Tom Karlayl Ford (; ) — Amerikalı dizayner və kinorejissor. "Gucci" və "Yves Saint Laurent" moda evlərinin keçmiş bədii rəhbəri.
Həyatı Tom Ford 27 avqust 1961-ci ildə Texas ştatının Ostin şəhərində anadan olub. O, Nyu-Meksikoda böyüyüb. O, əvvəlcə Nyu-York Universitetində incəsənət tarixi üzrə təhsil alıb, lakin sonra Persons Dizayn məktəbinə keçərək mimarlıq sahəsində oxuyub. Məhz Personsda təhsil alarkən onun dizayna olan həvəsi moda ilə əvəz olundu. Parisə səfəri zamanı moda sahəsinə yönəlmək qərarı verdi və məhz bu qərar onun karyerasında dönüş nöqtəsi oldu.Sharpe, Tom. "Ford: Santa Fe Is Home". :en:Santa Fe New Mexican (November 10, 2005).
Moda karyerası 1990-cı illərdə "Gucci" maliyyə problemləri yaşayan və bazardakı mövqeyini itirməkdə olan bir marka idi. 1990-cı ildə Tom Ford "Gucci"nin qadın geyimləri departamentində dizayner kimi çalışmağa başladı. Lakin onun dizayn istedadı və vizyonu tez bir zamanda fərqləndi və 1994-cü ildə "Gucci"nin kreativ direktoru vəzifəsinə yüksəldi. Ford "Gucci"yə cəsarətli, seksual və modern üslub gətirdi. Onun minimalist, parlaq və zərif dizaynları markanı yenidən canlandırdı. "Gucci"nin 1995-1996-cı illərdə təqdim etdiyi kolleksiyalar moda tarixində inqilabi dönüş nöqtələrindən biri hesab olunur. Onun ipək köynəkləri, dəri şalvarları və parlaq aksessuarları "Gucci"nin prestijini artırdı və markanı yenidən ən çox satılan lüks brendlərdən birinə çevirdi.
"Gucci" "Yves Saint Laurent" (YSL) markasını satın aldıqdan sonra, Tom Ford 1999-cu ildə həm "Gucci", həm də YSL brendlərinin kreativ direktoru oldu. YSL-də işlədiyi dövrdə Ford brendin klassik fransız dəb üslubunu daha cəsarətli və müasir bir formaya saldı. Seksual və dramatik üslubu ilə YSL-ə yeni nəfəs verdi. Lakin İv Sen Loran özü Fordun dizaynlarını çox açıq-saçıq hesab edirdi və bu, aralarında gərgin münasibət yaratdı. 2004-cü ildə "Gucci Group"dan ayrılaraq öz moda imperiyasını qurmağa qərar verdi.
2005-ci ildə Tom Ford, öz adına məxsus "Tom Ford International" adlı brendini təsis etdi. İlk illərdə kişilər üçün kostyumlar, gün eynəkləri və aksessuarlar təqdim etdi. Daha sonra qadın geyimləri, kosmetika və ətir kolleksiyalarını genişləndirdi.
Kino karyerası Tom Ford təkcə dizayner deyil, həm də istedadlı bir rejissordur. O, 2009-cu ildə ilk filmi olan "Tənha kişi"yə rejissorluq etdi. Film tənqidçilər tərəfindən yüksək qiymətləndirildi və "Oskar" mükafatına namizəd oldu. 2016-cı ildə Ford ikinci filmi olan "Gecə heyvanları filmini çəkdi, bu film də mükafat qazanan sənət əsərlərindən biri oldu.
İstinadlar
Xarici keçidlər
Tom Ford biography at London Fashion Week, British Fashion Council.
Kateqoriya:ABŞ modelyerləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:ABŞ dizaynerləri Kateqoriya:LGBT modelyerlər