thumb|right|Hadrian Qapısı (2025) Adrian darvazası və ya Üç darvaza – eramızın 130-cu ilində Roma imperatoru Adrianın Antalyaya səfəri şərəfinə, şəhəri əhatə edən qala divarının üzərində inşa edilmiş monumental Zəfər tağıdır. Hər iki tərəfdə dörd mərmər sütunu olan üçbucaqlı qapı və yanlarında yerləşən iki qüllədən ibarətdir.

Qapının üst mərtəbəsi bu günə qədər gəlib çatmamışdır. 1882-ci ildə gün üzünə çıxarılan qapının alt mərtəbəsi isə 1959-cu ildə böyük bir bərpa işindən keçərək orijinal vəziyyətinə uyğunlaşdırılmışdır.

Tarixi Yeni dövr boyunca Antalyanı ziyarət edən Övliya Çələbi və ya Korneliy Le Bröyn kimi səyyahlar şəhərdən bəhs etsələr də, Hadrian qapısı haqqında heç bir məlumat verməmişlər. Qapı barədə ilk məlumat isə 1812-ci ildə şəhərə gələn İngilis freqatı HMS Fridericksteenin admiralı Frensis Bofort tərəfindən verilmişdir"Karamania: Or, A Brief Description of the South Coast of Asia-Minor and of the Remains of Antiquity" |tarih=2014 |yayıncı=Cambridge Library Collection |yer=Cambridge |isbn=1108067050 |sayfa=121.

Erkən dövr tədqiqatçıları arasında qapını ən ətraflı şəkildə təsvir edən şəxs 1882-ci ildə şəhəri ziyarət etmiş Lankoronski olmuşdur. O, qapıya dair detallı çertyoj və eskiz işlərini "Pamfiliya və Pisidiya şəhərləri" adlı əsərlərində toplamışdırkitap kaynağı |soyadı1=Dönmez |ad1=Aytaç |soyadı2=Erdoğan |ad2=Halil Mert |soyadı3=Dönmez |ad3=Mukaddes |başlık=Kaleiçi'ndeki Hadrianus Takı: Kentsel Arkeoloji Bağlamında Bir Değerlendirme |tarih=Mart 2018 |yayıncı=Akdeniz Üniversitesi |sayfa=600. E. J. Devis adlı səyyah isə yazır ki, 1872-ci ildə səlahiyyətli qurumlar bağlanmış girişi yenidən açmaq üçün cəhd göstərmişlər. Lakin qala divarlarının daxili hissəsində, girişin dərhal arxasında yerləşən bir evin sahibi evinin sökülməsinə razılıq vermədiyi üçün bu təşəbbüs nəticəsiz qalmışdırkitap kaynağı |soyadı1=Davis |ad1=Edwin John, or 1827 — |başlık=Anadolu / XIX. Yüzyılda Karya, Frigya, Likya ve Pisidya Antik Kentlerine Yapılan Bir Gezinin Öyküsü |tarih=2006 |yayıncı=Arkeoloji ve Sanat Yayınları |yer=İstanbul |isbn=9789944750028 |sayfa=163.

Qapı 1882-ci ildə mutasarrıf Turhan Paşanın təşəbbüsü ilə başlanılan qazıntı işləri nəticəsində üzə çıxarılmış, Hadrian qapısını əhatə edən qala divarları və sədlər sökülmüş və tarixi qapının yarısı gün işığına çıxarılmışdır. Quruluşun torpaq altında qalmış hissəsi qazılarkən sütunlar aşmışdır. Bunun ardınca sütunların yerinə Konstantin obeliski üsuluna uyğun, piramida formalı daş dayaq elementləri əlavə edilmişdir. Bu dayaq daşları 1959-cu ildə aparılan bərpa işləri zamanı götürülmüş və əslinə uyğun olaraq ağ mərmərdən hazırlanmış sütunlar ilə əvəz edilmişdir.

2016-cı ildə bələdiyyə tərəfindən Hadrian qapısının şimal-şərq istiqamətində qalan ön hissəsində ziyarətçilərin dincələ bilməsi məqsədilə yaşıllıq sahəsinin salınması qərara alınmışdır. Yaşıl sahənin landşaft tərtibatında günəş forması əsas götürülmüşdür. Parkda yerüstü işıqlandırma elementləri ilə yanaşı, günəş formalı bitki tarhları, oturacaq skamyalar və dar piyada cığırları inşa edilmişdirhaber kaynağı |başlık=Hadrianus önü yenileniyor |url=https://www.hurriyet.com.tr/yerel-haberler/antalya/hadrianus-onu-yenileniyor-40222319 |yayıncı=Hürriyet |tarih=12 Eylül 2016 |erişimtarihi=13 Kasım 2021 |arşivurl=https://web.archive.org/web/20211113214447/https://www.hurriyet.com.tr/yerel-haberler/antalya/hadrianus-onu-yenileniyor-40222319 |arşivtarihi=13 Kasım 2021 |ölüurl=hayır.

