Azərbaycan Dövlət Gənclər Teatrı — 1989-cu ildə Əməkdar incəsənət xadimi və rejissor Hüseynağa Atakişiyev tərəfindən Bakı şəhərində yaradılmış dövlət teatrı.
1993-cü ildə teatra dövlət statusu verilmişdir. Teatrın bədii rəhbəri Hüseynağa Atakişiyev olmuşdur. Teatr fəaliyyətə əvvəlcə Gənclər Teatrı adı ilə başlamışdır. Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə yaradılmışdır.
H. Atakişiyevin 2006-cı ildə vəfatından sonra teatr 3 il rejissor-dramaturq, Əməkdar incəsənət xadimi Rəhman Əlizadənin baş rejissorluğu ilə fəaliyyətini davam etdirmişdir. 2009-cu ildə isə Dövlət Gənclər və Bakı Kamera teatrları əsaslı təmirdən çıxan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrına birləşdirildi və müstəqil fəaliyyətlərini dayandırdı.
Tarixi Azərbaycan Dövlət Gənclər Teatrı Əməkdar incəsənət xadimi, rejissor Hüseynağa Atakişiyev tərəfindən yaradılmışdır. Teatr fəaliyyətə əvvəlcə Gənclər Teatrı adı ilə başlamışdır. Teatr 27 mart 1989-cu ildə Yusif Səmədoğlunun "Qətl günü" romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşa ilə fəaliyyətə başlamışdır.
Gənclər Teatrı Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə yaradılmışdır. 1993-cü ildə teatra dövlət statusu verilmişdir. Teatrın bu illər ərzində hazırladığı əsərlərin sayı 110-dan çoxdur.
H. Atakişiyev 2006-cı ildə dünyasını dəyişmişdir və teatr 3 il rejissor-dramaturq, Əməkdar incəsənət xadimi Rəhman Əlizadənin baş rejissorluğu ilə fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2009-cu il tarixli 41 nömrəli qərarına əsasən Azərbaycan Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı ilə birləşdirildi və müstəqil fəaliyyətlərini dayandırdı.
Fəaliyyəti Teatrın bədii rəhbəri Hüseynağa Atakişiyev teatrın yaradılma konsepsiyasını belə izah edirdi:
Teatrın milli əsərlə — Y. Səmədoğlunun "Qətl günü" ilə fəaliyyətə başlaması təsadüfi olmayıb:
Kollektiv daha sonra Rafiq Səməndərin Qanlı yanvar hadisələrindən bəhs edən "Şəhidlər" əsərini nümayiş etdirməklə bir daha xalqın yanında olduğunu bəyan etdirmişdir.
H. Atakişiyevin rəhbərliyi dövründə teatr milli dramaturgiya əsərlərinə də müraciət etmiş və yerli dramaturqların əsərləri səhnələşdirilmişdir. Bu dramaturqlar arasında Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Əli Əmirli, Firuz Mustafa, Rəhman Əlizadə və Elçin Hüseynbəyli də yer alır.
Müstəqillik illərində Gənclər Teatrının repertuarında yer alan bəzi əsərlər sonradan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və digər teatrların səhnəsində də tamaşaya qoyulmuşdur. Truppanın hazırladığı tamaşalar arasında K. Abdullanın "Şah və şair və yaxud hamı səni sevənlər buradadır", V. Səmədoğlunun "Generalın son əmri", Ə. Əmirlinin "Varlı qadın" və digər əsərlər də olmuşdur.
Dövlət Gənclər Teatrının repertuarında tarixi-qəhrəmanlıq, sosial-ictimai, ailə-məişət, məhəbbət və sair mövzulu tamaşalar yer almışdır. Belə ki, truppa "Vicdan hökmü", "Neron oynayır və ya İblisin komediyaları", "Lənkəran-xanın-vəziri", "Aydın", "Yeddi məhbusə", "Onun iki qabırğası", "Generalın son əmri", "Dodaqdan qəlbə" və sair müxtəlif mövzulu tamaşaları səhnələşdirmişdir.
