thumb|Ədalətsizlik — Venesiyada yerləşən Dojlar sarayında (Palazzo Ducale) yerləşən, eybəcərlikləri və fəzilətləri təsvir edən alleqorik kapitel silsiləsindən biri.

Ədalətsizlik — ədalətin mövcud olmaması və ya ona zidd vəziyyəti ifadə edən anlayış.McCoubrey, Hilaire and White, Nigel D. Textbook on Jurisprudence. Second Edition. Blackstone Press Limited. 1996. ISBN 1-85431-582-X. Page 276. Müəyyən bir cəmiyyətdə, konkret tarixi dövrdə hansısa ictimai hadisə və ya davranışın haqsız hesab edilərək qınanması mövqeyini əks etdirir. Bu termin konkret bir hadisəyə, əmələ və ya daha geniş mənada mövcud status-kvoya qarşı istinad nöqtəsi kimi istifadə oluna bilər. Qlobal ədalətsizlik isə sərvətin qeyri-bərabər bölüşdürülməsi, yoxsulluq kimi ciddi problemlərin meydana çıxmasına səbəb olur. Buna nümunə olaraq, dünyanın ən varlı 62 nəfərinin ümumi sərvətinin dünya əhalisinin yarısının sahib olduğu sərvətə bərabər olması göstərilə bilər. Həmçinin, ən varlı 20 ölkənin ümumi gəliri ən yoxsul 20 ölkənin gəlirindən tam 46 dəfə çoxdur.Dünya Yoksulluk ve Eşitsizlik Raporu , oktyabr 2016. İNSAMER.

İstinadlar

Ədəbiyyat siyahısı

Barnett, Clive. The Priority of Injustice: Locating Democracy in Critical Theory. (Athens, GA: University of Georgia Press, 2017). McCoubrey, Hilaire and White, Nigel D. Textbook on Jurisprudence. Second Edition. Blackstone Press Limited. 1996. . Chapter 14 ("The Concept of Injustice"). Roberts, Rodney C. (2005). Injustice and Rectification. Peter Lang. Jeff Spinner-Halev (2012). Enduring Injustice. Cambridge University Press.

Xarici keçidlər

Reasons For Injustice

Kateqoriya:Sosial anlayışlar Kateqoriya:Etika Kateqoriya:Hüquq fəlsəfəsi Kateqoriya:Ədalətsizlik Kateqoriya:Etika anlayışları Kateqoriya:Siyasi fəlsəfədə anlayışlar Kateqoriya:İslamda günah