2021-ci ildə isə Qalaiçinə doğru gedən cənub-qərb cəbhəsində qədim şəhərlə uyğunluq yaradılması məqsədilə daş döşəmə salınmış, səki kənarlarına isə Alanya mərmərindən korkuluklar quraşdırılmışdır. Beləliklə, həm Hadrian qapısının ətraf mühiti tarixi doku ilə uyğunlaşdırılmış, həm də qapının hər iki istiqamətindən piyadalar üçün keçid açılmışdırhaber kaynağı |başlık=Kaleiçi Çevre Düzenlemesi Projesi başladı |url=https://www.milliyet.com.tr/yerel-haberler/antalya/kaleici-cevre-duzenlemesi-projesi-basladi-6473317 |yayıncı=Milliyet |tarih=4 Nisan 2021 |erişimtarihi=13 Kasım 2021 |arşivurl=https://web.archive.org/web/20211113214442/https://www.milliyet.com.tr/yerel-haberler/antalya/kaleici-cevre-duzenlemesi-projesi-basladi-6473317 |arşivtarihi=13 Kasım 2021 |ölüurl=hayır.

Memarlıq Zəfər tağı iki memarlıq hissədən ibarətdir: qapı hissəsi və qüllə hissəsi. Hər iki hissə ön və arxa tərəfləri nəzərə alınmaqla Simmetriya quruluşuna malikdir. Qapı hissəsi olduqca bəzəkli, naxışlı və mərmər kimi işlənməsi çətin materiallardan hazırlanmışdır. Qüllə hissəsi isə qala divarlarının davamı kimi daşdan, sadə üslubda inşa edilmişdir.

Qüllələr Qüllələr Roma dövründə şəhər qala divarlarının bir uzantısı kimi iri ölçülü yonma daşlardan inşa edilmişdir.

I Əlaəddin Keyqubad dövründə mövcud qüllənin uzunluğu kifayət etmədiyi üçün qərb qülləsinin üzərinə xırda daşlardan hörülmüş, 6 metr uzunluğunda əlavə hissə inşa edilmiş və bununla da qüllənin ümumi uzunluğu 15 metrə çatdırılmışdır. Əlavə tikinti aparıldıqdan sonra orijinal qüllənin parapetləri ikili pəncərələrə çevrilmişdir. Bu pəncərələrin altında Osmanlı türkcəsində Epitafiya yerləşir.

Günümüzdə qərb qülləsindən etibarən qala divarları 15 metr uzunluğunda davam etdiyi halda, şərq qülləsindən etibarən təxminən 50 metr uzunluğunda qala divarı qorunub saxlanılmışdır. Qala divarlarının qalan hissəsi isə 1937-ci ildə Kaleiçinin hava axınını zəif alması və həddindən artıq isti olması əsas gətirilərək Bələdiyyə rəisi Hüsnü Karakaş tərəfindən sökdürülmüşdürhaber kaynağı |soyadı1=Cimrin |ad1=Hüseyin |başlık=Yıktırılan Antalya Kalesi |url=https://www.sabah.com.tr/akdeniz/2017/01/16/yiktirilan-antalya-kalesi |yayıncı=Sabah |tarih=16 Ocak 2017 |erişimtarihi=13 Kasım 2021 |arşivurl=https://web.archive.org/web/20211113214445/https://www.sabah.com.tr/akdeniz/2017/01/16/yiktirilan-antalya-kalesi |arşivtarihi=13 Kasım 2021 |ölüurl=hayır.

Qapı Qapı hissəsi üç ədəd Tağ və tonoz tavanlardan ibarətdir. Tonoz tavanlarda ortasında Mürəkkəbçiçəkliləri xatırladan çiçək naxışları və meyvə yarpağı motivləri yerləşir, ətrafında isə kvadrat şəkilli rilyeflər var. 1959-cu ildə aparılan bərpa işlərində sağ və sol tonoz tavandakı çiçək motivləri bərpa edilmişdir, lakin ortadakı tavan boş saxlanmış və çiçək əvəzinə düz, dairəvi rilyeflər yerləşdirilmişdirhaber kaynağı |soyadı1=Cimrin |ad1=Hüseyin |başlık=Tarihin tanığı: Hadrianus Kapısı |url=https://www.sabah.com.tr/akdeniz/2014/11/17/tarihin-tanigi-hadrianus-kapisi |yayıncı=Sabah |tarih=17 Kasım 2014 |erişimtarihi=13 Kasım 2021 |arşivurl=https://web.archive.org/web/20211113214442/https://www.sabah.com.tr/akdeniz/2014/11/17/tarihin-tanigi-hadrianus-kapisi |arşivtarihi=13 Kasım 2021 |ölüurl=hayır.

