Böyük tufan, Nuh tufanı və ya tufan arxetipi — tanrıların və ya tək bir tanrının insanların günahları üzündən qəzəblənərək onları məhv etmək üçün göndərdiyi, sadəcə çox az insanın xilas olduğu tufan hadisəsi. Böyük tufan hadisəsi, demək olar ki, əksər antik sivilizasiyalarda mövcud olan hekayədir. Adlar, yerlər və detallar müxtəlif mədəniyyətlərə görə fərqlilik göstərsə də, əsas süjet xətti saxlanılmışdır — tanrı(lar)ın qəzəbi, seçilmiş xilaskar, günahkarların məhvi.
Səmavi dinlərdə yeri
İslamda yeri İslamda tufanın insanların küfründən ötrü cəza olaraq Allah tərəfindən göndərildiyinə inanılır. İnsanları tufandan xəbərdar etmək və ilahi qurtuluş üçün təbliğat aparmaq işi Nuh peyğəmbərə verilir. Onun son qurtuluş üçün təbliğatı, inanmayanlara qarşı mübarizəsi, tufandan əvvəl, tufan əsnasında və tufandan sonrakı proseslər Quranda və hədislərdə müxtəlif perspektivlərdə nəql olunur.
Qəmər surəsinin 11 və 12-ci ayələrindən məlum olur ki, suyun mənbəyi sadəcə göydən yağan sular deyil, həm də yerin təkindən qaynayan bulaq (yeraltı) sularıdırhttps://www.qafqazislam.com - əl-Qəmər (Ay) surəsi. İstifadə tarixi: 24 yanvar 2026.. Həmin ayələrdə bu da qeyd olunur ki, tufan suları əzəldən (yaradılışdan) bu iş üçün nəzərdə tutulub.
Hud surəsinin 40-cı ayəsində Nuhun təkcə insanlar üçün deyil, heyvanlar üçün də xilaskar olduğu, hər heyvandan biri erkək, digəri dişi olmaqla 1 cüt götürdüyü deyilirhttps://kuran.diyanet.gov.tr - Hûd Suresi. İstifadə tarixi: 24 yanvar 2026.. Hud surəsinin 44-cü ayəsində isə bildirilir ki, günahkarlar öldükdən sonra sular çəkilir və Nuhun gəmisi Cudi dağının üzərinə oturur. Cudi dağının harada olması isə mübahisəli mövzudurhttps://www.qafqazislam.com - Hud surəsi. İstifadə tarixi: 24 yanvar 2026..
Tufan hadisəsinin bütün dünyaya şamil olunması, yoxsa məhdud səciyyə daşıması haqqında fərqli fikirlər mövcuddur. Bununla belə, Şuəra surəsinin 106-107-ci ayələri və Əraf surəsinin 59-64-cü ayələrini oxuduqda Nuh peyğəmbərin bütün insanlığa deyil, sadəcə öz qövmünə peyğəmbər olaraq göndərildiyi və bu səbəbdən də tufanın məhdud ərazini əhatə etdiyi başa düşülə bilərhttps://sorularlaislamiyet.com - Hz. Nuh'un gemisine hangi hayvanlar alındı? İstifadə tarixi: 24 yanvar 2026.https://www.qafqazislam.com - əl-Əraf (Sədd) surəsi. İstifadə tarixi: 24 yanvar 2026.https://www.qafqazislam.com - əş-Şuəra (Şairlər) surəsi. İstifadə tarixi: 24 yanvar 2026..
Xristianlıqda yeri Xristianlıqdakı Nuh və böyük tufan hadisəsinə yanaşma əsas xətləri ilə islam düşüncəsi ilə üst-üstə düşür. Nuh və tufan hadisəsi Yaradılış kitabının (Əhdi-ətiq) 6-cı fəslinin 9-cu ayəsindən başlayaraq 9-cu fəslin 17-ci ayəsinə qədər geniş təsvir olunur. Qurandan fərqli olaraq "Yaradılış" gəminin ölçüləri də verilir. Bundan başqa heyvanların sayı qurandakı say ilə üst-üstə düşmür və Nuhun birinci qarğa, sonra isə 3 dəfə göyərçin göndərdiyi hissələr quranda yoxdur.
Mətnə görə, Tanrı günahlar insanları üzündən bütün canlıları məhv etmək üçün tufan göndərmək qərarına gəlir və doğru insan olan Nuhu özünə elçi seçir. Ona özünü, arvadını, oğullarını və onların arvadlarını xilas olmaq üçün taxtadan gəmi düzəltməyi tapşırır. Gəmiyə yerləşdiriləcək heyvanları isə Nuh yığmır, onlar özləri Nuha gəlirlər. "Yaradılış" kitabında qurandan fərqli olaraq Tanrının Nuha hər bir növdən bir cüt yox, təmiz heyvan və quşlardan 7 cüt, natəmiz heyvanlardan isə 1 cüt götürməsini tapşırdığı və Nuhun bu əmrlərə riyaət etdiyi yazılıb.
