Otl Açer və ya Otto Açer (; ) — Alman qrafik dizayneri və tipoqrafı idi. Açer nüfuzlu Ulm Dizayn Məktəbinin həmtəsisçilərindən biri və müəllimi idi. O, 1972-ci ildə Münxendə keçirilən Yay Olimpiya Oyunlarının dizayn qrupuna rəhbərlik etməsi və onun məşhur piktoqram sisteminin yaradılmasına nəzarət etməsi ilə tanınır. Açer həmçinin Rotis şriftinə də töhvə verib.

Həyatı Otl Açer 13 may 1922-ci ildə Ulm şəhərində anadan olub. O, gənclik illərində İkinci Dünya müharibəsinin təsirlərini yaşamış və rejimə qarşı tənqidi münasibət bəsləmişdir. Müharibədən sonra dizayn sahəsinə yönələrək, Stuttgart İncəsənət Akademiyasında təhsil almışdır.

1953-cü ildə Otl Açer həyat yoldaşı İnqe Şoll və Maks Bill ilə birlikdə HfG Ulm (Hochschule für Gestaltung Ulm) adlı dizayn məktəbini qurmuşdur. Bu məktəb Bauhauz ənənəsinin davamı kimi qəbul olunur və funksional, rasional və sistematik dizayn yanaşması ilə tanınır.

Otl Açerin ən tanınmış layihəsi 1972-ci il Münhen Olimpiya Oyunları üçün hazırladığı vizual identifikasiya sistemidir. O, burada minimalist və rəngarəng dizayn elementlərindən istifadə edib. Şrift və qrafiklərin funksional istifadəsini vurğulayıb. Universal piktoqram sistemini inkişaf etdirdi, bu da bugünkü ictimai vizual sistemlərin əsasını təşkil edir. Bu layihə, qrafik dizaynda sistematik və qlobal ünsiyyətin necə qurula biləcəyini nümayiş etdirdi.

Açer yalnız Olimpiya oyunları üçün deyil, həm də müxtəlif şirkətlər üçün korporativ kimlik layihələri hazırlamışdır. Onun ən tanınmış işləri arasında "Lufthansa", "Braun" və ERCO kimi markalar üçün dizayn etdiyi vizual sistemlər var. Xüsusilə "Lufthansa" üçün yaratdığı dizayn sistemi, müasir aviasiya brendinqinin əsas standartlarından birinə çevrilmişdir.

Otl Açer 1 sentyabr 1991-ci ildə Qinzburqda ot biçərkən motosikletin vurması nəticəsində vəfat etdi.

6 may 2010-cu ildə Münhen Şəhər Şurası tərəfindən şəhərin 12 nömrəli rayonundakı (Schwabing-Freimann) "Otl-Aicher-Strasse" küçəsinə onun adı verildi.Rathgeb, Markus. Otl Aicher. New York: Phaidon Press Inc., 2008.

Qalereya

İstinadlar

Ədəbiyyat Foster, Norman: Otl Aicher 1991. In: David Jenkins (Hg.): On Foster ... Foster On, München: Prestel, 2000, pp. 592–595, Rathgeb, Markus: Otl Aicher – Design as a method of action. PhD thesis at The University of Reading, 2001 Rathgeb, Markus: Otl Aicher. Phaidon Press, 2006, . (Monograph)

Xarici keçidlər

Biography at linotype.com Otl Aicher, Museum of Modern Art (MOMA), New York City Article on Aicher's Munich Olympics work 72:Otl Aicher and the Munich Olympiad – February 2007 museum exhibition Biography at 72 exhibition Otl Aicher otl-aicher.de München braucht eine Otl-Aicher-Straße Project to honor the work of Otl Aicher as a communication designer in Munich. Spiele: Otl Aicher's Olympic Graphic Design 2008 exhibition in San Jose, California Official repository of Otl Aicher's pictograms