Qapının üstündəki izlər göstərir ki, orada gümanən ən azı 8 metr uzunluğunda ikinci mərtəbə mövcud olmuş və bu mərtəbənin üzərində Hadrian və ailəsinin heykəli yerləşdirilmişdir. Lakin bu hissədən yalnız dörd parça sağ qalmışdır. Bu parçalar arasında biri 1 metr ölçüdə və kvadrat formasında, digər ikisi 2 metr ölçüdə və düzbucaqlı formasında olan toplam üç Arxitrav parçası və bir ədəd spiral sütun vardır. Bu dörd parça qorunmasız şəkildə qapının dərhal önündəki kiçik parkda yerə sərilmiş vəziyyətdədir. Yatay vəziyyətdə olduqları üçün bəzən skamyalar kimi istifadə olunan bu parçalardan biri 2016-cı ildə kimliyi məlum olmayan şəxslər tərəfindən gecə istilik üçün od yandırılması nəticəsində zədələnmiş və qaralmışdırhaber kaynağı |başlık=Antalya’da Tarihi Eseri Yakanlar Aranıyor |url=https://arkeofili.com/antalyada-tarihi-eseri-yakanlar-araniyor/ |yayıncı=Arkeofili |tarih=6 Ocak 2016 |erişimtarihi=13 Kasım 2021 |arşivurl=https://web.archive.org/web/20211113214444/https://arkeofili.com/antalyada-tarihi-eseri-yakanlar-araniyor/ |arşivtarihi=13 Kasım 2021 |ölüurl=hayır.

Qapının saçaklarında hər iki tərəfə 1,28 metr uzanan və çiçək motivləri ilə bəzədilmiş frizlər yerləşir. Hər bir qövsün tam ortasında isə aslan başlı bəzəkli kornisler vardır.

Qapı şimal-şərq – cənub-qərb istiqamətinə baxır.

Ətrafdakı torpaq və asfalt yollar zamanla yüksəldiyi üçün qapı ətrafdan təxminən 1,5 metr aşağıda qalmışdır. Buna görə də hər iki tərəfdən pilləkənlə qapılara çatmaq mümkündür. Digər tərəfdən, bu çökək ərazidə qar və yağış sularının axıdılması üçün kanalizasiya və ya mazqal olmadığından sular həmin çökəklikdə toplanır. Bu vəziyyətin zamanla qapının döşəməsinə və mərmərlərinə zərər verə biləcəyi düşünülür.

Hadrian Qapısının adı şəhər daxili tramvay xətti olan AntRay-ın T2 xəttindəki dayanacaqlardan birinə, "Üçqapılar Dayanacağı" adı ilə verilmişdirWeb kaynağı | başlık = Antray 1-2-3 Etap ve Nostalji Güzergah Haritası | url = https://www.antalyaulasim.com.tr/Hizmetlerimiz/Antray#GuzergahHaritasi | website = antalyaulasim.com.tr | yayıncı = AntRay | erişimtarihi = 13 Kasım 2021 | arşivurl = https://web.archive.org/web/20200812024655/https://www.antalyaulasim.com.tr/Hizmetlerimiz/Antray#GuzergahHaritasi | arşivtarihi = 12 Ağustos 2020.

Qapı bir müddətdir gecələr də işıqlandırılırHaber kaynağı |başlık=Surlar arasındaki eski şehir |url=http://www.radikal.com.tr/antalya-haber/surlar-arasindaki-eski-sehir-1227184/ |yayıncı=Radikal |tarih=9 Kasım 2014 |erişimtarihi=13 Kasım 2021 |arşivurl=https://web.archive.org/web/20211113214443/http://www.radikal.com.tr/antalya-haber/surlar-arasindaki-eski-sehir-1227184/ |arşivtarihi=13 Kasım 2021 |ölüurl=hayır.

Yunan dilində kitabə 200px|right|thumb Hadrian şərəfinə ucaldılmış qapıda, digər zəfər tağlarında olduğu kimi bir kitabə mövcud idi. Antik Yunan əlifbası ilə yazılmış və ikinci qövsün üzərində, ortada hizalanmış bu kitabədə imperatorun tam adı – Caesar Traianus Hadrianus qeyd olunmuşdur. Böyük hərflərlə Antik Yunan əlifbası ilə yazılmış bu hərflər qızılı görünüşlü parlaq Tuncdan hazırlanmışdır.

İmperatorun adından yalnız ortadakı "ΤΡΑΙΑΝω" (Traiano) ifadəsi günümüzə çatmışdır və sonundakı Σ (S) hərfi itmişdir. Bu söz Hadrianusun soyadı kimi istifadə edilən Traianos sözünü, yəni onun dayısı imperator Trayanın adını əks etdirir. Kitabədəki bütün hərflər 19-cu əsr boyunca Avropalı səyahətçilər tərəfindən qapını əhatə edən moloz yığınlarından toplanmış və müxtəlif ölkələrə aparılmışdır. Bu gün isə "Triano" hissəsi Oksfordda yerləşən Ashmolean Muzeyində sərgilənirWeb kaynağı | başlık = Hadrian goes to Attaleia – images from Hadrian’s Gate at Antalya | url = https://followinghadrian.com/2013/04/20/hadrian-goes-to-attaleia-images-from-hadrian-gate-at-antalya/ | website = followinghadrian.com | yayıncı = Wordpress | tarih = 20 Nisan 2013 | arşivurl = https://web.archive.org/web/20140325220324/https://followinghadrian.com/2013/04/20/hadrian-goes-to-attaleia-images-from-hadrians-gate-at-antalya/ | arşivtarihi = 25 mart 2014.

Tədbirlər