2-ci ayın 7-ci günündən 40 gün-40 gecə yağış yağdı. 150 günün sonunda sular çəkildi və 7-ci ayın 17-də Nuhun gəmisi Ararat dağı üzərində dayanır. Daha sular çəkilməyə davam etdi və onuncu ayın 1-də dağların zirvələri göründü.
Nuh ilk ncə qarğa uçurdur. Amma o qoymağa quru yer tapmayaraq yeri qayıdır. Daha sonra Nuh 3 dəfə göyərçin uçurdur. Birinci uçuşda o da qarğa kimi quru yer tapmayaraq geri qayıdır. İkinci dəfə qayıdıqda ağzında ezeytun budağı olur və bu, artıq suyun çəkildiyini göstərir. Üçüncü dəfə isə qayıtmır.
Tufandan sonra Nuh qurbanları təqdim etmək üçün qurbangah tikir. Tanr ona ksəilən və yandırılan quranların iyindən xoşlanır və insanların uşaqlıqdan pis olmasına baxmayaraq onlara görə bir daha canlıları məhv etməyəcəyini deyir.
Yəhudilikdə yeri
Mesopatomiya mədəniyyətində yeri Utnapişdim Nuhun ilkin versiyası kimi çıxış edir. Utnapişdoim də Nuh kimi tanrı tərəfindən xəbərdarlıq edilir və o, özünü, ailəsini, dostlarını və təsərrüfat heyvanlarını tufandan xilas etmək üçün nəhəng qayıq və ya gəmi düzəldirhttps://ncse.ngo - Yes, Noah's Flood May Have Happened, But Not Over the Whole Earth. İstifadə tarixi: 25 yanvar 2026..
Hindistanda Böyük tufan hadisə Hindistanda da mövcuddur və Hindistanda Nuhun analoqu balıqçı Manudur. Manu müqəddəq hinduizm mətni olan vedalardada ilk qurban kəsən kimi təqdim olunur və Manu o qədər vacib fiquq sayılrıdı ki, orta əsrlərdə Hindistan hökmdarları öz şəcərlərini ona bağlayırdılar.
Hindistan inancına görə, balıq yaxşılıq etdiyi üçün balıqçı Manuya yaxınlaşan fəlakət - tufan haqqında xəbərdarlıq edir. Bundan sonra Manu qayıq düzəldir və onu balığın buyzunuza bağlayırhttps://www.britannica.com - Manu. İstifadə tarixi: 25 yanvar 2026.. Balıq isə tufan zamanı onu dağın zirvəsinə aparır. Balıqçı Manu xilas olan tək insan kimi turş süd və yağı sualara tökür. bir ildən sonra sulardan doğulan və özünü Manunu qızı kimi tanıdan qadın ilə insan soyunu davam elətdirir. Mahabharatada xilaskar balıq tanrı Brahma ilə eyniləşdirildyi halda Puranada həmən balıq balıq Vişnunun balıq təcəccüsümü olan Matsya kimi təqdim olunur.
Uzaq Şərq mədəniyyətində yeri
Çin mədəniyyətində yeri
Yapon mədəniyyətində yeri
Koreya mədəniyyətində yeri Koreyada folklorunda da bütün dünyanı əhatələyən böyük tufan anlayışı var. Buradda əsas personaj Namu Doryenqdir. Göydən düşən pəri Ata ağacın kölgəsindən daldalanlr və onların birləşməsində bir oğul - Namu doğulur. Namu bir az böyüdükdən sonra anası onu tərk edərək yenidən səmaya yüksəlir.
Namu daha əvvəl atasının təmbehədiyini kimi böyüj sel gələndə onun təpəsinə çıxır və aşan ağacı (atasını) gəmi kimi istifadə edirhttps://www.hanna-one.com - Namu Doryeong, Father Tree, and a Seonnyeo, A Korean Tale of The Great Flood. İstifadə tarixi: 26 yanvar 2026.. Namu atasının icazəsi ilə qarışqaları və ağcaqanadları, sonra isə atasının narazılığına rəğmən boğulmaq üzrə olan bir oğlanı xilas edir.
Yağış bitdiksən sonra onlar ən yüksəkdəki zirvddə öz qızı və qul qız ilı yaşayan yaşlı qadının evinə çatırlar. Qarışqa və ağcaqanadların köməyi ilə Namu qarının ondan istəödiklərini yerinə yetirir ()səpələnmiş darıları yığmaq və hansı qızın evin hansı hissəsində olduğunu tapmaq) və onun qızı ilə evlənir. Digər qul qız ilə isə Namunun xilas etdiyi qız evlənir. İnsanlıq bu iki cütlüyün nəslindən törənir.
İndoneziya mədəniyyətində yeri İndoneziya etnik qruplarından olan batakların mədəniyyətində də tufan hadisəsi önəmli yer tutur.
