Avstriyanın Azərbaycandakı səfirliyi — Avstriyanın Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi.
Səfirlik Avstriya Respublikasının rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Avstriyanın Azərbaycanda siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil və mədəniyyət sahələrində maraqlarını təmsil edir.
2022-ci ildən Avstriya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqdur.
Tarixi Avstriya Azərbaycan Respublikasının müstəqilliyini 15 yanvar 1992-ci ildə tanımışdır. İki dövlət arasında diplomatik əlaqələr 20 fevral 1992-ci ildə qurulmuşdur.
1 sentyabr 1995-ci ildə Azərbaycan Respublikasının Vyanada səfirliyi fəaliyyətə başlayıb. Avstriya Respublikasının Bakıdakı səfirliyinin açılışı 22 iyun 2010-cu ildə olmuşdur. Mərasimdə Azərbaycanın və Avstriyanın dövlət və hökumət rəsmiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak etmişdilər.AVSTRİYANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN RƏSMİ AÇILIŞI OLMUŞDUR
13 dekabr 2005-ci il tarixində Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu təsis edilmışdir.
Avstriya Parlamentində Avstriya — Cənubi Qafqaz ikitərəfli parlament qrupu fəaliyyət göstərir.
Avstriyanın Azərbaycanda səfirləri Avstriyanın Azərbaycanda səfiri Avstriya Respublikasını Azərbaycanda təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.
Səfir Müddət başlanğıcı Müddətin sonu Silvia Mayer-KaybiçHeydər Əliyev Fondu Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç ilə görüş 2010 2014 Aksel Vexİlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 19 dekabr 2014 2014 2018 Bernd Aleksandr Bayerİlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 05 dekabr 2018 2018 2022 Tomas Şuller-QötzburqPrezident İlham Əliyev Avstriyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 2022
İstinadlar
Xarici keçidlər Azərbaycandaki Avstriyanin səfirliyi rəsmi sayti Avstriyadaki Azərbaycanin səfirliyi rəsmi sayti
Kateqoriya:Avstriyanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Diplomatik nümayəndəliklər Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Avstriyanın xarici siyasəti