Avstriyalı Frans Karl (; ) — Müqəddəs Roma imperatoru II Fransın oğlu, Avstriya hersoqu, Habsburq ailəsinin bir üzvü. 1848 Avstriya inqilabında bütün taxt hüququndan könüllü imtina etsə də, oğulları I Frans İosif və I Maksimilyan Avstriya və Meksika taxt-tacına sahibləndilər.
17 dekabr 1802-ci ildə Vyanada dünyaya gəldi. Atası Müqəddəs Roma imperatoru II Frans, anası isə Neapol və Siciliya kralı I Ferdinandın qızı Siciliyalı Mariya Terezadır. 4 noyabr 1824-cü ildə Bavariya kralı I Maksimilyanın qızı Şahzadə Sofiya Frederika ilə Vyanada evləndi. Vittelsbax ailəsindən olan bu xanım əslində ona yad biri deyildi. Belə ki, Bavariya kralının digər qızı Şahzadə Karolina Avqusta 1816-cı ildə atasıyla evlənmişdi və ard-arda baş tutan qohum evlilikləri səbəbilə Vittelsbaxlar Habsburqlara və Vyana sarayına yaxın hesab edilirdi. Cütlüyün bu nigahdan 6 övladı doğuldu.
I Frans İosif, Avstriya imperatoru I Maksimilyan, Meksika imperatoru Karl Lüdviq Mariya Anna (1835-1840) Ölü doğulan oğlan uşağı (1840) Lüdviq Viktor (1842-1919)
Dövlət işlərində səriştəsiz və eyş-işrətə düşkünlüyü ilə tanına hersoq Frans Karl atasının ölümündən sonra əqli zəif qardaşı I Ferdinandın səltənəti boyunca ölkəni idarə edən komissiyanın üzvü idi. Buna baxmayaraq dövlət işlərindən daim uzaq qaldı. Xanımı Bavariyalı Sofiya Frederikanın çevirdiyi saray intriqaları nəticəsində, 1848 Avstriya inqilabında bütün taxt hüquqlarından imtina etdi. Və beləcə, qardaşı I Ferdinandın taxtdan endirilməsinin ardından böyük oğlu I Frans İosif taxt-taca sahibləndi.
Qalan illərini Vyanadan kənarda ov şənliklərində və əyləncələrdə keçirən hersoq Frans Karl yalnız ailə üçün əlamətdar günlərdə Vyanaya çağırıldı. 1878-ci ildə xanımından 6 il sonra Vyanada vəfat etdi.
Mənbə
Ədəbiyyat
Boettger, T. F. "Chevaliers de la Toisón d'Or - Knights of the Golden Fleece". La Confrérie Amicale Teulet, Alexandre (1863). "Liste chronologique des chevaliers de l'ordre du Saint-Esprit depuis son origine jusqu'à son extinction (1578-1830)" [Chronological list of knights of the Order of the Holy Spirit from its origin to its extinction (1578-1830)]. Annuaire-bulletin de la Société de l'histoire de France (in French) (2): 117 Hof- und Staatshandbuch des Großherzogtums Oldenburg: für das Jahr 1872/73, "Der Großherzogliche Haus-und Verdienst Orden" p. 30
İstinadlar Kateqoriya:Avstriya-Macarıstan şəxsləri Kateqoriya:Habsburqlar Kateqoriya:Avstriya ershersoqları Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:Taxta çıxanmayan varislər