Qırmızı portağal və ya Qanlı portağal, həmçinin Siciliya portağalı () — Sədokimilər fasiləsinə aid portağal növü.
Ümumi məlumat Qırmızı portağalın ən çox yayılmış üç növü Tarocco (İtaliyaya məxsus), Sanguinello (İspaniyaya məxsus) və ən tünd rəngli olan Moro (İtaliyaya məxsus) növləridir. Moro bu üç növ arasında ən yeni növdür.
Qırmızı portağal ehtimal ki, cənubi Aralıq dənizi regionunda yaranmışdır və XVIII əsrdən burada yetişdirilir. İtaliyada geniş yayılmış bir portağal növüdür. Portağalın xarakterik tünd qırmızı rəngini verən antosiyaninlər yalnız gecə vaxtı temperatur aşağı olduqda inkişaf edir, məsələn Aralıq dənizi bölgəsində payız və qış aylarında. ABŞda yetişdirilən Qırmızı portağalların mövsümü dekabrdan marta qədər (Texas) və noyabrdan maya qədərdir (Kaliforniya)
Bəzi Qırmızı portağalın şirələri bir qədər turş ola bilər. Digər növləri isə şirin olmaqla yanaşı, xarakterik Qırmızı portağal dadını qoruyur. Portağallar mürəbbə hazırlamaq üçün də istifadə edilə bilər, qabığı isə bişirmə üçün istifadə olunur. Siciliyada məşhur qış salatı dilimlənmiş qırmızı portağal, dilimlənmiş razyana və zeytun yağı ilə hazırlanır. Portağallar həmçinin qelato, şərbət və İtaliya sodası hazırlamaq üçün istifadə olunur.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Sitrus hibridləri