Şamı İsmayıl oğlu Abdullayev () — Azərbaycan hərbi xadimi, general-leytenant (2013), Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri (2006–2023).

Həyatı Abdullayev Şamı İsmayıl oğlu 1962-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunun Saatlı kəndində anadan olmuşdur. 1970–1980-ci illərdə Muğanlı kənd orta məktəbində təhsil almışdır. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə daxil olmuş, 1984-cü ildə ali hərbi təhsilini "komand-taktiki, təkərli və tırtıllı maşınların istismarı üzrə mühəndis" ixtisası üzrə başa vurmuşdur. Hərbi məktəbi bitirdikdə sonra ona ilkin "leytenant" hərbi rütbəsi verilmiş və SSRİ Müdafiə Nazirinin müvafiq əmrinə əsasən 21.07.1984-cü ildən 12.02.1985-ci ilədək Zaqafqaziya Hərbi Dairəsi Qoşunlarının 164-cü diviziyanın 344-cü motoatıcı alayında motoatıcı taqım komandiri, 12.02.1985-ci ildən 07.07.1987-ci ilədək Türküstan Hərbi Dairəsi 40-cı ümumqoşun 108-ci motoatıcı diviziyanın 177-ci motoatıcı alayında motoatıcı taqım komandiri, 07.07.1987-ci ildən 14.08.1987-ci ilədək Zaqafqaziya Hərbi Dairəsi Qoşunları Komandanlığının sərəncamında, 14.08.1987-ci ildən 12.03.1988-ci ilədək Zaqafqaziya Hərbi Dairəsinin 4-cü ordusunun 75-ci motoatıcı diviziyasının 342-ci alayında motoatıcı taqım komandiri, 12.03.1988-ci ildən 01.11.1989-cu ilədək 75-ci motoatıcı diviziyanın 342-ci motoatıcı alayının motoatıcı bölük komandiri, 01.11.1989-cu ildən 01.09.1991-ci ilədək Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 201-ci mülki müdafiə kursunun müəllimi-rəis müavini, 01.09.1991-ci ildən 24.06.1994-cü ilədək SSRİ Müdafiə Nazirliyi Moskva şəhəri, Kuybışev adına Hərbi Mühəndis Akademiyasının dinləyicisi, 24.06.1994-cü ildən 29.05.1995-ci ilədək Azərbaycan Respublikası Mülki Müdafiə Qərargahında müfəttişlik şöbəsi rəisinin müavini, 29.05.1995-ci ildən 12.11.1995-ci ilədək 215 saylı hərbi hissənin qərargah rəisi-alay komandirinin müavini, 12.11.1995-ci ildən 13.01.1997-ci ilədək 215 saylı hərbi hissənin komandiri, 13.11.1997-ci ildən 23.08.1998-ci ilədək 216 saylı hərbi hissənin komandiri, 23.08.1998-ci ildən 11.01.1999-cu ilədək 705 saylı hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini-maddi texniki təminat bölməsinin rəisi, 11.01.1999-cu ildən 22.03.2006-cı ilədək 705 saylı hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini-maddi texniki təminat şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir.

04.06.1985-ci ildən 14.06.1987-ci ilədək Əfqanıstan Respublikasında gedən döyüş əməliyyatlarında iştirak etmiş və beynəlmiləl borcunu yerinə yetirmşdir.

22 mart 2006-cı ildə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri vəzifəsinə təyin edilmişdir.

26 iyun 2006-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona general-mayor hərbi rütbəsi verilmişdir.

14 dekabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona general-leytenant hərbi rütbəsi verilmişdir.

Xidməti dövründə SSRİ və Azərbaycan Respublikasının çoxsaylı orden və medalları ilə təltif edilmişdir. Hərbi xidmətlərinə görə 24.06.2003-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində "Hərbi xidmətlərə görə" medalı, 13.12.2010-cu ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 25.06.2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik yubiley (1991–2001) medalı, 26.06.2005-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, 15.12.2007-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı" medalı, 25.12.2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı, 15.12.2009-cu ildə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı,

15.12.2010-cu ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illik yubileyi (2005–2010) medalı, 15.12.2015-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illik yubiley (2005–2015) medalı, 15.12.2015-ci ildə "Qüsursuz xidmətə görə" I-ci dərəcəli medalı, 05.01.2017-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin "Fəxri əməkdaş" döş nişanı, SSRİ Silahlı Qüvvələrində 13.07.1987-ci ildə "Qırmızı ulduz" ordeni, 12.11.1987-ci ildə "SSRİ SQ-də vətənə xidmətə görə" ordeninin 3-cü dərəcəsi, 22.02.1988-ci ildə "SSRİ SQ-nin 70 illiyi" yubiley medalı, 18.10.1988-ci ildə "Xeyirxah Əfqan xalqından beynəlmiləlçi-əsgərə" və 28.12.1988-ci ildə "Beynəlmiləlçi-döyüşçü" medalları, 1991–1994-cü illərdə "Qüsursuz xidmətə görə" 3-cü, 2-ci və 1-ci dərəcəli medalları, 28.01.2014-cü ildə "Əfqanıstan döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı, 29.11.2014-cü ildə "Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin 75 illiyi yubiley" medalı, 29.11.2014-cü ildə isə "Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin 75 illiyi xatirə" medalı ilə təltif olunmuşdur.

Ailəli olub iki övladı var. 14 dekabr 2025-ci ildə vəfat etmişdir.

Təltiflər Azərbaycan Respublikası Silahlı Qüvvələrində "Hərbi xidmətlərə görə" medalı, 24.06.2003 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 13.12.2010 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik yubiley medalı (1991–2001), 25.06.2004 Azərbaycan Respublikası SQ-də "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, 26.06.2005 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı" medalı, 15.12.2007 Azərbaycan Respublikası SQ-nin 90 illik yubiley medalı, 25.12.2008 Azərbaycan Respublikası SQ-də "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, 15.12.2009 "Azərbaycan Respublikası FHN-nin 5 illiyi (2005–2010)" yubiley medalı, 15.12.2010 "Azərbaycan Respublikası FHN-nin 10 illiyi (2005–2015)" yubiley medalı, 15.12.2015 Azərbaycan Respublikası SQ-də "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı, 15.12.2015 25px Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin "Fəxri əməkdaşı" döş nişanı, 05.01.2017 SSRİ SQ-də "Qırmızı ulduz" ordeni, 13.07.1987 SSRİ SQ-də "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli, 12.11.1987 SSRİ SQ-nin 70 illiyi yubiley medalı, 22.02.1988 "Xeyirxah Əfqan xalqından beynəlmiləlçi əsgərə" medalı, 18.10.1988 "Beynəlmiləlçi-döyüşçü" medalı, 28.12.1988 25px SSRİ SQ-də "Qüsursuz xidmətə görə" 3-cü, 2-ci və 1-ci dərəcəli medalları, 1991–1994 "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı, 28.01.2014 "Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin 75 illiyi yubiley" medalı, 29.11.2014 "Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin 75 illik xatirəsinə" medalı, 29.11.2014

İstinadlar

Əlavə mənbələr

Kateqoriya:Azərbaycan generalları Kateqoriya:General-leytenantlar Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Naxçıvan Muxtar Respublikasının nazirləri Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları