. Tapşırığı uğurla yerinə yetirə bilən cadugər maciki ələ keçirir və onun sehrinə sahib olur.

Seriyanın əsas personajı bir dağda yalnız böyüyən və ovçuluqla məşğul olan İçi adlı oğlandır. O, ən təhlükəli maciklərdən biri hesab olunan Kral Uroronu ələ keçirə bilir və tarixdəki ilk kişi cadugər olur. Bu ana şahidlik edən cadugər Desskaras onu cadugərlər assosiasiyasına aparır. Digər cadugərlər onun gücünü təsdiqləyirlər və cadugər kimi qəbul edirlər. Desskaras, İçi və İçinin hərəkətlərini qeyd etməkdən məsul olan Kumuqi Harvest macikləri ovlayan komanda formalaşdırırlar. Tezliklə onlara sehrli əşyalardan istifadə edən güclü döyüşçü Qokuraku Kaqami də qoşulur.

Seriyanın yaradıcısı Osamu Nişi əvvəlcə cadugər olmaq arzusunda olan bir oğlan və cadugərləri qorumaq istəyən bir cəngavər haqqında manqa yazmaq istəmişdir. Lakin əsas personajı hekayədə daha qeyri-adi bir personaj kimi təqdim etmək üçün onu sadəcə ovçuluqla maraqlanan oğlan kimi göstərməyə qərar vermişdir.

Desskaras komandası

Druid dağında böyümüş vəhşi ovçu. O, balaca olanda ailəsi tərəfindən tərk edilib və təkbaşına ovlanmağı öyrənib. Həyatda əsas prinsiplərindən biri "ölümə ölüm"dür. O, maciklər kralı Ororoyu məğlub edərək tarixdəki ilk kişi cadugər olur. Desskarasın dəstəyi ilə macikləri ovlamağa başlayır. Desskaras ilə şagird–mentor müqaviləsi bağlayır.

Dibsizlik cadugəri. Ən gözəl və güclü cadugər hesab olunur. Hələ 11 yaşında macik ələ keçirərək bunu bacarmış ən gənc iki cadugərdən biri olmuşdur. Ulduzlara yaxınlığı ilə tanınan, ulduz tanrısı Hoşiqamiyə ibadət edilən Polyaris dağında yerləşən kənddəndir. Mənsub olduğu İkaqura klanının üzvləri Ulduzyeyənlər kimi tanınır. Kral Ororo ilə döyüşərkən İçinin cadugərə çevrilməsinə şahidlik edir və onu Mantinel Cadugərlər Assosiasiyasına aparır. Toqeays ilə eyni məktəbdə təhsil alıb. Libro adlı balaca qardaşı 15 il öncə Antidünya maciki tərəfindən öldürülmüşdür. Qardaşına verdiyi sözü tutaraq cadugər olmağa və istənilən maciki yaxalamağa qərar verib.

Mantinel Cadugərlər Assosiasiyasının cadugər namizədi və Cadugər Tədqiqat Klubunun üzvü. Şirabedonnanın tapşırığı ilə Desskaras komandasına qatılır və İçiyə nəzarət etməklə vəzifələndirilir. Özünü bacısı Spikanın kölgəsində hiss edir və uşaq olanda səbəb olduğu qəza nəticəsində bacısının bir gözünü itirməsinə görə özünü pis hiss edir.

Cadugərlər assosiasiyasının rəsmi təhlükəlilər siyahısında olan mavi saçlı oğlan. Qəddar Qokuraku kimi tanınır və Kaqami ərazisində macikləri qəddarlarlıqla döyməsi ilə tanınır. Lakin sehr gücünə malik olmadığı üçün döydüyü maciklərin sınağını tamamlasa belə onları ələ keçirə bilmir. Macikləri ovlamaq üçün bədəninə bir çox modifikasiyalar etmişdir. Əsas hədəfi Bakuqamini ovlamaqdır. Çünki əslində Kaqami ölkəsinin şahzadəsidir və Riçiyanın bacısıdır. Bakuqaminin məğlub edilməsindən Desskaras komandasına xüsusi köməkçi kimi qoşulur, cadugərlər assosiasiyasının üzvü olur və İçi ilə birlikdə macik ovlamağa başlayır.