Teatrın repertuarına daxil etdiyi "Atamın kitabı" tamaşasının dramaturji strukturu eynilə, Cəlil Məmmədquluzadənin "Anamın kitabı" pyesindən götürülmüşdür. İlk dəfə Gənclər Teatrında səhnəyə qoyulan əsəri B. Vahabzadə qələmə almışdır. Tamaşada siyasi əqidələrinə görə birləşə bilməyən qardaşların acı taleyi, bütövlükdə birləşə bilməyən cəmiyyətin faciəsi kimi göstərilmişdir.
V. Səmədoğlunun "Generalın son əmri" pyesi truppa tərəfindən səhnələşdirilmişdir. Pyes hərbçi ailəsinin məişət problemlərindən bəhs edir. V. Səmədoğlu pyesdəki general obrazını rejissor H. Atakişiyev üçün yazmışdır. H. Atakişiyev bu tamaşada baş rolu ifa etmişdir.
Kollektivin repertuarında Ə. Əmirlinin "Varlı qadın" (1999) tamaşası da yer almışdır. Pyesdə bir ailənin və ümumilikdə cəmiyyətin sosial problemləri təsvir olunur. Əsər sonradan Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Ukrayna və Tacikistan teatrlarında da səhnəyə qoyulmuşdur.
Dövlət Gənclər Teatrında V. Şekspirin "Yay gecəsində yuxu" və S. Bekketin "Qodo həsrətində" pyesləri səhnələşdirilmişdir. Teatrda həmçinin R. Toma, P. Merime və O. Uayld kimi dramaturqların əsərləri də tamaşaya qoyulmuşdur.
Absurd teatrının yaradıcılarından olan S. Bekket yaradıcılığına Azərbaycanda ilk dəfə Dövlət Gənclər Teatrı müraciət etmişdir. Teatr hələ 1989-cu ildə dramaturqun "Qodo həsrətində" pyesini rejissor Əliyar Əliyevin quruluşunda səhnəyə qoymuşdur.
Teatrın repertuarında xarici dramaturgiyaya aid "Mühacirlər" (S. Mrojek) tamaşası da olmuşdur. Truppa pyesi I Eksperimental Tamaşalar Festivalında (1995) müvəffəqiyyətlə nümayiş etdirmiş, aktyor Qurban İsmayılov həmin tamaşada oynadığı rola görə "ən yaxşı kişi rolu ifaçısı" mükafatına layiq görülmüşdür.
Dünya teatr səhnələrində ən çox oynanılan əsərlərdən bri də "Hamlet" faciəsidir. Ölkəmizdə müstəqillikdən əvvəl bu əsərə sonuncu dəfə 1968-ci ildə Akademik Milli Teatrı müraciət etmişdir. 30 ildən sonra Dövlət Gənclər Teatrı "Hamlet" (1998) əsərini səhnəyə qoymuşdur.
Teatr milli klassik dramaturgiyaya da müraciət etmiş, H. Cavidin "İblis" (2007) faciəsini səhnələşdirmişdir. Tamaşa dramaturqun 125 illik yubileyi münasibətilə hazırlanmışdır. Rejissor R. Əlizadə əsərdə bir sıra yeniliklər etmiş, tamaşanı maskarad janrında qurmuşdur. Bu tamaşada İblis obrazını ilk dəfə olaraq qadın aktrisa — Nəsibə Eldarova canlandırmışdır.
Teatrın repertuarı həm milli, həm də xarici dramaturgiya nümunələrinin vəhdətindən təşkil olunmuşdur. Kollektivin repertuarında yer alan tamaşalardan: "Qətl günü" (Y. Səmədoğlu), "Şəhidlər" (R. Səməndər), "Varlı qadın" (Ə. Əmirli), "Hamlet" (V. Şekspir), "Nazirin xanımı" (B. Nuşiç), "Laləli düzən" (R. Əlizadə), "Vicdan hökmü" (H. Mirələmov), "Ölülər" (C. Məmmədquluzadə), "Yeddi məhbusə" (Ə. Əmirli), "Dodaqdan qəlbə" (R. N. Güntekin), "Onun iki qabırğası" (Ə. Əmirli), "Karmen" (P. Merime), "Ox və hədəf" (F. Ağamalıyev), "İntihar" (V. Səmədoğlu), "Meydan" (Ə. Əmirli), "Gecə soyğunçuları" (M. Mitroviç), "İtgin ər" (Ə. Əmirli), "Sevirəm səni, Türkiyə" (K. Abdulla), "İnək" (N. Hikmət), "Bir az gəlirmisiniz" (Ə. Nesin), "Maqbet" (V. Şekspir), "Ər və arvad" (Ü. Hacıbəyov), "Fanatlar" (E. Hüseynbəyli), "Vida marşı" (F. Mustafa), "Kim deyir ki, Simurq quşu varmış" (K. Abdulla), "Tabut" (F. Mustafa) və sair kimi əsərlər də vardır.
