Əkbərov Rövşən Telman oğlu () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, 1995-ci il mart hadisələri iştirakçısı, ehtiyatda olan general–leytenant.
Həyatı Rövşən Əkbərov 4 iyun 1965-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.
1972-ci ildə 42 nömrəli orta məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər burada təhsil almışdır. 1979-cu ildə C. Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdur. 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur.
1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilir. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilir.
1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönür. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. 1993–1995-ci illərdə hərbi hissədə bölük komandiri olmuşdur. Birinci Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir. General–leytenant rütbəsinə qədər yüksələn Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olmuşdur.
2002-ci ildən general–leytenantdır. 2011-ci ilin fevralında Ordu korpuslarından birinin komandiri təyin olunub.
2020-ci ildə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.
16 mart 2021-ci ildə həbs edilib.Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsini təsdiqləyib
Ailəlidir, dörd övladı var.
Təltifləri 50px (14 dekabr 1993) — "Azərbaycan Bayrağı" ordeni 50px (26 iyun 1996) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı 50px (26 iyun 2001) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı 50px (26 iyun 2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı 50px (26 iyun 2006) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı 50px (26 iyun 2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı 50px (26 iyun 2011) — "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı 50px (26 iyun 2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı 50px (26 iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
İstinadlar
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycanlı məhbuslar və məhkumlar