Mantinel Cadugərlər Assosiasiyası Cadugərlər

Parlaq cadugər. Mantinel Cadugərlər Assosiasiyasının prezidentidir. Fucimine ilə şagird–mentor qan müqaviləsi bağlamışdır, bu səbəbdən əsl niyyətini Macikeşikçilərdən gizlədir. O, Maqiponq Klubunun kapitanıdır.

Analitik cadugər. Mantinel Cadugər Assosiasiyasının vacib üzvü və Cadugər Tədqiqat Klubunun supervayzeri. Onun analizləri daim doğru çıxır.

Gümüş qar cadugəri. Nizam-intizama böyük diqqət ayıran cadugərdir. Hələ 11 yaşında macik ələ keçirərək bunu bacarmış ən gənc iki cadugərdən biri olmuşdur. Desskaras ilə eyni məktəbdə təhsil alıb. İçinin ictimaiyyətə açıqlanmasına qarşıdır. İçinin cadugərlər akademiyasında təhsil almasını dəstəkləyir. Bu məsələni həll etmək üçün İçi ilə Toqeays arasında macik ovlama yarışı təşkil olunur.

Peyğəmbər cadugər. Bir əsr boyunca komada yatmış, qəfildən oynaraq başqa bir insana çevrilmişdir. Belə ki, onun bədəni əslində Peyğəmbər maciki olan Mirsam tərəfindən ələ keçirilir. Buna baxmayaraq, Mantinel Cadugərlər Assosiasiyasının üzvüdür. Peyğəmbər maciki ilə dostluq edir. İnsanlarla maciklərin birlikdə yaşaya bildiyi dünyanın xəyalını qurur.

Mərmi cadugəri. Mantinel Cadugər Assosiasiyasının vacib üzvüdür. O, cadugərlərə xəyanət edərək Fucimine ilə ittifaq qurur. Ailəsinə xidmət edən Maskat adlı macikin gücündən istifadə edir. Sehr enerjisi çox olduğu üçün macikin ona verdiyi silahın demək olar ki, gülləsi bitmir.

Xaos cadugəri. Mantinel Cadugər Assosiasiyasının vacib üzvüdür.

Acgöz cadugər. Mantinel Cadugər Assosiasiyasının vacib üzvüdür.

Bədxah cadugər. Mantinel Cadugər Assosiasiyasının vacib üzvüdür. Bənövşəyi paltar geyinir, gümüş saçlıdır, siqar çəkir. Özünü "böyük xanım" adlandırır. Onun sehri arındırıcı öpüşə malikdir.

Digərləri

Cadugərlər assosiasiyasında Əsalar və Alətlər Departamentinin başçısı. Cadugərləri sehrli əşyalarla təmin etməkdən məsuldur. O, sehrli əşyalar haqqında məlumatlar toplamağı çox sevir.

Cadugərlər assosiasiyasında Dəb Departamentinin başçısı. Cadugərləri geyim və forma ilə təmin etməkdən məsuldur.

Kumuqinin böyük bacısı. Elit biri kimi tanınır. O, böyük cadugər namizədi kapitanıdır və cadugərlər assosiasiyasında Təftiş Departamentinin I bölmə başçısıdır. Kumuqi 5 yaşında ikən sehr öyrənərkən istəmədən də olsa, partlayışa səbəb olmuş və Spika sağ gözünü itirmişdir.

Cadugərlər assosiasiyası Xəstəxana Tibbi Departamentinin başçısı. Minervanın uşağının doğumunu gerçəkləşdirir.

Macikeşikçilər Macikeşikçilər maciklərin gücündən sui-istifadə edən şəxslərə nəzarət etmək üçün yaradılmış ayrı bir təşkilatdır və sadəcə kişi üzvlərdən ibarətdir. Onlar macik ovlamaqla məşğul olmurlar. Macikeşikçilər şaka ağacından hazırlanmış, sehri əmə bilən müqəddəs silahlarla döyüşürlər.