Teatrda H. Atakişiyevlə yanaşı, Rəhman Əlizadə, Əliyar Əliyev, Ağalar İdrisoğlu və Sərvər Əliyev də rejissor kimi bir sıra tamaşalara quruluş vermişlər. Uzun illər Nazim Bəykişiyev teatrın baş rəssamı olmuşdur. Teatrın tamaşalarına musiqini əsasən Cavanşir Quliyev, Xəyyam Mirzəzadə, Aydın Əzimov və Sərdar Fərəcov yazmışlar. Tamaşalarda rəqslərin quruluşunu Əli Əşari vermişdir.
Bu gün respublikanın müxtəlif teatrlarında çalışan aktyorlar — Sənubər İsgəndərli, Füzuli Hüseynov, Rafael İsgəndərov, Coşqun Rəhimov, Məleykə Əsədova, Sevinc Əliyeva, Abbas Qəhrəmanov və başqaları yaradıcılıq fəaliyyətlərinə bu səhnədə başlamışlar.
Aktyor heyəti
Abbas Qəhrəmanov Afaq Bəşirqızı Ağaxan Şərifov Anar Səfiyev Arzu Hüseynov Asya Atakişiyeva Ayşad Məmmədov Bahar Həmzəyeva (Abdullayeva) Balabəy Heydərov Coşqun Rəhimov Çingiz Əhmədov Dilarə Fərəcullayeva Elman Rəfiyev Eldar İmanov Elşən Hacıbabayev Elşən Şirəliyev Füzuli Hüseynov Gülbəniz Lətifova Gülmalı Əsgərov Gülşad Baxşıyeva Hüsniyyə Əhmədova İbrahim Əliyev İlqarə Tosova İlham Namiq Kamal İlkin Mehdiyev İradə Həsənova Lalə Kazımova Lətafət İsmayılova (Məmmədova) Mahirə Əliyeva Məleykə Əsədova Məlahət Əhmədova Mirzə İsmayılov Natiq Fərzəliyev Nərgiz Nəsibova Nəsibə Eldarova Oqtay Quliyev Qəmər Məmmədova Qədir İsmayılov Qurban İsmayılov Rafael İsgəndərov Rövşən Məmmədov Rza Məmmədov (Truppa müdiri) Rəzzaq Məmmədov Rəşad Səfərov Ruhiyyə Əliyeva Sevinc Əliyeva Sərvər Əliyev Sərvər Şahbəyli Sənubər İsgəndərli Səyavuş Hüseynov Şahzadə Babayeva Vahid Orucoğlu Vüqar Məmmədəliyev Xalidə Əliməmmədova Zemfira Əbdülsəmədova Zivər Ağayeva Zümrüd Quliyeva Ədalət Əbdülsəmədov Ələkbər Hüseynov Ülviyyə Əliyeva
Repertuar Müəllif Tamaşa Rejissor Yusif Səmədoğlu Qətl günü Hüseynağa Atakişiyev Rafiq Səməndər Şəhidlər Hüseynağa Atakişiyev Rəhman Əlizadə Dadaşbala əməliyyatı Hüseynağa Atakişiyev Vaqif Səmədoğlu Dağ tikirik Hüseynağa Atakişiyev İsi Məlikzadə Sultanqulu körpüsü Hüseynağa Atakişiyev Slavomir Mrojek Mühacirlər Hüseynağa Atakişiyev Bəxtiyar Vahabzadə Atamın kitabı Hüseynağa Atakişiyev Vaqif Səmədoğlu Mamoy kişinin yuxuları Hüseynağa Atakişiyev Əkrəm Əylisli Şeytan tələsi Hüseynağa Atakişiyev Mirzə Fətəli Axundzadə Sərgüzəşti-vəziri-xani-Lənkəran Hüseynağa Atakişiyev Cəfər Cabbarlı Aydın Həsən Əbluc Cəlil Məmmədquluzadə Ölülər Hüseynağa Atakişiyev Əli Əmirli Yeddi məhbusə Hüseynağa Atakişiyev Firuz Mustafa Ağıllı adam Hüseynağa Atakişiyev Anar Yaxşı padşahın nağılı Hüseynağa Atakişiyev Əli Əmirli