Müqəddəs Məryəm Ana kilsəsi () — Belyava şəhərində yerləşən Roma-Katolik kilsəsi.

Tarixi Müqəddəs Məryəm Ana kilsəsi 1868–1876-cı illərdə Vrotslavdan olan memar Aleksis Lanqerin layihəsi əsasında Neoqotika üslubunda tikilmişdir. 15 noyabr 1876-cı ildə Dzerjonov dekanı Adolf Rinke tərəfindən yeni kilsə təqdis edildi. Mərasimə yeni keşiş Ata Karol Ştein rəhbərlik etdi. Yeni kilsəyə şəxsi hədiyyə kimi, keşiş Fransişek Krauze 30 səsli orqan bağışladı ki, bu orqan bu gün də istifadə olunur. 1892-ci ildə Kardinal Georq Kopp kilsəni təqdis etdi. Kilsə xaç formasında planlaşdırılmış üç nefli bir binadır və 101 metr hündürlüyündə qülləyə malikdir. Daxili təchizat neoqotika üslubunda hazırlanmışdır. Əsas altarın üzərində yerləşən Müqəddəs Məryəm Ananın Miladı təsviri, 1913-cü ildə kətan üzərində çəkilmişdir.https://www.mapofpoland.pl/Bielawa,zdjecie,6244,Kosciol-pw-Wniebowziecia-NMP.html

Təmiri 1961–1966-cı illərdə dam, hər iki qüllə, pəncərələr və orqanlar təmir edildi. Döşəmə dəyişdirildi və daxili hissə boyandı. Yeni kilsə 29 oktyabr 1966-cı ildə Yepiskop Vinsenti Urban tərəfindən təqdis edildi. 1976-cı ildə dam və böyük qüllə mis lövhələrlə örtüldü. 1992-ci ildə kafedral altarı və neoqotika üslublu xor bölməsi hazırlandı. 1995-ci ildə qazanxana modernləşdirildi və qazla istilik sistemi quraşdırıldı. Kilsəyə su boruları çəkildi. 1996-cı ildə dam təmir edildi. 1997-ci ildə polad su boruları mis borularla əvəz edildi. 1998-ci ildə üç zəng sifariş edildi və təqdis edildikdən sonra qülləyə quraşdırıldı.

1999-cu ildə istilik sistemi yeniləndi. 2000-ci ildə qülləyə saatlar quraşdırıldı və kilsənin xarici işıqlandırılması hazırlandı.

Qalereya

İstinadlar

Xarici keçidlər