Macikeşikçilər müvəkkili. Macikeşikçilərin ənənələrinin qorunmasında maraqlıdır və cadugərlərin onların işinə qarışmasını istəmir. Fucimine ilə döyüşərkən öyrənir ki, keçmişdə onun sehrinin təsiri altında olaraq bir çox yoldaşının ölümünə səbəb olmuşdur.

İçinin balaca olanda qarşılaşdığı təcrübəli balıqçı. İçi ondan öyrəndiyi texnika və məlumatlardan istifadə edərək bəzi macikləri ələ keçirir. Əslində isə Minakata macikeşikçilərinin nəslindən gəlir. Ondan öncə macikeşikçi olmuş sələfi Fucimine ilə döyüşdən sağ çıxmış yeganə macikeşikçi olmuşdur. Lakin onun xələfi olmağı qəbul etməmiş, müqəddəs sütun silahından istifadə etməmişdir. Daha sonra Çunun təkidi ilə Macikeşikçilərə qatılmışdır.

İki qılıncla döyüşən qısaboy macikeşikçi, Boksterin partnyoru.

Zəncirli qamçı ilə döyüşən cazibədar macikeşikçi, Hiqaraşinin partnyoru. İnsanların ona "Star" deyə xitab etməsini istəsə də, "Boksi" deyə xitab edilir.

Silah kimi çakramdan istifadə edən macikeşikçi.

Maciklər

Ən təhlükəli maciklərdən biri. İnsanlardan nifrət edir. Bir çox insanı öldürmüşdür. Onu ələ keçirmək üçün lazım olan sınaq onun ürəyini dayandırmaqdır, lakin heç bir qadın onun ürəyinə zərər vura bilməz. Bu səbəbdən min il ərzində məğlub edilməmişdir. İçi oğlan olduğu üçün onun ürəyini dayandırır və onu ələ keçirir. Lakin İçinin bədəninin içərisində şüurunu qoruyan varlıq kimi yaşamağa davam edir və onu cadugərlərə qarşı manipulyasiya etməyə çalışır.

kimi tanınan ildırım maciki. İçinin ələ keçirdiyi ikinci macikdir. İldırım gücünə malik beşquyruqlu tülkü formasındadır. Onu ələ keçirmək üçün tələb olunan sınaq ildırımlarına dəymədən qiymətli daşını ələ keçirməkdir. İçi tülkülər üçün qurduğu tələ ilə onu keçirir.

kimi tanınan buz maciki. İçinin ələ keçirdiyi üçüncü macikdir. Buz köpəkbalığı formasındadır. Onu ələ keçirmək üçün tələb olunan sınaq onu möhtəşəm göstərməkdir. İçi onun bədənini hissələrə bölür və saşimi gəmisinə çevirir.

kimi tanınan göbələk maciki. Hoytaka meşəsində nəhəng göbələklər çıxararaq insanları narahat edir. Onu ələ keçirmək üçün tələb olunan sınaq onu yaxalayıb kökünü kəsməkdir.

kimi tanınan hörümçək maciki. Torundan güclü qəfəslər toxuya bilir. Onu ələ keçirmək üçün tələb olunan sınaq qəfəsini qırıb başındakı buynuzu sındırmaqdır. Qokuraku onu ələ keçirmək üçün ona işgəncə versə də, ələ keçirə bilmir. Bunun yerinə İçi özünü yetirir və Ariadnanı ələ keçirir.

kimi də tanınan peyğəmbər maciki. Cikişironenin bədəninə nəzarət edir və cadugərlərlə əməkdaşlıq edərək onlara vəhylərini çatdırır.