İyirmi ildən sonra Hüseynağa Atakişiyev Əli Əmirli Onun iki qabırğası Hüseynağa Atakişiyev Əli Əmirli Varlı qadın Hüseynağa Atakişiyev Vaqif Səmədoğlu Generalın son əmri Hüseynağa Atakişiyev Slavomir Mrojek Avtobus Hüseynağa Atakişiyev Uilyam Şekspir Hamlet Hüseynağa Atakişiyev M. Xubai Neron oynayır və ya İblisin komediyaları Hüseynağa Atakişiyev Kamal Abdulla Şah və şair və yaxud hamı səni sevənlər burdadı Hüseynağa Atakişiyev Hüseyn Cavid İblis Rəhman Əlizadə Samuel Bekket Qodo həsrətində Əliyar Əliyev Uilyam Şekspir Maqbet Hüseynağa Atakişiyev Uilyam Şekspir Tədbirə qarşı tədbir Hüseynağa Atakişiyev Elçin Hüseynbəyli İmperator Sərvər Əliyev Firuz Mustafa Qara qutu Sərvər Əliyev Anar Səhra yuxuları Hüseynağa Atakişiyev Vaqif Səmədoğlu Professor Hüseynağa Atakişiyev Elçin Hüseynbəyli İlğım Hüseynağa Atakişiyev Rəhman Əlizadə Əbləhlərin toyu Hüseynağa Atakişiyev Nazim Hikmət İnək Hüseynağa Atakişiyev Elçin Hüseynbəyli Fanatlar Hüseynağa Atakişiyev Əziz Nesin Bir az gəlirmisiniz Sərvər Əliyev A. Suxovo-Kobılin Tarelkinanın ölümü Ağalar İdrisoğlu S. Stratiyev Çarəsiz sərnişinlər Hüseynağa Atakişiyev Robert Toma Arvadımın qatili Hüseynağa Atakişiyev G. Xuqayev Arvadımın əri özüməm Hüseynağa Atakişiyev Branislav Nuşiç Nazirin xanımı Hüseynağa Atakişiyev Mirzə Fətəli Axundzadə Mürafiə vəkilləri Rəhman Əlizadə İlyas Əfəndiyev Məhv olmuş gündəliklər Ağalar İdrisoğlu Uilyam Şekspir Yay gecəsində yuxu Hüseynağa Atakişiyev Cəlil Məmmədquluzadə Qurbanəli bəy Hüseynağa Atakişiyev Əli Əmirli Kişi və qadın Hüseynağa Atakişiyev Məhəmməd Füzuli Leyli və Məcnun Hüseynağa Atakişiyev Firuz Mustafa Su pərisi Rəhman Əlizadə Qriqori Qorin Herostratı unudun Hüseynağa Atakişiyev Rəhman Əlizadə Dünyanın axırı Rəhman Əlizadə Prosper Merime Karmen Hüseynağa Atakişiyev Rəşad Nuri Güntekin Dodaqdan qəlbə Hüseynağa Atakişiyev Hidayət Orucov Məhəbbət yaşayır hələ Ağalar İdrisoğlu Abdulla Şaiq Tülkünün uçuşu Rəhman Əlizadə H. Saraclı Sara xatun Rəhman Əlizadə Üzeyir Hacıbəyov Ər və arvad Hüseynağa Atakişiyev Elçin Hüseynbəyli Labirint Hüseynağa Atakişiyev Elçin Hüseynbəyli Axırı sakitlikdir Hüseynağa Atakişiyev Aleksandr Vampilov Ördək ovu Hüseynağa Atakişiyev K. Qotsi Qadın ilan Hüseynağa Atakişiyev Abdulla Şaiq Tıq-tıq xanım Hüseynağa Atakişiyev
Həmçinin bax Azərbaycan teatrlarının siyahısı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı
Mənbə İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bakı teatrları Kateqoriya:Azərbaycan mədəniyyəti