Antik Amerika mədəniyyətlərində yeri
Mayalarda Maya mifologiyasında görə, tanrılar müxtəıif materiallardan yeni bir məxluq - insan yaratmağa çalışırlar. İlk yaradılışlardan biri olaraq taxtadan yaradılan insanlar ruhları olmadıqları üçün tanrılara yetrəli səviyyədə ibadət edə bilmirlər və bu haldan narazı olan tanrılar taxta insanları məhv etmək üçün böyük tufan göndərirhttps://colombiaone.com - Flood Myths in Pre-Columbian Civilizations: From Maya to Inca. İstifadə tarixi: 24 yanvar 2026.. Vəhşi heyvan hücumları və başqa fəlakətlər ilə də üzləşən taxta insanlar ya məhv olur və ya meymuna çevrilir. Növbəti mərhələdə qarğıdalıdan yaradılan tanrıların isədikləri kimi olur.
Müxtəlif maya mətnlərində incildə olduğu kimi daşqın ilə yanaşı baş verən yer sarsıntıları, torpağın çökməsi və yanğın kimi başqa fəlakətlərdən də danışılırhttps://atlantisquestscience.wordpress.com - The Mayan Flood. İstifadə tarixi: 24 yanvar 2026..
İnklərdə İnk mədəniyyətində böyük tufanın və ya daşqının xüsusi adı var - Unu Paçakuti. Bu ad tanrı Viraqoçanın Titikaka gölü ətrafında yaşayan insanların məhv etmək üçün göndərdiyi daşqını ifadə edir. Tanrı Viraqoça insan nəslini davam etdirə bilsinlər deyə sadəcə iki nəfərin - bir kişi və bir qadının xilas olmasına icazə verir. Unu Paçakuti bir çox yöndən Nuh tufanı hekayəsi ilə bənzəyirhttps://historact.com - The Flood Myth in Inca and Andean Traditions. İstifadə tarixi: 27 yanvar 2026..
Başqa bir versiyaya görə isə, digər yaradıcı tanrı olan Kon Tiki Virakoça yaratdığı divlərdən narazı qalaraq sel göndərir və divləri daşa göndərirhttp://www.mythphile.com - World Flood Myths: Giants, Stones & New Life. İstifadə tarixi: 27 yanvar 2026.. Sonra isə daha kiçik daşlardan insanı yaradır.
Azteklərdə Azteklərdə tufan ilə bağlı fərqli hekayələr və ya bir hekayənin müxtəlif versiyaları mövcuddur.
Tanrılar pisliklərinə görə insanları məhv etmək qərarina gəlirlər və bu məqsədlə böyük tufan göndərirlər. Tata kimi də tanından Koksoks (və ya Kokskoks) arvadı Nene ilə birlikdə düzətdikləri qayıq ilə tufandna sağ çıxa bilirlər. Kolhuakan adlı dağın üstündə quruya çıxırlar, ancaq tanrı Tezkatlipoka onlara ancaq qarğıdalı yeməyi əmr edir. i Koksosk ilə Nenenin uşaqları dilsiz doğulurlar, ancaaq ilahi müdaxiləədn sonra dil aça bilirlər. Ancaq dil açanda fərqli dillərdə danışırlar və dünyanın hər tərəfinə yayılırlar.
Başqa bir inanışa görə, onlar dağın başında ocaq qalayaraq balıq qızardırlar və digər aztek tanrıların tüstünün hiss edərək Tezkatlipokanı sağ qalaları cəzalandırmaq üçün göndərirhttps://kidsanswers.org - Mexican Flood Legend. İstifadə tarixi: 26 yanvar 2026.. Tezkatlipoka hər ikisini cəza kimi itə çevirir.
Müasir dövrdə populyar mədəniyyətdə yeri
Filmoqrafiya Aşağıda süjet xətləri böyüh tufan hadisəsi üzərində qurulmuş filmlərin siyahısı yer alır: +Filmin adıFilmin orijinal adıİliNuhun gəmisiNoah's Arkhttps://www.imdb.com - Noah's Ark. İstifadə tarixi: 24 yanvar 2026.1928Nuhun gəmisiNoah's Ark1999https://www.imdb.com - Noah's Ark TV Mini Series. İstifadə tarixi: 25 yanvar 2026.NuhNoahhttps://www.imdb.com - Noah. İstifadə tarixi: 24 yanvar 2026.2014GəmiThe Arkhttps://www.imdb.com - The Ark. İstifadə tarixi: 24 yanvar 2026. 2015
İncəsənətdə
Elmi yanaşmalar Elmi araşdırmalar buz dövrünün sonunda havanın temperaturun yüksəlmsəi ilə bağlı olaraq buzlaqların əridiyini və bu səbəbdən suların yüksəldiyini təsdiqləyir. Qara dəniz ətrafında böyük su artışı qeydə alınıb.
İstinadlar Kateqoriya:Mifologiya Kateqoriya:Dini inanclar, ənənələr və hərəkatlar