Siciliyalı Mariya Annunsiyata (; ) — İki Siciliya kralı II Ferdinandın qızı, Avstriya hersoginyası.
24 mart 1843-cü ildə Kazerta Kral sarayında dünyaya gəldi. Atası İki Siciliya kralı II Ferdinand, anası isə Müqəddəs Roma imperatoru II Leopoldun nəvəsi Avstriyalı Mariya Terezadır. Uşaqlıq illəri Papa IX Piylə yaxın əlaqəsi olan ailəsinin yanında keçdi.
21 oktyabr 1862-ci ildə Venesiyada hersoq Avstriyalı Karl Lüdviqlə evləndi. Evləndikdən sonra vərəm xəstəsi olduğu aşkarlandı. Səhhətindəki problemlərə baxmayaraq, bu nigahdan 4 övladı doğuldu.
Frans Ferdinand Otto Frans Jozef (1865-1906) Ferdinand Karl (1868-1915) Marqarita Sofiya (1870-1902)
Son övladının doğuşundan sonra səhhəti pisləşdi və 4 may 1871-ci ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:İtaliya qadınları