Sevincli kədər maciki. Daha çok Bakuqami adı ilə tanınır. Kaqami ölkəsinin müqəddəs maciki hesab olunan, tapir görünüşündə olan macikdir. Krallıqda ona təzim edirlər və onu müqəddəs hesab edirlər. 10 il öncə ortaya çıxmış, insanların kədərini özünə çəkməyə başlayaraq məşhurlaşmışdır. Kral onun əldə edilməsini qadağan etmişdir. Hətta ölkənin adı Kaqamidən Bakuqamiyə dəyişdirilmişdir. Cadugərlər assosiasiyası tərəfindəndən Müqəddəs yuxu maciki kimi tanınır. Əslində isə bütün Bakuqami xalqını öldürüb Antidünya macikinə təqdim etmək niyyətindədir. O, insanların kədərini çəkir və kədərlərini sıxlaşdıraraq onlara qaytarır. Kədərini geri alanlar dəli olur və özünü öldürməyə çalışır. Onu əldə etmək üçün tələb olunan sınaq yığdığı 10 illik kədəri içinə çəkib dözməkdir. Qokuraku tərəfindən məğlub edilir və İçi tərəfindən ələ keçirilir.

Zamanı idarə etmək gücünə malik olan əfsanəvi macik. Minerva adlı qadınla evlidir və Minerva onun uşağına hamilədir. Minerva tərəfindən qısaca çağırılır. Uşağı onun gücünü çəkdiyi üçün getdikcə zəifləyir. Minervanı qoruyarkən ölür və doğulacaq uşağına "Madoka" adını qoyur.

. 500-dən çox yaşı var. Onu ələ keçirmək üçün tələb olunan sınaq uzaqdakı hədəfi dəqiqliklə ələ keçirməkdir. Desskaras tərəfindən ələ keçirilib.

. Onu ələ keçirmək üçün tələb olunan sınaq iynəyə bənzəyən tikanların üstündə 100 gün oturmaqdır. Desskaras tərəfindən ələ keçirilib.

. Onu ələ keçirmək üçün tələb olunan sınaq 1000 sualına cavab verməkdir. Desskaras tərəfindən ələ keçirilib.

Ətrafına güclü zəhər saçan macik. Təbiətə zərər vurmaq istəmədiyi və gücünün bir insan tərəfindən ələ keçirilməsini təhlükəli hesab etdiyi üçün Mantinel Cadugərlər Assosiasiyasından kömək istəmişdir. Cadugərlərlə dost olmuş, onlarla birlikdə yaşamışdır. Lakin Fucimine üsyan edərək onu ələ keçirmişdir.

Ribbonkendi ailəsinin maciki. Nəsildən nəsilə ötürülür. Sahibinə sehr enerjisinə görə silahlar bağışlayır.

Antidünya maciki və Yeddi ulduz

Ağsaçlı oğlan formasında olan çox təhlükəli macik. O, 15 il öncə ortaya çıxanda iki qəsəbəni bükmüşdür. Mantinel Cadugərlər Assosiyasının ən böyük düşmənidir. Peyğəmbər cadugərin proqnozuna görə dünyanın sonunu gətirəcək macikdir. Sehrləri bükmə və macikləri yox etmə gücünə malik olan Kinosura adlı silahdan istifadə edir.

. Hər şeyi tərsinə çevirmək gücünə malikdir. Onu ələ keçirmək üçün tələb olunan sınaq ona 10.000 ölüm təqdim etməkdir. Antidünya macikinə xidmət edən Yeddi ulduz qrupunun üzvüdür. Desskarass tərəfindən ələ keçirilir.

Osminoq bədəninə malik olan təhlükəli macik. Özünü Zamanı bükən macikin dostu hesab edir və onunla döyüşməyi sevir. Uşağı onu zəiflətdiyi üçün onu öldürmək istəyir. Okean cərəyanlarını idarə edə bilir. Özünü adlandırır. Onu ələ keçirmək üçün tələb olunan sınaq onu öldürməkdir. Antidünya macikinə xidmət edən Yeddi ulduz qrupunun üzvüdür. Bacarıqlarından biri hər bir qolunu "yeddi qardaşa" bölməkdir və qardaşlarının hər birinin bir xüsusiyyəti var: Çevik, Əzələli, Kədərli, Elastik, Balaca, Kök və Puu. Hitsuqi onun işə yaramadığını başa düşəndə onu ölümcül yaralayır. Desskaras bu fürsətdən istifadə edərək onu ələ keçirir.