Vyaçeslav Vasilyeviç Tixonov (; ) — sovet-Rusiya kinoaktyoru.
Həyatı Vyaçeslav Tixonov 1928-ci il fevral ayının 8-də Moskva Quberniyasının Pavlovski-Posad şəhərində sadə fəhlə-qulluqçu ailəsində anadan olub. Valideynləri onu aqronom görmək istəyirdilər. Ancaq o 1945-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirir.
Kinoda ilk rolunu 1948-ci ildə "Gənc qvardiya" bədii filmində alır. Bu filmin çəkilişləri vaxtı aktrisa Nonna Mordyukova ilə tanış olur. Film ekranlara çıxan ərəfədə onların artıq oğulları dünyaya gəlir, amma bu evlilik uğurlu olmur və onlar ayrılırlar. Onların övladları Vladimir Tixonovun həyatı da uğursuz olur. 42 yaşı olarkən narkotikdən istifadə edən Vladimir dünyasını dəyişir.
Aktyor ikinci dəfə Tamara adlı qadınla ailə həyatı qurur, amma bu ailənin də ömrü uzun olmur. V. Tixonov ömrünün son 15 ilini tənhalıqda keçirir və 2009-cu il dekabrın 4-də 82 yaşında dünyasını dəyişir.
Kino karyerası Vyaçeslav Tixonovun kinoda ən məşhur rolu "Baharın on yeddi anı" filmindəki məşhur Otto fon-Ştirlis rolu olur, amma aktyorun özünün ən çox sevdiyi rol "Qaraqulaq və ağ Bim"dəki tənha qoca roludur. Çünki, burada o özünü, öz yaşam tərzini və gələcək taleyini oynayıb.
Mükafatları RSFSR əməkdar artisti — 23 oktyabr 1962 RSFSR xalq artisti — 1969 SSRİ dövlət mükafatı — 1970 SSRİ xalq artisti — 13 avqust 1974 Vasilyev qardaşları adına RSFSR dövlət mükafatı — 1976 "Oktyabr inqilabı" ordeni — 1978 Lenin komsomolu mükafatı — 1979 Lenin mükafatı — 1980Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1980-ci il Lenin mükafatlarının verilməsi haqqında Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1980-ci il tarixli Qərarı — anl.az saytı Sosialist Əməyi Qəhrəmanı — 1982Вспоминал замначальника охраны Брежнева: "Когда Брежнев с опозданием посмотрел "Семнадцать мгновений весны", медсестра, втёршаяся к генсеку в доверие, с которой у него сложились особые, скажем так, отношения, вдруг сообщила Леониду Ильичу, что разведчик Исаев жив и поныне и всеми позабыт. Сперва Брежнев мучил нас поручениями найти Исаева. Затем сам позвонил Андропову. Тот: проверили, нету такого. Но Брежнев уже так настроился дать награду заслуженному человеку, что пришлось наградить Золотой Звездой актёра Тихонова за исполнение роли Исаева-Штирлица". Lenin ordeni — 1982
Filmoqrafiya Gənc qvardiya (film, 1948) Baharın on yeddi anı (film, 1973) Qaraqulaq ağ Bim (film, 1977)
İstinadlar
Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları